Adəm Şahin ./ İnternet və Tabu Sənədli Filmlər-2

Çap

21.05.13 06:55 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 12:32

Share

 

 

İnanclar

Filippində pasxa bayramının qeyd olunduğu həftədə əvvəlcə özünü fəda edən insanlar qırmancla döyülür, sonra isə əllərinin içindən mismarlanaraq çarmıxa çəkilirlər. Allahın lütfünə iztirab çəkərək bir növ şükür etdiklərini düşünürlər. Daha yaxşı dindar olmaq üçün daha çox iztirab çəkməyin lazım olduğunu düşünürlər.

İnanc ayinləri

Bu ayinlər özünü isbat etmək və yaxşı əhval-ruhiyyədə olmaq üçün təşkil olunur. Papua Yeni Qvineyanın kəndlərində oğlan uşaqlarının yetkinlik çağına keçməsi üçün şəkər qamışının0-60 sm.) mədələrinə salınıb-çıxardılması şərtdir. Qamış udmaqdan məqsəd mədəni gücləndirmək və doğuşda udulan kirli qanın bədəndən təmizlənməsidir.

Avstraliyada “sallananlar” adı verilən bir qrub adam dəridən keçirilmiş balıq qarmağına bənzər qarmaqlarla özlərini tavandan asaraq sallanırlar.

Bədən ağrıya qarşı dirənmək üçün endorfin adlı hormon ifraz edir. Uyuşdurucu təsiri verən bu hormonun verdiyi zövq üçün ağrıya meyil edənlər var.

İnancda həddi aşmaq

Bəzi cəmiyyətlərdə sədaqət iztirab çəkməklə isbatlanır. Şimali Hindistanda siçanlar ilahə Kari Matanın uşaqları sayılır. Məbədlərdə minlərlə siçan var və “yağ-bal” içində üzürlər. Tənasühlə insanların siçan olacağına inandıqları üçün onlara görə siçan müqəddəsdir. Öldürmədikləri kimi, onlarla eyni qabdan yemək də yeyirlər. Məbəddəki siçanları ataları sayır, onları bərəkət qəbul edirlər.

İyrənc yeməklər

Bizi formalaşdıran şeylərdən biri də yediyimiz qidalardır. Vyetnamda müştərinin önündə ilan diri-diri kəsilir, qanı düyü suyuna qatılaraq içilir. Hərəkət edən ilanın ürəyi çıxardılıb udulur. İlanın ödü dərman kimi stəkanla içilir. İnanclarına görə ilan əti cinsi gücü artırır, böyrəkdəki ağrıları və qumları təmizləyir. Vyetnam, Kamboca və Çində it əti, yarasa və tarantula hörümçəyi də yeyilir.

Cütlüklər və əlaqə

Amerikada da həyat yoldaşının ətini kəsərək hər həftə çıxan qanı içən insanlar yaşayır. Qan isti-isti içilməlidir, soyuduqdan sonra təsiri itir. Nigeriyada səhra köçəriləri arasında başqasının avradını qaçırtmaq təbii haldır. Qadın başqasıyla razılaşıb evdən qaça bilər.

 

Cinsəllik

Eşq və şəhvət çox gülcü iki duyğudur. Kültürü dəyişdirmə gücünə malikdir. Yoldaşını dəyişənlər (swinger) təkevliliyə qarşı çıxırlar. Bir gecəliyinə yoldaşlarını dəyişdirənlər bunu zina saymırlar. Belələrinin sayı təxminən 4 milyondur. Partnyor dəyişdirməyi nəzarət altında və etik aldatma fürsəti kimi görürlər. Amerika və Avropada 3000-dən çox partnyor dəyişmə klubu var.

Cinsiyyət fərqi

Cinsiyyəti hormonlar təyin edir və istiqamətləndirir. Cinslərarası hüdudlar müəyyənləşmiş və rollar tamamlanmışdır. Cinsiyyət davranışlara şəkil verir. Amerikada hər il təxminən 1000, bütün dünyada isə 5000 adam cinsiyyətini dəyişdirmək üçün əməliyyata girir.

Küçə qadınları

Amerikada küçə qadınlarının 75 faizinin yaxın qohumlarla cinsi münasibətin qurbanı olduğu deyilir. Bunların əksəriyyəti eroin və digər narkotik maddələrin aludəçisidir. Çexiyada pozğunçuluğu vitual dünyaya yayan fahişəxanalar var. İçəridə baş verənləri kameralar canlı yayımlayır və tamaşaçılar onlayn səs verir.

Çılpaqlıq

Bir çox ölkədə çılpaqlar düşərgəsi qurulur. Çılpaq olmağa göy libaslı olmaq deyirlər. Patlarları çıxardıqda hər şey bərabər olurmuş. Çılpaq olmaq cinsi münasibət üçün deyil, həyatı daha sərbəst yaşamaq üçündür. Çılpaqlıq kimlərə görə xəcalətverici, kimlərə görə isə tanrının bizi yaratdığı şəkildir. Paqanizm təbiətə sitayiş deməkdir. Paqanist inanca sahib olanlar ayın bədirləndiyi gecədə soyunur, əllərini yuxarı qaldıraraq aydan enerji almağa çalışırlar. Dünyada 10000-ə yaxın paqanist yaşayır.

Köklük

Tarixdə qida bolluğu və qidanın asan əldə olunması tarixdə ilk dəfə yaşadığımız zamana aiddir. Yeni bir epidemiya insanları cənginə almış vəziyyətdədir: köklük. Toppuş uşaqlıqdan ağırçəkili gəncliyə, bundan da köklüyə keçməyə başlandı. Amerikanın üçdə biri kök, digər üçdə biri isə köklüyə meyillidir. 

Tecox component by www.teglo.info