Müdriklərdən öyüdlər / Akif Hüseyinli

Çap

Yazan Administrator 21.06.12 09:19

Share

 

* Könül kimin əlindən tutarsa, o insan kirli arzuların bataqlığına batmaz.

* Ömür qovğalarla hay-küylə və didişmələrlə durmadan tükənir.

* Mənlikdən qurtulan hər şeyə sahib olar.

* Alçaq könüllü olmaq kiçiklik deyildir.

* Can ən son gedəcəyi yerə can atır.

* Allah dostu ilə bir an bərabər olmaq dünyaya aid hər şeyə dəyər.

* Diqqətli ol! Şeytanın sənə verəcəyi rüxsət yollu fətvaları qəbul etmə.

* Bir insan ruzi darlığı çəkərsə, istiğfara davam etsin.

* Papağın altında, yəni başda bir şey yoxdursa o başa qoyulan şeytan başlığıdır.

* Şübhəli və haram işlərdə ata-anaya itaət yoxdur.

* Bir elm adamı sultanın qapısına sığınırsa, o, malın köləsidir.

* Bir din qardaşın qabağa keçməyə həris olarsa, ona nəsihət ver.

* Günah işləyəcəyin vaxt onu Haqdan gizli tut.

* Möminin nişanəsi budur ki, ömrü boyu fikri tək ola, baxdığı ibrət ola, həyata keçirdiyi ibadət ola.

* Fikrin ən yaxşısı səni Haqqa aparandır.

* Qüsursuz qardaş axtaran qardaşsz qalar.

* Hər şeyn bir hazırlğı var, alimlər arasına daxil olmağın hazırlığı da qiybəti tərk etməkdir.

* Qeybət saxta alimlərin meyvəsidir.

* İstədiyi bir dünyalığı ona vermədiyin üçün səndən küsən şəxsdən sənə qardaş olmaz.

* Qurani-Kərimi oxuyub mənasını anlayan şəxs peyğəmbərlərin təbliğ etməklə məsul olduğu əmrlərdən məsuldur. Çünki onlar peyğəmbərlərin varisləridirlər.

* Elm əhli olanlar dünyalığa qarşı gözütox olsaydılar, zalımlar qarşılarında yumşalar və bütün insanlar onlara hörmət göstərərdi.

* Hər kim mədəsinə girənin halal və haram olduğuna diqqət edərsə, o, Allah dərgahında sıddıqlərdən yazılar.

* Ey həqiqət axtaran, əgər əməlinin nöqsansız olmasını istəyirsənsə, gəncliyində ibadət və itaətə ciddiyətlə davam et.

Tecox component by www.teglo.info