155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



Anar Qurbanov / SUAL CAVAB

Yazan redaktor 18.06.13 06:05

Sual: Şəvval ayında tutulan altı gün nafilə orucla bağlı açıqlama verərdiniz mümkünsə. Ramazandan qəza orucu qalanlar bu ayda qəza orucuna niyyət etsələr, tutulan bu oruc həm də şəvval ayına məxsus olan nafilə oruc savabı qazandırarmı?

Ardını oxu...

 

Kamran Məmmədov / Acılar sevgiylə şirinləşər

Yazan redaktor 18.06.13 06:00

Loğman işində bacarıqlı, sadiq və sevilən bir kölə idi. Sahibi ona oğullarından daha çox güvənərdi. Çünki o, görünüşcə kölə idi, amma nəfsinin sahibi idi. Sahibi ondakı bu kamilliyin fərqində idi. Loğmanı azad etmək üçün münasib məqam axtarırdı. Sahibinin önünə yemək gəldikdə Loğmanı çağırar, əvvəlcə onun yeməsini istəyərdi.

Ardını oxu...

 
 

Alpay Əhməd / Qızcığaz (ixtisarla)

18.06.13 06:04 ərzində olan dəyişikliklər Yazan redaktor 18.06.13 05:59

  Otuz dörd yaşlı iki uşaq atası Tahir yeddinci sinifdən siqaret çəkirdi. Oğlu səkkizinci, qızı isə üçüncü sinifdə oxuyurdu.           

Düzü, ata lap ağ eləyirdi. Tikintidə fəhlə işləyən Tahir hər gün səhər saat səkkizdə, doqquza işləmiş çay-çörəkdən qabaq balkona çıxır, küçəyə, binalara baxa-baxa acqarına acı West siqaretindən birini çəkib qurtarırdı. İşdən gəlib, yemək-çaydan sonra divana uzanır, bir əlində pult kanalları ora-bura çevirir, o biri əlində tünd iyli həmin Westin külünü tökürdü döşəmənin üstündəki külqabının içinə. “Norması” günə bir qutu, çox vaxt bir qutu yarım olurdu. (Ürək hələ ki, dözürdü, nə mikro, nə də “makro” infarkt keçirmişdi). Dost-tanışıyla söhbət edəndə yeri gəldi-gəlmədi deyirdi: “Qağa, yeməyimi-içməyimi vermə, amma, çox demirəm, üçcə gün məni siqaretsiz saxlıyalar, dözəmmərəm, ürəyim partdıyar”.

Ardını oxu...

 
 

Niyazi Yusifov / HƏYAT DƏFTƏRİNDƏN

18.06.13 06:05 ərzində olan dəyişikliklər Yazan redaktor 18.06.13 05:44

Şeytan

Yaşlı bir qadın olduqca dininə, Allaha bağlı idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: “Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun!” – deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: “Allah yoxdur, Allah yoxdur!” - deyə fəryad qoparardı. 

Ardını oxu...

 
 

Səhifə 5 > 5-dəan