№ 161 Aprel

Nurlan MƏMMƏDZADƏ - İÇİMİZDƏKİ İNSANI OYATMAQ ZAMANI

İlahi sirlərlə dolu olan üç ayların baş tacı, on bir ayın sultanı Ramazani-Şərifin astanasındayıq. Bütün insanlığın kirlərdən təmizlənməyə, mənəvi paklığa bu qədər ehtiyac hiss etdiyi biz zamanda rəhmət yağışı yağdıracaq buludların bəşəriyyət səmasını bürüməsindən daha gözəl nə ola bilər? Ehtiras hissləri ilə dünyaya bağlanan, bağlandıqca özünü unudan, ehtirasa qapıldıqca Rəbbindən uzaqlaşan insan Allahın nizamını pozaraq yer üzündə fəsada səbəb oldu. Qurani-Kərim 14 əsr əvvəl bu gerçəyi belə dilə gətirmişdir: İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad meydana gəldi…” (ər-Rum, 41) Amansız müharibələr və dünyaya hökm etməyə çalışan qüvvələrin toqquşması nəticəsində evindən-eşiyindən, canından olan insanlar indi də bu fəsadın bir başqa nəticəsi olan yoluxucu xəstəliklə boğuşur.

Ardını oxu...

 

Saleh ŞİRİNOV - ORUCUN FƏZİLƏTLƏRİ

Oruc hər hansı bir mənfəət düşüncəsi ilə deyil, yalnız Allahın əmri olduğu üçün və yalnız Onun razılığını qazanmaq məqsədi ilə tutulur. Hz. Əli (r.a) belə deyir: “Qarşılığında bir mənfəət ümid edərək edilən ibadət ticarətçinin ibadətidir. Qorxu səbəbi ilə edilən ibadət kölənin ibadətidir. Allahın nemətlərinə şükür etmək məqsədi ilə edilən ibadət azad olan kimsənin ibadətidir”. Məqbul olan ibadət, Hz. Əlinin də ifadə etdiyi kimi, Allahın nemətlərinə qarşı təşəkkür borcunu yerinə yetirərək onun razılığını qazanmaq məqsədi ilə edilən ibadətdir. Allah səmimi bir düşüncə ilə edilən ibadətləri qəbul edər.

Ardını oxu...

 
 

Həzi ASLANOV - GÜNAHLARDAN “BƏRAƏT” GECƏSİ

Zaman məfhumu dinimizdə çox əhəmiyyətli bir yerə malikdir. Dinimiz vaxtın qiymətini bilməyi, onun fərqində olmağı və onu dəyərləndirə bilməyi bizə öyrətməkdədir.

Zaman dilimi içərisində elə vaxtlar var ki, digər vaxtlardan fərqlənir. Məsələn, aylardan Üç aylar və Ramazan, günlərdən cümə və bayram günləri, gecələrdən Qədr, Merac, Rəğaib, Mövlud, Bəraət və s.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - SAHURUN BƏRƏKƏTİ

Sahur lüğətdə “səhər açılmazdan əvvəlki vaxt, gecənin son üçdəbiri” mənasına gəlir. “Səhər” sözü ilə eyni kökdən törəyən “sahur”, dini termin olaraq oruc tutacaq bir şəxsin dan yerinin sökülməsindən əvvəl yediyi yeməyi ifadə edir. Buna görə də bəzi hədislərdə ərəbcə olaraq “əklətus-səhar/əklətus-suhur” deyə keçən ifadə bizim dilimizdə “sahur yeməyi” kimi yer almışdır.

Ardını oxu...

 
 

Tanınmış həkim Fizuli Hüseynov:

“Həm ac qalırıq, həm də mənəviyyatımız qidalanır”.

İrfan: Əvvəla xoş gördük. Peyğəmbərimiz buyurur ki, “oruc tutun, sağlam olun”. Bir həkim olaraq bunu necə qiymətləndirirsiniz, orucun sağlamlığımıza nə kimi təsirləri var?

Ardını oxu...

 
 

Dr. Rüfət ŞİRİNOV - RAMAZAN GECƏLƏRİNİN ƏHYASI

Uca Allah bəzi gün və ayları digər vaxtlara nəzərən dəyərli saymışdır. Bu günlərdə edilən xeyirxah əməl və ibadətlərin savabı digərlərinə nisbətən çoxdur. Astanasında olduğumuz Ramazan ayı və gecələri məhz belə vaxtlardan biridir. Allah bəndələrini daha çox mükafatlandırmaq, onları cənnəti ilə sevindirmək üçün sanki belə bəhanələr xəlq etmişdir. Ağıllı kəslər də o kimsələrdir ki, məhz bu cür fürsətləri lehinə çevirsin və axirətdə qazanclı çıxsınlar.

Ardını oxu...

 
 

Əhməd SADİQ - AH-NALƏN DÜNYANI YANDIRDI!

Hız[1] və həzzin hakim olduğu zəmanəmizdə dünya əvvəlkindən daha sürətli fırlanır. İqlimlər və mövsümlər keçmişlə müqayisədə daha tez dəyişir. Bu qoca dünyada hər gün gözümüzü yeni bir xəbərlə, yeni bir gündəmlə açırıq. Bu problemlərin bir çoxu artıq həddən artıq yayğınlaşan virtual amillərin təsiri ilə daha sürətlə vüsət tapır və bütün dünyanı bürüyür.

Bu sürətli dəyişim, görəsən, dünyaya yeni ümid verirmi? Yoxsa məzlum və qəriblərin axan göz yaşını artırır, yetimlərin çöhrəsindəki təbəssümü kədərlə əvəz edir?

Ardını oxu...

 
 

Müsahibə - MEHMET YÜZBAŞI

Uzun illər Ramazanda Mədiyeni-Münəvvərədə iftar süfrələri açan Mehmet Yüzbaşı:

 “Mühüm olan dil birliyi deyil, könül birliyidir”.

İrfan: Mədinədə uzun illərdir Hüdayi süfrələri açılır, iftarlar verilir. Siz də bu süfrələrin mühüm şahidlərindən birisiniz. O süfrələrdə nələr yaşanır, Mədinədə Ramazan necə keçir, bununla bağlı xatirələrinizi bizimlə bölüşsəniz çox sevinərik.

Ardını oxu...

 
 

İbrahim Furkan ÖZDEMİR - QÜDSDƏ RAMAZAN BAŞQADIR

Məscidi-Əqsanın həyətində çadır qurmaq üçün dəmir dirəkləri qurulmağa başlayıbsa, gənclər əllərindəki uzun məftillərlə küçədədirsə və divarlara nə isə asırlarsa, üzlərdə təbəssüm artışı müşahidə edilirsə, deməli, Qüdsdə mübarək Ramazan ayı yaxınlaşır.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

~~2.269~
يُؤْتِى الْحِكْمَةَ مَنْ يَشَاءُ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ اُوتِىَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ اِلَّا اُولُوا الْاَلْبَابِ


“Allah istədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk edə bilməz”. (əl-Bəqərə, 2/269)

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عن عائشةَ - رضيَ الله عنها: أَنَّهَا سَألَتْ رسولَ الله - صلى الله عليه وسلم - عَنِ الطّاعُونِ ، فَأَخْبَرَهَا أنَّهُ كَانَ عَذَابًا يَبْعَثُهُ اللهُ تَعَالَى عَلَى مَنْ يشَاءُ، فَجَعَلَهُ اللهُ تعالى رَحْمَةً للْمُؤْمِنينَ، فَلَيْسَ مِنْ عَبْدٍ يَقَعُ في الطَّاعُونِ فيمكثُ في بلدِهِ صَابرًا مُحْتَسِبًا يَعْلَمُ أنَّهُ لا يصيبُهُ إلاَّ مَا كَتَبَ اللهُ لَهُ إلاَّ كَانَ لَهُ مِثْلُ أجْرِ الشّهيدِ

            Həzrət Aişədən rəvayət edildiyinə görə, o, Rəsulullahdan (s.ə.s) taun xəstəliyi haqqında soruşmuş, o da belə buyurmuşdur: “Taun xəstəliyi Allahın dilədiyi insanları cəzalandırdığı əzab növü idi. Allah onu möminlər üçün rəhmət qıldı. Ona görə də tauna yoluxan bir qul başına gələnə səbir edərək və əcrini Allahdan gözləyərək olduğu yerdə qalmağa davam edər və başına yalnız Allahın təqdir etdiyi şeyin gələcəyini bilərsə, ona şəhid savabı verilər”. (Buxari, Tibb, 31)

            Həzrət Peyğəmbər dövründə ilk taun xəstəliyinə 627-ci ildə Mədaində təsadüf edilmişdir. Həzrət Ömər dövründə də bir neçə dəfə taun xəstəliyi baş vermişdir. Bəlazuri onun dövründə Xeybər yəhudiləri arasında çıxan taundan xəbər verməkdədir. 639-cu ildə Amvas taununda içində Əbu Ubeydə ibn Cərrah və Muaz ibn Cəbəl kimi səhabələrin də olduğu otuz minə yaxın insan vəfat etmişdir.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - MƏRİFƏTULLAHA DOĞRU ADDIM-ADDIM

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah (c.c) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın (c.c) nemətini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur”. (İbrahim, 34)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Ardını oxu...

 
 

Adəm ŞAHİN - ULTRA ENERJİ QƏNAƏTİ VƏ ORUC

Telefon parametrlərində “ultra enerji qənaəti” rejimini seçəndə bir xəbərdarlıq yazısı gəlir: “Ultra enerji qənaəti ilə cihazın bəzi funksiyaları məhdudlaşdırılaraq batareyanın istifadəsinə qənaət edilə bilər. Ultra enerji qənaətinin cihaza hər hansı bir zərəri də yoxdur”. “Aktiv” edirəm və bir anda ekranın rəngi solur. İnternet əlaqəsi kəsilir, ekrana yerləşdirdiyim şəkillər yoxa çıxır. Şəkildən videoya, səs yazılışlarına qədər heç bir fayla girmək artıq mümkün deyil. Madam ki enerjiyə qənaət edərək batareyanın gücünə təsərrüf etmək istəyirsən, o zaman bunun tələbləri ilə razılaşacaqsan, elə deyilmi? Ultra enerji qənaəti rejimi ilə rəngli ekrandan ağ-qara ekrana keçilir. Ağıllı telefon “ağıllı” olmaqdan çıxır. Təkcə sms göndərən, saat (xəbərdarlıq) bildirən və danışılan bir cihaz olmaqdan başqa heç bir xüsusiyyəti qalmır. Cib telefonu ilk dövrlərdə elə səs və yazı (sms) ötürmək, bir də xəbərdarlıq zəngi quraraq oyanmaq üçün işlədilmirdimi?

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - RAMAZANDA ZƏKAT VƏ SƏDƏQƏNİN FƏZİLƏTİ

Uca dinimiz İslam beş təməl əsas üzərində qurulmuş müqəddəs bir dindir. Bu beş təməl əsasdan biri fəzilət və hikməti çox böyük olan zəkat ibadətidir. Zəkat hicrətin ikinci ilində fərz qılınmış mal ilə edilən bir ibadətdir. Allah-Təala Qurani-Kərimin bir çox yerində zəkatdan bəhs edərək zənginlərə qazanclarının qırxda birini yoxsullara zəkat olaraq vermələrini əmr edir.

Ardını oxu...

 
 

Altay RƏHİMOV - KARANTİN GÜNLƏRİ

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” (əl-Bəqərə, 155-157)

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - QORXU VİRUSDAN DAHA TƏHLÜKƏLİDİR

Qarşılaşılan qorxulu bir hadisə qarşısında duyulan hisslər və ortaya qoyulan davranışlar ümumi mənada təşviş olaraq adlandırılır. Elmi olaraq isə təşviş terminindən insanın həyatda üzləşdiyi qorxulu və təhlükəli vəziyyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyaları təsvir etmək üçün istifadə edilir.

Ardını oxu...

 
 

Əziz SULTANOV - KÜLƏKLƏ SOVRULANLAR

İşdən evə qayıdıram. Axşamçağıdır, qaş qaralıb. Yol kənarındakı hündür evlərin pəncərələrindən boylanan, ağac budaqları arasından kəsik-kəsik süzülən işıq yolu az da olsa aydınladır. Hava küləklidir. Düzdür, Bakının küləksiz gecəsi olmur, amma bu gecə sanki külək neçə həftənin borcunu birdən almaq istəyirmiş kimi hücum çəkib küçələrə, parklara, tənha yollara. Az qalır tək-tük rastlaşdığı adamı götürüb özüylə aparsın. Bu soyuq küləkdə çöldə daha az qalmaq üçün addımlarımı sürətləndirirəm...

Ardını oxu...