№ 168 Noyabr

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 11

Yunus Əmrə həzrətləri buyurur:

Dərvişlik olaydı tac ilə xirqə,

Biz dəxi alardıq otuza qırxa!

Dərvişlik ruhsuz qəlibdən və məna dərinliyi olmayan bəzi simvol və hərəkətlərdən ibarət mərasimlər məcmusu deyil. Dərvişlik qəlbi əhya etməkdir.

Ardını oxu...

 

Nurlan MƏMMƏDZADƏ - BU PAYIZ BAŞQADIR

Adətən təbiətin saralıb-solduğu, işıqlı gündüzün qısalaraq qaranlıq gecələrin uzanmağa başladığı payız fəslinin bəzi insanlarda pessimist ovqat oyatdığını deyirlər. Axı payız özü ilə qara buludlar gətirir və bizi mavi göy üzünə həsrət qoyur. Yarpaqlar saralıb-solur, təbiət öz təravətini itirir. Yaşanan qocalıq illərinə ədəbiyyatımızda ömrün xəzan çağı deyilməsi də bu mənada gözəl təşbehlərdən biridir.  

Ardını oxu...

 
 

Əziz SULTAN - RAYONLARIN DİLİNDƏN

Xankəndi

Mən Xankəndiyəm. Azərbaycanın ən cavan şəhərlərindən biri olsam da, yaşayış məskəni olaraq ən qədimlərindən sayılıram. Adı üstümdə, əzəldən bəri “xan” kəndiyəm. Qarabağ xanlığında xan ailələrinin və yaxınlarının istirahət üçün seçdiyi, dincəldiyi ən gözəl, ən mənzərəli, ən füsunkar təbiətli guşəsiyəm, Qarabağın. Sovet hökuməti qurulduqdan sonra qara xəbərlər bağladı yollarımı. 1923-cü ildə Qarabağın başına açılan oyunlar Azərbaycanın bağrına qara xəncər kimi sancıldı. Qarabağı ana yurdundan qopartmaq üçün qurulan planların ilkin hədəflərindən birinə çevrildim. Adımı dəyişib Stepanakert qoydular, hansı ki, o Stepan bundan beş il əvvəl Bakıda və Azərbaycanın bir çox bölgələrində Azərbaycanın müsəlman xalqına qarşı böyük qətliamlara səbəb olmuşdu. Onun adını daşımaq mənim üçün tarixdə ən ağır utanc oldu.

Ardını oxu...

 
 

Ahmet TECİM - QARTAL YUVAYA QAYIDIR

Bir neçə il bundan əvvəl azərbaycanlı millət vəkili dostlarımızdan biri belə bir xatirəsini bölüşmüşdü: “Avropa parlamentində keçirilən toplantılardan birində erməni millət vəkili azərbaycanlı millət vəkilinə belə sual verir:

- Sizdə milli-mənəvi duyğular və tarix necə öyrədilir?

Millət vəkili dostumuz bu sahədə təlim-tədrisin yüksək səviyyədə olduğunu bildirir. Ardınca ermənidən bu sualı nə üçün verdiyini soruşur. Erməni millət vəkili deyir:

Ardını oxu...

 
 

Müsahibə hərbi ekspert Emin Həsənli

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli:

“Tezliklə zəfər bayrağımız bütün torpaqlarımızda dalğalanacaq!” 

İrfan: Emin müəllim, şanlı ordumuz hər gün yeni zəfərlərə imza atır, Ali Baş Komandanımızdan hər gün zəfər müjdələri eşidirik. Bu gözəl hadisələri necə şərh edərdiniz?

Ardını oxu...

 
 

DR. Rüfət ŞİRİNOV - ŞAHİD GÖZLƏR

Həyata məna qatan amillərdən biri də dəyərlərdir. İnsanın dəyəri dəyərlərinə verdiyi əhəmiyyət ilə düz mütənasibdir. Dəyərlər tamamilə mənəvi xarakter daşıyır. Odur ki, heç bir dəyərin maddi qarşılığı olmadığı kimi, onu müəyyən bir ödəniş ilə əldə etmək də mümkün deyil. İslam dininin əsas məqsədlərindən biri də məhz insanı dəyərlər sistemində yoğurmaq və şəxsiyyət sahibi etməkdir.

Ardını oxu...

 
 

Şahalı CƏLİLOV - AZƏRBAYCANIN İNCİSİ ŞUŞA MƏSCİDİ

Azərbaycan memarlığı dünyaca tanınmış incəsənət sahəsidir. Bu memarlıq nümunələri arasında ön sıralarda Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Şuşada olan tikililər mühüm yer tutur. Şuşadakı memarlıq abidələri arasında isə göylərə ucalan Şuşa məscidi öz zərifliyi və memarlıq üslubu ilə xüsusi diqqət çəkir.

Ardını oxu...

 
 

Müsahibə Murad Akkoç - TRT-nin Bakı təmsilçisi

İrfan: Salam, Murad bəy! Yaşanan son hadisələrin ilk günlərindən etibarən TRT bölgədədir. TRT niyə orada idi?

M.Akkoç: Əvvəla bunu qeyd edim ki, 12 iyul tarixində Ermənistan atəşkəsi pozaraq hücuma keçməyə cəhd göstərdiyi zaman, xüsusilə də bu hücumlar Tovuz istiqamətində olanda çox diqqət çəkmişdi. Çünki bu bölgə işğal olunan bölgə deyildi, normal Ermənistan sərhəddi idi. Hadisələr baş vermədən əvvəl də əlimizdə məlumat var idi ki, o bölgəyə Ermənistan PKK ilə əlaqəli bəzi ünsürləri yerləşdirib. Yəni bölgədə bir gərginlik yaşanacağı əvvəldən gözlənilirdi.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ اِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤٰادَ كُلُّ اُولٰئِكَ كَانَ عَنْهُ مَسْؤُلًا

“Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır”.[1]

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَاتَلَ فِي سَبِيلِ اللَّهِ فَوَاقَ نَاقَةٍ وَجَبَتْ لَهُ الجَنَّةُ

            Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Kim dəvənin sağıldığı vaxt qədər qısa bir müddət də olsa Allah yolunda savaşarsa, onun cənnətə girməsi vacib olar". (Tirmizi, Fəzailul-cihad, 17)

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - Şəhidlik

Lüğətdə “bir hadisəyə şahid olmaq, bildiyini söyləyib şahidlik etmək, bir yerdə hazır olmaq” kimi mənalara gələn “şühud” məsdərindən törəyən “şəhid” (cəmi: şühəda) dini bir termin olaraq, “Allah yolunda öldürülən müsəlman”ı ifadə edir.

Şəhidlik Muhamməd ümmətinə aid edilmiş üstün bir rütbə, böyük bir mərtəbədir.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - TALUT və CALUT

Uca Allah Qurani-Kərimi bizlər üçün nəsihət, xatırlatma, zülmətdən nura, haqqa, həqiqətə çıxaran bir yol olaraq bəxş etmişdir. Hansı sahədə və istiqamətdə olursa olsun, hər kəs oradan özünə aid  bir işıq, aydınlığa qovuşduran nur tapmaqdadır. Çünki Qurani-Kərimdəki nəsihətlərin və orada anladılan peyğəmbər qissələrinin mərkəzində duran ana amil məhz biz insanlarıq.

Ardını oxu...

 
 

Həzi ASLANOV - İSLAMIN İLK ZƏFƏRİ: BƏDR

İnsan oğlu yarandığı gündən bəri haqq ilə batilin mücadiləsi davam etməkdə, batil yanlışlığına rəğmən baş qaldıraraq haqqın yolunu kəsməyə, haqq da onun bu hədsizliyinə qarşı mübarizə apararaq dünyada nizam və ədalətin qorunması və davam etməsinə çalışmaqdadır. Bu mübarizədə haqqın yanında yer alanlar qalib gəlmiş, batilin tərəfini tutanlar isə rəzil olmuş, xüsrana uğramışdır.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - SƏBİR

Səbir iki növdür: Allah üçün səbir və Allah ilə səbir.

Allah-Təala buyurur: “Səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyi ilədir”. (ən-Nəhl, 127),

“Sən öz Rəbbinin hökmünə səbir et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan)”. (ət-Tur, 48)

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - “HAQQ NAZİLƏR, AMMA ÜZÜLMƏZ!”

Hər haqsızlıq zülmdür. Haqsız yerə başqasının malını almaq, namusuna sataşmaq zülmdür. Yalan vədlə və ya halal olmayan hər hansı bir yolla insanların haqqını qəsb etmək zülmdür. Silahsız və günahsız insanları  öldürmək zülmdür.  Günah işləmək və düşmənçilikdə həddi aşmaq zülmdür. Özünü haqlı, başqasını haqsız göstərmək üçün mübahisə etmək və qarşısındakını alçaltmağa çalışmaq zülmdür. Varlının borcunu ödəməyi gecikdirməsi zülmdür. Keçmişdə baş verən hadisələrdən ibrət almamaq zülmdür. Zülmə səbəb və vasitə olmaq da zülmdür...

Ardını oxu...

 
 

Nicat Qəribov - HƏYAT DƏFTƏRİNDƏN

Bəs bizdə birlik yox idi?!..

Bu gün dostumla əsgərlərə bəzi ləvazimatlar almaq üçün topdansatış mağazasına girdik. İçəridə bir nəfər də var idi. Görkəmindən o qədər də imkanlı birinə bənzəmirdi. Satıcı ilə söhbətimdən əsgərlərə bazarlıq etdiyimizi anlamışdı. Birdən yaxınlaşdı. Utana-utana 20 manat pulu mənə uzatdı. Dedi, qardaş, bağışla, üstümdə olan budur. Bu mənzərə mənə o qədər təsir etdi ki, sanki yer ayağımın altından qaçdı.

Ardını oxu...

 
 

Mübariz ƏLİOGLU - QƏDƏR HÖKMÜNDƏKİ SƏBİR MÖHRÜ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “De ki (Allah belə buyurur): Ey inanan qullarım! Rəbbinizə qarşı gəlməkdən çəkinin. Bu dünyada yaxşılıq edənlər yaxşılıqla qarşılaşacaqlar. Allahın mülkü genişdir. Səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”. (əz-Zümər, 10)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Ardını oxu...

 
 

Dr. Eldar KƏRİMOV - BİZİ BİZ EDƏN İNSANLAR

Dünya tək-tənha yaşanılacaq bir yer deyil. Var olmaq, yaşamaq və inkişaf etmək üçün ətrafımızdakı insanlarla ünsiyyət qurmağımız ən əsas vəzifələrimizdən biridir. Belə olduğu təqdirdə bir ömür boyu qarşımıza çıxa biləcək insan tiplərini tanımaq da hər birimiz üçün maraqlı olmalıdır. Odur ki, başlayaq:

Ardını oxu...

 
 

Adem ŞAHİN - “QULAĞINI DİŞLƏ!”

Bir hekayə oxumuşdum. Sonralar o hekayəni axtardım, amma tapa bilmədim. Yəqin ki, çox da məşhur olmayan bir hekayə imiş. İnternetdə axtarışa verdim, “öz qulağını dişləyən molla Nəsrəddin” lətifəsindən qulağını kəsən rəssam Van Qoqa, məşhur jokeylərin atlarla rəftarına qədər 37000 nəticə sıralandı. Bir sual verdim; min deyil, 37000 cavab gəldi. Bəzən internetdə bir şey axtarmaq samanlıqda iynə axtarmaq kimi çətin olur. 37000 nəticəni didikləməkdənsə hekayəni bildiyim şəkildə danışaram, daha yaxşı olar.

Ardını oxu...