№ 160 Mart

Nurlan MƏMMƏDZADƏ - XEYRƏ AÇAR OLANLAR

Həzrət Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “İnsanlar arasında elə kəslər var ki, onlar xeyrə açar, şərə kiliddirlər. Elələri də var ki, şərə açar, xeyrə kiliddirlər. Allahın xeyir açarlarını verdiyi kəslər necə də bəxtiyardırlar. Şərin açarlarını verdiyi kəslərin vay halına!” (İbn Macə, Müqəddimə, 19) Bu Nəbəvi təlimat bizə xeyir və şərin mübarizə meydanına çevrilən dünya məkanında bir möminin üzərinə düşən ən ali vəzifənin nə olduğunu göstərməsi baxımından böyük əhəmiyyət daşıyır. Müsəlman olduğunu söyləyən heç kəs bu xeyir-şər savaşından uzaq qala bilməz.

Ardını oxu...

 

Saleh ŞİRİNOV - “ƏL-HADİ”

Rəhman və Rəhim olan Allahın saysız hikmətlər ilə dolu olan 99 ismi-şərifindən biri də “əl-Hadi” ismidir. Hidayəti yaradan, doğrunu göstərən, istədiyi bəndəsini muradına çatdıran, xeyirli yollara müvəffəq qılan mənasına gəlir.

Ardını oxu...

 
 

Dr. Rüfət ŞİRİNOV- QURTAR, QURTUL!

İslam dini ümumbəşəri bir dindir. Uca Allah göndərdiyi bu dini digər insanlara təbliğ etməyi möminlərə əmr etmişdir. Odur ki, hər bir müsəlman vəzifəsindən, rəngindən, irqindən və millətindən asılı olmayaraq insanların din ilə tanış olması, onların hidayət tapması üçün əlindən gələni əsrigəməməlidir. Uca Allah belə buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız...”. (Ali-İmran, 110) Odur ki, insanlara dini təbliğ etmək vəzifəsi təkcə peyğəmbərlərin yox, bütün möminlərin ən ümdə vəzifəsidir.

Ardını oxu...

 
 

ABDURRAHMAN İSLAM - ROMADAN TÜRKİYƏYƏ UZANAN HİDAYƏT YOLU

İrfan: Abdurrahman bəy, sizin ibrət dolu hidayət macəranızı oxucularla bölüşmək istəyirik. Əvvəlcə özünüz haqda məlumat verərdiniz, mümkünsə.

A.İslam: Mən Abdurrahman İslam. 1949-cu ildə İtaliyanın Roma şəhərində, dindar katolik ailəsində doğulmuşam. Əvvəllər İtaliyanın cənubu sayılan Siciliyada katolik məzhəbi çox güclü idi. Mən də ordanam. Uşaqlıq illərimdə ən böyük xəyalım papaz olmaq idi. Rahib olan qohumlarımız da vardı. Bir sözlə, ailədə mistik atmosfer hökm sürürdü.  

Ardını oxu...

 
 

t.ü.f.d Abbas QURBANOV - Gələcəyin xilası: TƏBLİĞ

Allah-Təala insanı öz qüdrət və əzəmətinə dəlil olaraq ən gözəl şəkildə xəlq etmişdir. Ona ağıl, qəlb, idrak və vicdan lütf etməklə yanaşı, əbədi səadətə necə istiqamətlənəcəyi xüsusunda bir də peyğəmbərlər və kitablarla yardım etmişdir. Bununla yanaşı, dünyaya gəliş və oradan qəbir aləminə gedişin səbəbini, kimin mülkündə yaşadığını, bu dünyanın - kimin daha gözəl davranacağını sınamaq üçün - ilahi imtahanlarla dolu bir məktəb olduğunu və son nəfəslə başlayan, ya səadət, ya da peşmanlıqla davam edən sonsuzluq yolçuluğunu bəyan etmişdir. Məhz bu şəkildə Allah-Təalanın bəndəsinin səadəti üçün bəyan etdiyi əmr və qadağaların məcmusuna “din” adı verilir.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - NƏZAKƏTLİ ÜSLUB

Peyğəmbərlər ilahi əmr və qadağaları insanlara çatdıran və həyatlarında necə tətbiq edəcəklərini onlara göstərən nümunə şəxsiyyətlərdir. İnsanlarla münasibətdə nəzakətli bir üsluba sahib olmaq xüsusunda da örnək alacağımız ilk şəxslər yenə peyğəmbərlərdir.

Ardını oxu...

 
 

Abbas CƏLİL - QURANI İSVEÇ DİLİNƏ ÇEVİRƏN ADAMIN HEKAYƏSİ:

İvan Aqeli

İçinə evlərin və insanların portretlərini cızma-qara etdiyim

balaca bir not dəftərim gəlmişdi.

 İndi onun son səhifəsini açdım və yazdım:

Oxunacaq kitablar:

1. Quran

(Paris. Həbsxana qeydlərindən)

Ardını oxu...

 
 

Məlik İBRAHİMOV - ALLAHA VERİLƏN SÖZ

“Quranı ilk oxuduğum zaman bunun əsla bir bəşər sözü ola bilməyəcəyini anladım”. ( Yusuf İslam)

Ket Stivens 21 iyul 1948-ci ildə Londonda dindar xristian ailədə doğulmuşdur. Ailəsi onu katolik məktəbinə göndərib. Burada o, xristianlığa dair lazım olan bütün biliklərə sahib olsa da, 8 yaşında valideynlərinin boşanması ilə yavaş-yavaş öyrəndiklərindən uzaqlaşır və küçə xuliqanına çevrilir. Anası ilə İsveçrəyə getdikdən sonra rəsmlə, bir müddət sonra isə musiqi ilə maraqlanır. 12 yaşında ilk mahnısını bəstələyir. Bu mahnı ilə musiqi karyerasına başlayan Ket o zamanları belə xatırlayır:

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - “CƏNNƏTƏ OTOSTOP” KİTABINDAN

İtalyan Eliza

“Sonuncu dəfə ziyarət etdiyim rahib suallarımı dinlədikdən sonra ağlamağa başladı. Ondan nə üçün ağladığının səbəbini soruşanda mənə: “Mən də illərdir ki, təslis inancı barədə şübhə içindəyəm. Bu suala heç cür cavab tapa bilmirəm. Zənnimcə, doğru yoldasan; İslamı araşdırmağa davam et”, – dedi. Rahibin bu cavabı məni çox təəccübləndirdi və sonuncu görüşdən sonra Allahın tək olduğuna qəti şəkildə inanmağa başladım”.

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - HAQQA ŞÜKÜRLƏ ZİRVƏLƏŞƏN QULLUQ MƏDƏNİYYƏTİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ey Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”. (Ali İmran, 31)

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عَنْ ابْنَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنِ اقْتَنَى كَلْبًا، لَيْسَ بِكَلْبِ مَاشِيَةٍ، أَوْ ضَارِيَةٍ، نَقَصَ كُلَّ يَوْمٍ مِنْ عَمَلِهِ قِيرَاطَانِ

            Abdullah ibn Ömərdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim çoban iti və ov iti xaricində it bəsləyərsə, hər gün onun savabından iki qırat (ölçü vahidi) azalar”. (Buxari, Zəbaih, 6)

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

Bir ayə

بسم الله الرحمن الرحيم

فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ

“Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et! (Ali-İmran, 3/159)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 5

Yunus Əmrə həzrətləri buyurur:

Qarğa ilə bülbülü

Bir qəfəsə qoysalar,

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - TÖVHİD

Kəlmeyi-tövhid (Lə iləhə illəllah) ilin on iki ayı kimi on iki hərfdən meydana gəlir. Peyğəmbərimiz (s.ə.s): “Kim lə iləhə illəllah desə, cənnətə girər”, - buyurmuşdur. Kəlmeyi-tövhidin ikinci hissəsi olan “Muhammədun Rəsulullah” ilə birlikdə kəlmeyi-tayyibə (ən gözəl ifadə) olan, “tövhid və peyğəmbərliyi” içinə alan iki cümlə yeddi söz və iyirmi dörd hərfdən ibarətdir. Bir gün iyirmi dörd saatdır. Kəlmeyi-tövhid də “Muhammədun Rəsulullah” qismiylə birlikdə iyirmi dörd hərfdən meydana gəlir.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - HƏR HAQSIZLIQ ZÜLMDÜR

Zülm haqsızlıq etmək və ya  hər hansı bir mövzuda həddi aşmaqdır. 

Allah-Təala iman gətirməyənləri, Rəsulunu qəbul etməyənləri, Qurana tabe olmayanları, əmr və qadağalarına uymayanları, pislik edənləri “zalım” adlandırmışdır. (əl-Bəqərə, 229, 254; əl-Maidə, 45; əl-Furqan, 8)

Ardını oxu...

 
 

Alpay ƏHMƏDOV - DOĞMA DİL VƏ MİLLİ KİMLİK MƏSƏLƏSİ

Mən Sovet dövrünü qismən görmüş adamam, oxuduğum orta məktəbdə həm doğma, həm də rus sektorlarında dərslər keçirilirdi. O zaman Bakıda uşaqları rus sektoruna qoymaq dəb idi, belə deyək, rus dili uğura çatmağın yollarından biri sayılırdı.

Ardını oxu...

 
 

Əziz SULTANOV - NÖVBƏ KİMİNDİR?

Dan yeri yenicə ağarırdı. Həyətin ortasında, ən çox Günəş görən, tala kimi açıq meydançanın şimala yaxın tərəfində yerə bərkidilmiş konusvari bir klyonka peyda olmuşdu. Gecəynən gətirib qoymuşdular. Klyonkanı külək aparmasın deyə yanlarını da torpaqla yaxşıca bərkitmişdilər.

Ardını oxu...

 
 

Qoşqar ABBAS - NECƏ OXUYAQ?

Zamanın kapitallaşdırılmasından sonra məkana həbs olunan hər şey zaman və kapitala uyğun tərzdə mövcud olmaq məcburiyyətində qaldı. Əvvəllər surət sürətə hakimiydisə, XX əsrdən etibarən sürət surətə hökmranlıq etdi. Nəticədə bizim zövqümüzü oxşayan dəyərlər də sürətlənib qısalmağa başladı. 

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - ROBOT OLMAQ İSTƏYİRSƏN?!

Əvvəllər televizorun bir vəzifəsi var idi. O, fərqli uzaqlıqda yayımlanan televiziya siqnallarını qəbul və vizual təsvir etmək üçün istifadə olunan qurğu kimi fəalliyyət göstərirdi. Telefonun bir vəzifəsi var idi. O, səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazı olaraq istifadə edilirdi. Saat sadəcə vaxtı göstərirdi.

Ardını oxu...

 
 

Adem ŞAHİN - MEŞOK DOLUSU SALAM

“Sənə Afiqə xaladan meşok dolusu salam var”, - sözü bir anda keşniş ətirli Ekarus, təkqapılı Daevo, yol boyu konfetlə çay paylanan “Camel” avtobusuna çevrilib Ağdaşa apardı məni. Ağdaş-Göyçay arasında yenə hər zamankı kimi içi alma ilə dolu yaşıl jiqulilər gurultu ilə şütüyür. Bakıya gedəndə/qayıdanda mütləq Ağdaşa baş çəkməliyəm. Namaz var, yemək var, dostlar var... Bilirəm, getdiyim evdə bişən çörəyin dadı başqa olacaq. Aldığım nəfəs də başqalaşır sanki. Adətən tədarük görməsinlər deyə evə çatmağıma 15 dəqiqə qalanda xəbər verirdim. “Çox yox, on beşcə dəqiqə oturub gedəcəyik”, - deyirdim. Əslində isə mən də, ev sahibi də 15 dəqiqədən çox qalacağımı yaxşı bilirdik.

Ardını oxu...

 
 

Akif HÜSEYNLİ - UNUTMAYAQ Kİ, XATIRLATMASINLAR!

Unutduğumuz üçün təkrar-təkrar yaşamışıq ağrıları, acıları.

Unutduğumuz üçün işğal üstünə işğal gördü torpaqlarımız.

Unutduğumuz üçün kiçildikcə kiçildi tarixlərə meydan oxuyan sərkərdələrin vətəni.

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV - RƏHMƏT MÖVSÜMÜ

Həyatda var olan heç bir şeyin dəyəri eyni deyil. Hətta aylar, günlər belə fəzilət yönündən bir-birindən fərqli yaradılıb. Yaradılıb deyirik, çünki illər, aylar, günlər, dəqiqə və saniyələrdən mütəşəkkil olan zaman Allah-Təala tərəfindən yaradılıb. Qiyamət günü Allah-Təala sadəcə insanları, ya da canlı bildiyimiz məxluqatı  diriltməyəcək. Şah Vəliyyullah Dəhləvi “İslam Düşüncəsi” əsərində bizə görə canlı sayılmayan, fiziki görünüşə malik olmayan günlərin belə həmin gün cismani şəkildə dirildiləcəyini deyir. Məsələn, cümə gününün “gül” şəklində olacağını qeyd edir. Bu da hər bir günün Allah qatında özünəməxsus yerinin olduğundan xəbər verir.

Ardını oxu...

 
 

Zaur ORUCOV - ƏBRU DUASI

Bildiyimiz kimi, Şərq insanının ətraf mühitə olan münasibəti, davranışı və ehtiramı hər zaman fərqli olmuşdur. Bu fərqlilik xüsusi ilə türkdilli xalqlarda daha bariz formada üzə çıxmışdır. Qədim türk milləti təbiətin sirlərinə bələd olmuş, ona sevgi ilə yanaşmış, beləcə, bütün həyat nizamını bu tərtibə görə yaşamışdır. Onlar günün, ayın və illərin, yerin-göyün və xüsusilə də fəsillərin təsir qanunlarını bilirdilər. Torpağın xassələrini və ondan çıxan maddələrin nə işə yaradığını, o cümlədən bitkiləri, heyvanat aləmini  çox yaxşı tədqiq etmiş və onlardan səmərəli şəkildə istifadə etmişdilər. Belə bir gözəl söz deyilir: “Həyatda oxunacaq üç kitab var: kainat, insan və Quran”.

Ardını oxu...

 
 

Həzi Aslanov - GƏNCLƏRLƏ ÜZ-ÜZƏ

Ey gənc! Ey dünyanın və insanların ümidi gənc! “Gəncəm” deyib keçirsən. Bəs bu günə qədər “gənc” nə deməkdir, “gənclik” nədir deyə düşünmüsən?

Düşün və bil!.. Gənc sözü Fars dilində xəzinə mənasına gəlir. Yəni qızıl, gümüş və ləl-cəvahirat kimi qiymətli əşyaların yığıldığı və saxlandığı yer deməkdir. Bizim dildə isə uşaqlıqdan sonrakı dövrə verilən addır. Yəni gənc demək potensial zənginlik deməkdir, güc deməkdir, enerji deməkdir, qabiliyyət və bacarıq deməkdir. Gənclik də insanın bu xəzinə potensialına sahib olduğu dövrdür.

Ardını oxu...

 
 

Dr. Anar Qurbanov - SUAL-CAVAB

Sual: Bir namazı qılarkən digər namazın vaxtı girərsə, qılınan bu namaz pozularmı?

Cavab: Bir namazı qılarkən digər namaz üçün azan oxunmağa başlayarsa, yəni digər namazın vaxtı girərsə, qılınan həmin namaz axıra kimi tamamlanmalıdır. Bu namazın qəza edilməsinə də ehtiyac yoxdur. Ancaq vurğulamaq lazımdır ki, bir üzr olmadan namazı son vaxtına təxirə salmaq təhrimən məkruh hesab olunur.

Ardını oxu...