155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



Ibrahim VƏKİLOV / BİR TƏSADÜF DOSTLUĞU

Yazan redaktor 13.06.13 09:46

                          Həyatda bir çox hadisə təsadüflərlə meydana gəlir. Bu təsadüflər bəzən həyatda dəyərli xidmət mənbəyinə çevrlilir, dövlətçiliyə, millətə, vətənə canını fəda edən Azərbaycan övladının həyat salnaməsinin bir hissəsi olur.

 Bu təsadüflərdən,  özünəməxsus dəyəri ilə fərqlənən, yaddaşlarda qalan hadisələrdən biri də vətən uğrunda, millət uğrunda, bayraq uğrunda  canını  verən dostum, qardaşım Elvarla tanışlığımdır. Bayramov Elvar Yaqub oğlu... Bu tanışlıq özünün dərin mənasıyla, həyatda müəyyən izlər buraxmaqla bir çox hadisələrin əsasını qoydu.

Ardını oxu...

 

Əhməd Niyazov / Kredit, yoxsa Faiz?

Yazan redaktor 13.06.13 09:43

İslamın ticarət əxlaqında faizin haram bir alış-veriş olduğu hamıya məlumdur. Rəbbimiz Qurani-Kərimin bir neçə ayəsində belə buyurur:

“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (əl-Bəqərə, 275)

Ardını oxu...

 
 

Arif Həşimov / SOSİAL FACİƏ - İNTİHAR

Yazan redaktor 13.06.13 09:07

" ... Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (ən-Nisa, 29)

"Kim özünü dəmir parчası (bıчaq və s) ilə öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq həmin dəmiri öz əlilə qarnına soxar. Kim zəhər iчərək özünü öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq zəhər iчər. Kim dağdan ataraq özünü öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq özünü dağdan atar." (Müslim, İman 47)

Ardını oxu...

 
 

Kamran Məmmədov / ƏMƏLLƏRİN ƏRŞİ-ƏLAYA ÇATMASI ÜÇÜN

Yazan redaktor 13.06.13 09:04

Sədi Şirazi belə nəql deyir:

“Uşaqlıq illərimdə zöhdə, riyazətə, gecə ibadətinə düşkün idim. Bir gecə atamın yanında oturmuşdum. Bütün gecəni gözümü yummamış, Qurani-Kərimi əlimdən yerə qoymamışdım. Ətrafımızda olan bir çox insansa yatmışdı. Atama:

“- Bunların heç biri başını qaldırıb iki rükət təhəccüd namazı qılmır, hamısı ölü kimi yatır.” –dedim. Bu sözümü eşidən atam qaşlarını çatdı və:

Ardını oxu...

 
 

Səhifə 4 > 5-dəan