Səfa Muradov / BİR HƏDİS

Çap

Yazan redaktor 17.05.13 13:02

Share

 

vعَنِ الْمِقْدَامِ بْنِ مَعْدِيكَرِبَ الزُّبَيْدِيِّ، عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: مَا كَسَبَ الرَّجُلُ كَسْبًا أَطْيَبَ مِنْ عَمَلِ يَدِهِ، وَمَا أَنْفَقَ الرَّجُلُ عَلَى نَفْسِهِ وَأَهْلِهِ وَوَلَدِهِ وَخَادِمِهِ، فَهُوَ صَدَقَةٌ

Miqdam ibn Mədikərib əz-Zəbididən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İnsan əlinin zəhmətiylə qazandığından daha təmiz bir qazanc əldə edə bilməz. İnsanın özü, ailəsi, uşağı və xidmətçisi üçün xərclədikləri onun üçün sədəqədir. (Əbu Davud, İcarə, 43; Tirmizi, Əhkam, 22)

İnsanın başqalarına möhtac olmadan əlinin zəhməti, alnının təriylə əldə etdiyi gəlir ən təmiz və ən halal qazanclardan sayılır. Hədisimizin mənasına yaxın olan başqa bir rəvayətdə “Heç kim əlinin qazancından daha təmiz bir yemək yeməmişdir” (Buxari, Büyu, 15) – buyurulmaqla, insanın əlinin zəhməti, alnının təriylə əldə etdiyi gəlirin daha təmiz və halal olduğu vurğulanmışdır. Rəsulullah (s.ə.s) bir hədisi-şərifdə insanın dilənçilik edərək öz tələbatını qarşılamasını xoş qarşılamamışdır. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Sizin iplərinizi alaraq dağa gedib bir şələ odun yığıb gətirib satmağınız, Allahın sizi başıaşağılıqdan qoruması və versələr də verməsələr də insanlardan nə isə dilənməyinizdən daha yaxşıdır”. (Buxari, Zəkat, 50) Qurani-Kərimdə də namus, iffət və şərəfləri səbəbiylə insanlara əl açıb dilənməkdən həya edən kasıblar zümrəsi təriflənmişdir. Ayədə Allah-Təala belə buyurur: “Sədəqə, Allah yolunda canından keçərək yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!” (Bəqərə 273)

Hədisi-şərif sadəcə fərdlərin işləyərək öz ruzqlərini təmin etmələrini hədəfləmir. Eyni zamanda cəmiyyətlərin, millətlərin və dövlətlərin də başqalarına möhtac olmadan öz ehtiyaclarını təmin edəcək, iqtisadi və sosial inkişafını davam etdirəcək, sərvət və dövlətini qoruyacaq yerli sənayelərini qurmalarını da tövsiyə etməkdədir. Yəni İslam dini dilənçiliyi fərd üçün qadağan edib millət və ya ümmətlərə icazə verməmişdir. Fərdlər üçün qoyulan qadağanlar ümmət üçün daha böyük çərçivədə qadağan olunmuşdur mənasına gəlirik. 

Hədisin son qismində insanın özü, ailəsi və xidmətçisi üçün xərclədiklərinin onun üçün sədəqə olduğuna diqqət çəkilmişdir. İnsanın bu sayılanlar üçün öz malından xərcləməsi Allahın rizasına uyğun və İslamın istədiyi bir xərcləmədir. Çünki ailənin dolanışığını təmin etmək insanın əsas vəzifələrindən biri kimi qəbul olunmuşdur. İnsan bu vəzifəni yerinə yetirməklə həm özü və ailəsinə qarşı vəzifəsini yerinə yetirər, həm də bu vəzifəyə görə savab qazanar.

 

Tecox component by www.teglo.info