Alpay Əhməd / Myanmada müsəlman qırğını

Çap

21.05.13 06:49 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 11:56

Share

Artıq iki ilə yaxındır biz KİV-lərdən mütəmadi olaraq Myanmanın Arakan vilayətində yaşayan dinc Rohinya müsəlmanlarınının kütləvi şəkildə ən vəhşi üsullarla öldürülməsi, evlərinin, ibadət yerlərinin yandırılması, yaşadıqları yerdən qovulması  ilə bağlı məlumatları almaqdayıq. Biz bu yazıda məsələnin tarixi və siyasi aspektlərinə varmaq istəmirik, bu barədə saytlardan kifayət qədər informasiya əldə etmək olar.

Fakt isə burasındadır ki, münaqişə nə siyasi, nə də hüquqi status almayıb, hələ ki, faciə olaraq davam etməkdədir.

Biz hələ ki, bu qırğınlara hardasa təbii, hardasa da qeyri-adekvat reaksiya ilə üzləşməkdəyik. Təbii deyəndə, biz milyonlarla müsəlmanların vəhşiliklərin əks olunduğu şəkil, videorolikləri görərkən keçirdiyi hiddət, qəzəb və nifrət hisslərini nəzərdə tuturuq.

Sadə müsəlmanlar öz hisslərini forumlarda bildirməklə, maksimum keçirilən xeyriyyə aksiyalarında iştirak etməklə ifadə edə bilirlər. Siyasi səviyyədə isə İslam Əməkdaşlıq Təşkilatı və bu quruma üzv olan ölkələr səviyyəsində sərt bəyanatlar verməkdə və əziyyət çəkənlərə humanitar yardım aksiyaları həyata keçirirlər. Xüsusilə, bir neçə ay öncə Türkiyənin Xarici İşlər Naziri Əhməd Davutoğlunun Türkiyənin Baş Nazirinin həyat yoldaşı Əminə Ərdoğanla birgə regiona olan səfərini misal çəkmək olar. Bir tərəfdən isə, Yaxın və Orta Şərqdə baş verən siyasi kataklimzlər aparıcı müsəlman ölkələrini Arakanda müsəlmanlara qarşı törədilən vəhşiliklərin qarşısını alınması işinə lazımi diqqət ayırmağa imkan vermir.

Ən dəhşətlisi odur ki, dinc müsəlmanlara qarşı kütləvi qətl əməliyyatları birbaşa özlərini sülh ideyalarının carçısı hesab edən buddist monarxların və əsgərlərin birbaşa iştirakı ilə həyata keçirilir.

Rohinya müsəlmanlarının hüquqlarının cəzasızlıq şəraitində pozulması növbəti dəfə dünyanın aparıcı dövlətlərinin “kütləvi qırğın” fenomeninə olan münasibətdə ikili standartların mövcud olduğunu göstərdi. Hələ bir dəfə də olsun bu məsələ istər BMT TŞ, istərsə də BMT Baş Assambleyasının müvafiq sessiyalarında öz mənəvi-hüquqi qiymətini almayıb. BMT Baş katibi Pan Qi Munun, Dalay Lamanın Myanmar rəhbərliyini problemi həll etməyə çağırışı bəyanatları isə deklarativ xarakter daşıdığından heç bir effektiv nəticə vermir.

Yuxarıda qeyd edildiyi kimi, hadisələrin bu cür gedişatı sonda proseslərin daha təhlükəli xarakter almasına aparıb çıxara bilər. Buna misal olaraq keçən əsrin 90-cı illərində keçmiş Yuqoslaviya Federasiyası və Ruanda ərazisində etnik zəmində olan kütləvi insan ölümləri ilə nəticələnən müharibələrini göstərmək olar. “Humanitar müdaxilə” ideyası altında aparılan əməliyyatlar isə, təəssüf ki, on, yüz min insan qətlə yetiriləndən sonra həyata keçirilmişdir. Eyni vəziyyəti biz Myanmada, yeri gəlmişkən, qismən Suriyada da müşahidə etməkdəyik.

Suriyada heç olmasa xalqı qıran rejimə qarşı mübarizə aparanlara dəstək verilir, B.Əsəd hakimiyyətinə qarşı sərt iqdisadi sanksiyalar qəbul edilir. Myanmada dinc müsəlmanları qıran polis və ordu qüvvələrinə qarşı heç bir tədbir görülmür.

Düzdür, biz hələ ki, Roxinya müsəlmanları tərəfindən zorakılığa qarşı haqlı silahı müqavimətin şahidi olmuruq. Əksinə, onların dinc etiraz aksiyalarının vəhşicəsinə dağıdılması faktları ilə üzləşməkdəyik. Bir sözlə, elementar insan hüqurlarının, - ən əsası, yaşamaq hüququnun, - bu cür zorakı şəkildə pozulması ayrı-ayrı dövlətlərin milli maraqlarına qurban verilir.

Unutmayaq ki, bir çox müsəlmanların da dəfələrlə pislədiyi yaşıl bayraq altında ekstremist fəaliyyət aparan qrupların yaranmasının səbəblərindən biri İsrailin fələstinlilərə qarşı on illərlə apardığı ədalətsiz siyasət olmuşdur. Nə Qərbin terrorçu qruplaşma saydığı “Həmas”, “Hizbullah”, nə də dünyanın demək olar, bütün dövlətlərinin terrorçu hesab etdiyi “Əl Qaidə” təşkilatı bir, ya iki günün içində yaranmamışdır. Bunu nəzərə alaraq deyə bilərik ki, Arakanda baş verən zorakılıqlar da nəticədə həmin bölgədə yeni terror hərəkatının yaranıb vüsət almağa münbit şərait yarada bilər. Və belə olduğu təqdirdə dünya ictimaiyyətinin gecə-gündüz “Beynəlxalq terror qarşı səylərimizi gücləndirməliyik” kimi şüarları, növbəti standart konvensiyaların və qətnamələrin qəbul edilməsi yalnız istehza doğuracaqdır.

Məhz bu faktorları nəzərə alan dünya ictimaiyyəti, ilk növbədə isə Myanma hökuməti, fikrimizcə, faciənin qarşısının alınması istiqamətində təcili effektiv tədbirlər görməlidir. Əks halda biz növbəti terror ocaqlarının şahidi olacayıq.

Tecox component by www.teglo.info