İlk səfər ilk insanla başladı. Həzrət Adəmin cənnətdən dünyaya yolçuluğu ilə... Cənnətdən çıxardılan Adəm babamızın bu məcburi səfəri insana kim olduğunu öyrətdi. Ona zəif tərəflərini, gücünün hüdudlarını, edə biləcəklərini, etməli olduqlarını göstərdi. Xətalarını göstərərək tövbə etməyi öyrətdi, olum-qalım savaşı verərkən təkbaşına hərəkət etməyin təhlükələrini göstərərək, sevdiyi Həvvasını tapmağı təlqin etdi. Növbəti səfər üçün lazımi tədarükün məhz bu səfərdə görülməli olduğunu bildirdi. Çünki insanın əsas və əbədi yurda yenidən qovuşa bilməsi bu dünyada yenidən yoğrularaq bişməsinə bağlıdır.
Bu dünyada, fiziki məhdudiyyəti olmayan hər bir insan ömrünün müxtəlif anlarında məcburi və yaxud da könüllü şəkildə səfərə, səyahətə və ya ekskursiyaya çıxmaqdadır. “Yüz eşitməkdənsə bir görmək yaxşıdır” sözünə əsaslanaraq deyə bilərik ki, hər bir səfər insanın intellektinə yeni informasiyalar qazandırır. “Ağıllı insan - nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışan insandır.” (Tirmizi, Qiyamə 25) hədisinə görə mömin dünyada qarşılaşdığı və yaşadığı anı öz lehinə çevirə bilmə fərasətinə malik olmalıdır. Odur ki, səfər və səyahət edərkən yaşadığı (müsbət və mənfi) anı Allahdan bilməli, müşahidə etdiyi gözəlliklərdə Allahın qüdrətini təfəkkür etməlidir.
Azərbaycan səyyahları dünya səyyahlıq tarixinə öz adlarını qızıl hərflərlə yazdırıblar. Bu səyyahlardan ən məşhuru Hacı Zeynalabdin Şirvani (1780-1838) olmuşdur. Onun qət etdiyi yolun umumi uzunluğu 60 000 km-dən artıq olmuşdur. Belə ki, Hazı Zeynalabdin Şirvani ömrünün 40 ilini səyahətdə keçirmiş və son səyahətini də həccə getməklə başa vurmuşdur. Hacı Zeynalabdin Şirvani şərəfli bir ömür sürərək hər kəsin rəğbətini qazanmış bir şəxsiyyət olmuşdur.
İnsanlar qədim zamanlardan təbiətdə baş vеrən hadisələri izləmiş, оnların səbəbini anlamağa çalışmışlar. Təbiət üzərində müşahidələrə əsaslanaraq formalaşan primitiv baхışlar sоnrakı еlmi biliklərin fоrmalaşmasının əsasını qоymuşdur. Cоğrafiya еlminin bir sahəsi olan səyahətin bugünkü inkişaf səviyyəsinə çatması da bu səbəbdən qaynaqlanmaqdadır. Səyyahların qeydləri və araşdırmaları tarix boyu heç vaxt bəsit bir qeyd kimi dəyərləndirilməmişdir. Onlar özlərində sadəcə coğrafi bilikləri deyil, siyasi, sosial, iqtisadi, mədəni, ictimai, etnik və məişətlə əlaqəli, bəlkə də, başqa heç bir yerdə rast gəlinməyəcək məlumatları da əks etdirməklə fərqlənmişlər.
Əsl adı Piri Muhyiddin İbn Hacı Mehmed olan Piri Rəis tayı-bərabəri olmayan xəritəçi, dənizi və dənizçilik sirlərini dərindən bilən və tarixə böyük izlər salan bir kapitan olmuşdur. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, XV əsrdə Aralıq dənizinin Osmanlılara məxsus olduğunun qəbul edilməsində və bir türk gölü kimi tanınmasında da Piri Rəisin əvəzsiz xidmətləri olmuşdur.
15 fevral 1978-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində ziyalı ailəsində anadan olub. Yeddi ildir velosipedi ilə dünya üzündə səyahət edir.
İrfan: Ramil bəy, illərdir Azərbaycan bayrağını da yanınızda götürüb Çindən ta Cənubi Amerikaya kimi dünyanın dörd bir yanını gəzirsiniz. Necə olub səyahət eşqinə, gəzib-dolaşmaq qərarına gəlmisiniz?
Tarixə adını qızıl hərflərlə yazdıran bir çox İslam elm adamı mövcuddur. Tibdən tutmuş astronomiyaya qədər bütün elm sahələrində belə adlara rast gəlmək mümkündür. Məhz bu şəxslərdən biri də Əbu Abdullah İbn-Bətutədir. O, ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Olduğu ölkələrdə elmi səviyyəsi, topladığı təcrübə və bilikləri sayəsində dəfələrlə dövlət üçün çalışması təklif edilmiş, bu təkliflərin bəzilərini qəbul edərək bir müddət çalışmış və işi ilə birlikdə digər dövlət strukturları haqqında mühüm məlumatları da qələmə almışdır. Onun yazdığı səyahətnamələrdən o dövrün müsəlman cəmiyyətləri və səyahət etdiyi digər yerlər haqqında çox önəmli və ətraflı məlumatlar əldə etmək mümkündür.
Azərbaycan – Rəvan qalası
Əvvəla bismillah ilə Təbrizdən şimal tərəfə doğru; Hacı Harami qəsəbəsi, oradan Safyan qəsəbəsi, sonra Məzidxan xanı, sonra Kərəmiş qəsəbəsi...
Bir-bir keçdiyi qəsəbələrin adlarını, onun təbiətini vəsf edərək Rəvan qalası istiqamətində yol aldığını yazır, Evliya Çələbi. Çələbi öz kitabında Rəvan qalası haqqında 1510-cu ildə Şah İsmayıl tərəfindən Rəvan Qulu adında xanına fərman verdiyini, onun tərəfindən yeddi ilə tikildiyini yazır. Qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilmişdir.
Avtostop səyyahları
Bəzən reportaj almaq üçün kiminsə yanına getməli olursan. Bəzən də reportaj alacağın adam ayağı ilə gəlib səni tapır.
Həyatın bir səfər, dünyanın bir kölgəlik anı olduğunu bizə öyrədən Allahın Rəsuludur (s.ə.s). Əslində hər səfər yeni bir imtahan olduğu qədər, hər yolçuluq da yeni bir başlanğıcdır.
Hicrət də səfər növlərindən biridir. Lakin istəyə bağlı olan səfərlərdən fərqli olaraq hicrət səfərini məcbur edən səbəblər vardır.
بسم الله الرحمن الرحيم
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي اَحْسَنِ تَقْوِيمٍ ﴿4﴾ ثُمَّ رَدَدْنَاهُ اَسْفَلَ سَافِلِينَ ﴿5﴾ اِلَّا الَّذِينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُونٍ ﴿6﴾
“Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq. Sonra onu aşağıların ən aşağısı etdik. Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır”. (ət-Tin, 95/4-6)
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «العُمْرَةُ إِلَى العُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا، وَالحَجُّ المَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الجَنَّةُ»
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Ümrə ibadəti bir sonrakı ümrəyə qədər işlənəcək günahlara kəffarədir. Həcci məbrurun mükafatı isə ancaq cənnətdir". (Buxari, Ümrə, 1; Müslim, Həcc, 79)
Yunus Əmrə həzrətləri buyurur:
Eşidin ey ulular, axırzaman olusar
Sağ müsəlman seyrəkdir, ol da güman olusar…
Əcəb məxluq erişdi, göz yumuban dürişti
Halal-haram qarışdı, assı ziyan olusar…
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərdiyi peyğəmbəriyəm. Göylərin və yerin hökmü Onundur və Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Ona görə də Allaha, Onun sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz”. (əl-Əraf, 158)
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin xatirəsinə (1953-1992)
- Komandir! Bəlkə bir az dincələsiniz?..
Başını oturduğu yerdə söykəndiyi divardan araladı. Bığaltı gülümsəyib qətiyyətli bir səslə dedi:
- Nə dincəlmək, əsgər? Dayanmadan vuruşmalıyıq, yorulmadan! Sən mövqeyinə qayıt!
Yazı uçar, söz qalar...
Roman ölər, hekayə yaşayar...
Həyat kökündə romana dayandırılaraq teatra, kinoya bənzədilir. Roman çoxluğun üzərində qurulur çünki. Müxtəlif obrazlar, müxtəlif xarakterlər, müxtəlif hadisələr və nəticədə müxtəlifliyin verdiyi çalarlılıq. Burada hekayələr var. Hər kəsin oxuyanda özünü gördüyü hekayə. İnsan təbiətində “danışmaq arzusu” daşıyır. O, danışmaq istəyir, elə hey danışmaq. Tarixin dərinliyinə endikcə ilk qatlarda sözün hakim olduğu görünür. Şərqə, Qərbə, hətta Şimala və Cənuba da dönsən, şifahiliyin şəfa olduğu müşahidə edilir.
İlk sərnişin təyyarəsi
Dünyada sərnişin daşımaq üçün istifadə olunan ilk hava nəqliyyatı 1909-cu ildə havaya buraxılan “Delag” adlı zeplin olmuşdur. Ümumiyyətlə, 1919-cu ildən 1936-cı ilə qədər sərnişinlər havada üzən zeplinlər vasitəsi ilə mütəmadi olaraq səyahət etsələr də, 1936-cı ildə yaşanan bir qəzadan sonra zeplinlərin yerini yeni tipli sərnişin təyyarələri almağa başladı. Bu gün istifadə olunan sərnişin təyyarələri həmin təyyarələrin dəfələrlə təkmilləşdirilmiş modelidir.
Uca Allah insanlar arasından seçdiyi elçilərini onlara hər yönü ilə örnək olmaları üçün insanların hər an üzləşə biləcəkləri bir çox müsibətlərlə üzləşdirmişdir. Bu müsibətlər və imtahanlar qarşısında necə mətanət və dözümlülük nümayiş etdirdiklərini Qurani-Kərimdə keçən qissələr vasitəsi ilə bütün insanlara bəyan etmişdir. Bu qissələrə diqqətlə nəzər saldığımız zaman onu da görürük ki, həyatın ən ağır və çətin sınaqlarından yalnız və yalnız peyğəmbərlərimiz keçmişdir. Bu ifadə də təsadüfən deyilməmişdir: “İnsanlar bu dünyada öz imanları nisbətində imtahan olunurlar. Kimin imanı güclüdürsə imtahanı da o qədər ağır olur”.
İnsanlıq tarixi bir çox sivilizasiyalara şahidlik edib. Zaman keçdikcə elmi-texniki inkişafın sürətlənməsi bu prosesin daha çox təşəkkülünə səbəb olub. Son sivilizasiya özündən əvvəlki sivilizasiyalardan müəyyən qədər də olsa bəhrələndiyi üçün özünün əvvəlkilərdən daha mədəni olduğunu qəbul edir və insanlar buna inanır. Bu iddia maraqlı səslənsə də, nəticələr heç də bunu deməyə əsas vermir. Çünki bu gün yaşanan hadisələr barbarlığın ən çox yaşandığı tarixi zamanlarda belə müşahidə edilməyib. İnsanlar yavaş-yavaş insanlıqlarını unudub daha çox insana xas olmayan davranışlara meyl etməklə məşğuldur. Bunun isə əsas səbəbi fərdlərdən cəmiyyətə, cəmiyyətdən də fərdlərə qədər uzanan fərdi və sosial problemlərdir.
2020-ci il faktiki olaraq, XXI əsrin ilk iyirmi ilidir və bu müddət ərzində biz dünya siyasətində ciddi hadisələrin baş verdiyinin şahidi olmuşuq. Bu iki onillikdə baş verən hadisələrin təfərrüatlarına baş vurmadan, təəssüflə söyləmək olar ki, ciddi pozitiv proseslərdən bəhs etmək bizə çətin gəlir.
İnsan sosial varlıqdır. Təkbaşına həyatını davam etdirməsi çox çətindir. Məhz bu səbəbdən Uca Allah Hz. Adəmi (ə.s) yaratdıqdan dərhal sonra onunla ünsiyyət qursun, ona yoldaş olsun deyə Həvva anamızı yaratmışdır.
İnsanların bazarda və marketlərdə satılan qidaların genlərinin dəyişmiş olması haqda danışdığını tez-tez eşidirik. Zəmanə insanlarında GDO qorxusu, GDO sindromu var desək, yeridir. Yeyilənin və içilənin GDO-lu olmamasına diqqət edirik. “Orqanik, təbii, natural, sağlam” kimi sözlər insanları sehrli sözlər kimi ovsunlayır. Görəsən, insanlar özləri nə qədər orqanikdir? Nə qədər orqanik qala bilmişik. Təbəssüm etmək, yaxşılıq etmək, xəstələri ziyarət etmək, yaxşılığı əmr edib pis işlərdən çəkinmək və çəkindirmək, bunlar orqanik insan olmağın əlamətlərindən bir neçəsidir. Pis əxlaq, günahlar və üsyan fitrətin, yəni yaradılışdakı təbii saflığın pozulmuş halıdır.
Sevdiyin, xətrini çox istədiyin və dəyər verdiyin birini saymaq, ona hədiyyə almaq, dəyər verildiyini hiss etdirmək və bunu dilə gətirmək yaxşı bir davranışdır. Necə ki, Hz. Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Sevdiyiniz insana bunu söyləyin” deyə buyurmaqdadır. (Əbu Davud, Vitr 26)
İstədim ki, bu yaxınlarda baxdığım bir film haqqındakı təəssüratlarımı sizlərlə bölüşüm. Çox təsirli olduğu üçün istədim sadəcə filmin əsas janrının nədən ibarət olduğunu bu qısa yazıya sığdırım. Gözlərimi 2 saat ərzində ekrandan çəkə bilmədim. Çünki bu hadisə hər hansı bir nağıl və yaxud hekayə deyildi. Yaşanmış hadisələr həmişə digərlərindən təsirli olur. Filmi izlədikcə insanın gözləri dolur. Tarix boyu müharibələr həmişə yetim qalmış uşaqlara ən ağır travmalar yaşatmışdır. Filmdəki bir türk əsgərinin göstərdiyi mərhəmət, şəfqət təkcə balaca Aylanı deyil, həm də müharibədə valideylərini itirən bütün balaları qucağına alırdı sanki...