Elşad MAHMUDOV / İnsanlığın zəruri ehtiyacı və ortaq dəyəri-Tövhid

Çap

Yazan redaktor 18.11.14 08:12

Share

Tövhid kəlməsi ərəb dilindənəyinsə bir olduğuna hökm etmək, onu bir olaraq bilmək, tək olan, birlik, birləmək kimi mənalara gəlir.Bir termin olaraq isə tövhid çox geniş və böyük mənanı ifadə edir. 

Belə ki, ən başda tövhid mütləq mənada uca yaradıcı olaraq qəbul etdiyimiz Allahın varlığına, mövcudluğuna, birliyinə, tək və şəriksiz olduğuna, heç bir şeyə möhtac olmadığına, hər şeyin ona möhtac olduğuna, doğmadığına və doğulmadığına, heç bir ortağı və bənzəri olmadığına hər hansı bir şəkk və şübhə etmədən iman gətirməkdir. Tövhid həmçinin bütün üstün, uca və kamil xüsusiyyətlərin Allahda toplandığını, bütün mükəmməl isim və sifətlərin, bütün gözəlliklərin və yaxşıların onda cəmləşdiyini bilmək,heç bir əskikliyin, naqisliyin və nöqsanın onda mövcud olmadığınaetiqad etməkdir. Tövhidtək yaradıcı, xaliq olaraq, bütün varlıqların, bütün məxluqatın, canlıların, kainatın, göylərin, yerin və aləmlərin rəbbi, istisnasız olaraq hər bir şeyə qadir olan və hər şeyə gücü çatan, hər şeyi edə bilən, hər şeyi bilən, hər şeyi görən, hidayət verən, ədalət, rəhmət, mərhəmət və hikmət sahibi Allah-Təalanın varlığını qəbul etmək, ibadəti yalnız və yalnız tək və şəriksiz olan Allaha aid etmək, başqa sözlə desək, tövhidin əsas prinsipi olan -Lə iləhə illəllah, Muhammədun rəsulullah-kəlmələrində ifadə edildiyi kimi, Allahdan başqa, tanrı, ilah və yaibadətə layiq, haqq məbud yoxdur və Muhammədonun bəndəsi, elçisi, rəsuludur -həqiqətiniqəbul edərək səmimi qəlbdən təsdiqləməkdir. Yuxarıda qeyd etdiyimiz tövhid kəlməsi İslam dini ilə eyniləşmişdir və İslamın bütün iman və ibadət prinsiplərini özündə cəm edir.

Tövhid yaradılışın və var olmanın ən əhəmiyyətli hadisəsidir. İnsanlar hər şeydən əvvəl bu inancı və bu düşüncəni qəbul edib-etməməkdən məsuliyyət daşıyırlar. Tövhidin son və kamil kitabı olan müqəddəs Qurani-Kərimin üzərində ən çox dayandığı ümdə və başlıca mövzu da elə budur. Həmçinin Həzrət Muhammədinpeyğəmbərliyi və təbliği də, ilk növbədə insanların şirk və şirk üzərində qurulmuş digər batil inanclarını,dinlərini və həyat tərzlərini tərk edərək, tövhid dinini qəbul etmələri ilə əlaqədardır.

Tövhidin ziddi şirkdir. İnsanlar ya tövhid dininə, ya da şirk dinlərinə inanırlar. Buna görə dəbəşər ailəsinin ən birinci məsələsi və bir nömrəli fəaliyyəti “tövhid” və “şirk” arasındakı seçimdir. Azad və hür iradəsi öz əlində olan insan bu seçimə görə seçdiyi həyat tərzinin nəticələrini özü görür, seçdiyi həyat tərzi ya onun lehinə və ya əleyhinə olur.

Tövhid və ya şəhadət kəlməsinin ikinci hissəsi Həzrət Muhammədin Allahın Rəsulu (elçisi) olduğunu qəbul və elan etməkdir. Bunun mənası “O, Allah tərəfindən göndərilmiş bir elçidir” olmaqla bərabər eyni zamanda Onu Allahın son Rəsulu olaraq tanıdıqdan sonra, onunla göndərilənlərin, onun təbliğ etdiklərinin, onun dediklərinin doğru olduğunu da qəbul etmək deməkdir. Bu, həmçinin onun, açıqlayıb göstərdiyi inanc sistemini və bu sistemə bağlı olan həyat tərzini seçmək, onun təbliğ etdiyi ilahi dəyərləri həyat prinsipi halına gətirmək mənasına da gəlir. Allah-Təala hökmlərini və bəndələrindən istədiklərini rəsulları (elçiləri) vasitəsilə insanlara bildirmişdir.

Tövhid və ya şəhadət kəliməsini söyləyənlər Allahın hökmlərini qəbul edənlər və onları həyatlarında tətbiq etməyə qərar verənlərdir. Yaddan çıxarılmamalıdır ki, hər iki cümlə də ayrı-ayrılıqda İslamın və buna inanmağı ifadə etməyin xülasəsidir və İslam sadəcə bu cümlələri dil ilə təkrar etməkdən ibarət deyil. Bunlar İslama giriş və İslama girdikdən sonra İslama aid olan nə varsa hamısını əvvəlcədən və toplu şəkildə qəbul etməyi elan etməkdir. Bu mənada tövhid kəlməsi İslamın giriş qapısıdır desək, yanlış olmaz. Bu qapıdan içəri girənlər, içəridə olan hər bir prinsipi, hər bir iman əsasını, hər bir qulluq şərtini qəbul etmiş, öhdəsinə götürmüş və istisnasız olaraq həyatının bütün sahələrində tətbiq etməyə söz vermişlər.Tövhid o qədər saf, o qədər təmiz, həssas və bir o qədər də möhtəşəm bir inanc sistemdir ki, tövhid düşüncəsində edilən hətta çox cüzi xurafatlarvə bidətlər bu inanc sistemini qəbul edən insanların etiqadına, zehniyyətinə, irfanına və dindarlığına, əxlaqına, bütün həyatına, bir sözlə, dünyasına və axirətinə çox pis, mənfi təsir göstərə bilər, fəlakətli nəticələrə gətirib çıxara bilər.

Tövhid həqiqəti və gerçəyi eyni zamanda insanlığın, bəşriyyətin cahanşümül, ümumbəşəri, universal və dəyişməz dəyərlər sistemi, dəyərlər bütünü olan böyük bir həyat sistemidir. Elə bir həyat sistemi, nizam və mədəniyyət ki, burada kainat və bəşəriyyətlə bağlı istisnasız olaraq bütün sahələr və bütün mövzular öz yerini tapmışdır. Tövhiddə kainatın və bəşər övladının cavab tapa bilmədiyi və ya bilməyəcəyi heçbir mövzu və məsələ yoxdur. Tövhid kainat və insanlıqla bağlı hər şeyi etmiş, edir və etməyə davam edəcəkdir.Buna görə də tövhid bəşər övladının zəruri ehtiyacı və ortaq dəyəridir.

Tecox component by www.teglo.info