Yazan redaktor 14.06.13 06:30
Haqqında danışdığımız dil ünsürü Allahın Hz. Adəmi yaratması ilə formalaşmış və yer üzündə müxtəlif mərhələlərdən keçərək get-gedə inkişaf edərək bugünkü halını almışdır. Dilimiz vasitəsiylə danışırıq və danışmaq sifəti Allahın insane oğlunda təcəlli edən Kəlam sifətinin bir parçasıdır. Danışmağı ilk insan olan Adəm (ə.s)-a birbaşa Uca Yaradan özü öyrətmişdir. Allah-Təala Qurani-Kərimdə bu haqda belə buyurur: “(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün əşyaların adlarını (isimlərini) öyrətdi…” (əl-Bəqər, 31) Müfəssirlərin bir çoxuna görə burada Allahın adları öyrətməsindən məqsəd həm dillər, həm də varlıqların mahiyyətini əhatə edir. Elmalılı Hamdi Yazır ayənin təfsirində belə yazır: “Dil xüsusunda bütün insanların zamanımıza qədər bir-birindən fərqlənmə və inkişafı əsas etibarilə Hz. Adəmə əşyaların adının öyrənilməsi hadisəsinə borcludur.”
Yazan redaktor 14.06.13 06:27
İsmail Kaspıralının məşhur “dildə, fikirdə və işdə birlik” şüarıyla ortaya çıxan və bütün türklərin dil ətrafında birləşmələrini təmin etdikdən sonra daha güclü və təsirli bir cəmiyyət olaraq formalaşacağını ifadə etdiyi qızıl düstur.
Bu düsturunu belə izah edir:
Yazan redaktor 14.06.13 06:25
Yer üzündə yaşayan millətlər özlərinə xas bir şəkildə mədəniyyətləri, adət-ənənələri və dilləri ilə tanınırlar. Dil bir millətin mənliyidir, kimliyidir. Millətin təfəkkürünü formalaşdıran ən önəmli amillərdən biridir dil. Çünki insan kəlmələrlə düşünür.
Dünyada 6200 dil var. Onun yalnız 196-sı dövlət dili səviyyəsindədir. Çox şükürlər olsun ki, bizim ana dilimiz – Azərbaycan dili də dünya dilləri arasında özünü dövlət dili olaraq tanıda bilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində açıq şəkildə qeyd olunur: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Yazan redaktor 14.06.13 06:20
Harda olsam, harda olsa
Fəth olmayan dil mənimdir.
Mənim dilim
Basılmayan Vətənimdir!
(Söhrab Tahir)
Səhifə 1 > 6-dəan