155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..


№ 156 Noyabr

Nurlan MƏMMƏDZADƏ - SEÇİLMİŞ AİLƏ

Ömrünün son çağlarında Hz. Peyğəmbərin ümmətinə verdiyi tövsiyələr arasında bu nəsihəti də mühüm yer tuturdu:“Sizin üçün iki miras qoyub gedirəm

Ardını oxu...

 

Dr. Rüfət ŞİRİNOV - MƏSUD QIZ ATASI

 “Bir oğlana təhsil verməklə bir insan,

bir qıza təhsil verməklə isə təhsilli bir ailə və cəmiyyət qazanarsınız”.

(H.Z.Tağıyev)

Ardını oxu...

 
 

Həzi ASLANOV - BABA PEYĞƏMBƏR (S.Ə.S)

Şəfqət, mərhəmət və sevgi Uca Yaradanın insan oğluna bəxş etdiyi bir nemətdir. Elə bir nemət ki, onunla qırılmış könüllər düzələr, xəstələr özlərində güc tapar, insanın əhvali-ruhiyyəsi açılar, insan dəyər verildiyini anlayar və həyata olan bağları güclənər.

Ardını oxu...

 
 

Fuad QULİYEV - SEVGİ VƏ NƏZAKƏTİN ZİRVƏSİ

Dünya həyatını ən az xəta və nöqsan ilə yaşamaq üçün hər insanın ehtiyac duyacağı bir yol göstərəni, bələdçisi, rəhbəri və bir mənada ona işıq tutan “fənəri” olmalıdır. Elə bir yol göstərici olmalıdır ki, həmin şəxs vasitəsilə onun həm dünya, həm də axirəti ilə bağlı işləri düzgün tənzimlənsin.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV - ALLAH RƏSULU BİR VƏFA NÜMUNƏSİ İDİ

Vəfa, bir insanın verdiyi sözündə sadiq olması, ona yaxşılığı dəyən, uzun müddət bir yerdə yaşadığı insanlara bağlı qalması və özünü onlara borclu hiss etməsidir. Vəfalı insan yaxınlarını düşünən və məsuliyyətli insandır. Özündən vəfa və hörmət gözləyən insanlara məhəl qoymayıb, ona edilən yaxşılıqları tez bir zamanda unudaraq onları tərk edən isə vəfasız və qədir-qiymət bilməzdir.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - AİLƏDAXİLİ PROBLEMLƏRƏ NƏBƏVİ BAXIŞ

 

“Qadınlar kişilərlə birlikdə bir bütünü tamamlayan iki parçadır”.

(Əbu Davud, Təharət, 94)

Ardını oxu...

 
 

Müsahibə Əli CAN – İDEAL GƏNCLİK ÜÇÜN İDEAL AİLƏ ŞƏRTDİR

İrfan: Zəhmət olmasa, oxucularımıza özünüzü təqdim edərdiniz.

Əli Can: Türkiyənin Kayseri şəhərində 1976-cı ildə anadan olmuşam. Orta məktəb təhsilimə Kayseridə başladım, İstanbulda tamamladım. 1999-cu ildə Mərmərə Universitetinin İlahiyyat fakültəsindən məzun oldum. Əziz Mahmud Hüdayi vəqfinin bir çox təhsil müəssisəsində idarəçi, məsləhətçi və təlimçi kimi iyirmi ildir müxtəlif vəzifələrdə işlədim. Hal-hazırda da bu vəqfdə müdir müavini vəzifəsindəyəm. Eyni zamanda “Gənc şəxsiyyətin formalaşmasında İslami qeyri-hökumət təşkilatlarının rolu” adlı doktorantura dissertasiyasını müdafiəyə hazırlayıram. 

Ardını oxu...

 
 

Əziz SULTANOV - QƏRİBLƏRİN HAMİSİ

Çətin bir dövrdən keçirik. İnsanlar İslamın bəyan etdiyi gözəlliklərin müzakirəsi bir yana, ümumiyyətlə din haqqında, İslam barəsində danışmaq, daha doğrusu eşitmək istəmirlər.

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV - ƏSL DOST

Dostluq, yoldaşlıq insanlar arasındakı münasibətlərin nəticəsində meydana gələn ictimai həyatın ən önəmli sosial münasibət formasıdır. Sosial münasibətlərdə səhv anlaşılmağa səbəb olan elə məqamlar var ki, bunun ən əsas səbəbini dostluq, yoldaşlıq, qonşuluq, qohumluq və s. kimi sosial münasibətlərin sərhədini bilməmək təşkil edir. “Dostluq öz yerində, iş öz yerində” sözü fikrimizi daha yaxşı aydınladır. Buna görə də bu münasibətləri bir-birindən ayrı tutmaq lazımdır. Əks halda cəmiyyətdə sosial iğtişaşa zəmin hazırlayan ədalətsizlik baş verər.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - PEYĞƏMBƏRİMİZİN UŞAQLARLA RƏFTARI

 

İslam dininin uşaqlara qarşı münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışına əsaslanır. Çünki uşaq dünyaya tər-təmiz bir yaradılışla və günahsız olaraq gəlir. Həddi-büluğ yaşına qədər etdiyi hərəkətlərinə görə dini baxımdan məsuliyyət daşımır.

Ardını oxu...

 
 

Nizami ƏFƏNDİYEV - HƏR KƏSƏ RƏHMƏT

Uca Allahın bəşəriyyətə göndərdiyi Peyğəmbərlərin hamısı fərqli şəriətlə göndərilsə də, ən müqəddəs vəzifələri eyni iman prinsiplərini, xüsusən də təkallahlılıq prinsipini təqdim etmək idi. Bunun üçün müqəddəs mesajların son halqası olan İslamın, müxtəlif sivilizasiya və düşüncə sistemləri ilə münasibəti çox təbii bir haldır. İslam sivilizasiyasının əsas mənbəyi olan Quran və Sünnəyə baxdıqda bu əlaqənin nə qədər inkişaf etdiyini başa düşmək çətin deyil. Bütün insanlara hidayət rəhbəri olaraq göndərilən Hz. Muhammədin  qeyri-müsəlmanlarla əlaqələrində “əhli-kitab” dediyimiz yəhudi və xristianlarla münasibəti olduqca diqqətəlayiqdir.

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ

                              - 2 -

Yunus Əmrə həzrətləri buyurur:

Ol aləm fəxri Muhamməd, nəbilər sərvəridir,

Ver salavat eşq ilə, ol günahlar əridir…

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّـهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ ﴿٨

“İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”

(əz-Zümər, 39/8)

Ardını oxu...

 
 

Dr. Səfa MURADOV - BİR HƏDİS

عن أَبِي قَتَادَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنِّي لَأَقُومُ فِي الصَّلاَةِ أُرِيدُ أَنْ أُطَوِّلَ فِيهَا، فَأَسْمَعُ بُكَاءَ الصَّبِيِّ، فَأَتَجَوَّزُ فِي صَلاَتِي كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ

            Əbu Qətadədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Mən uzun qıldırmaq arzusuyla namaza başlayıram. Ağlayan bir uşaq səsi eşidən kimi, anasına əziyyət verməyim deyə, namazı qısa tuturam”. (Buxari, Azan, 61).

Ardını oxu...

 
 

Dr.Abbas QURBANOV - ÇARƏ AXTARIŞINDA

Bu yaxınlarda kitab nəşri və satışı ilə əlaqəli rəsmi olaraq təşkil olunan bir toplantıya “Milli-mənəvi dəyərlərin qorunmasında dini ədəbiyyatın rolu” mövzusunda çıxışımla dəvət olunmuşdum. Respublikamızda fəaliyyət göstərən bir sıra nəşriyyatlar, dini mağaza sahibləri və bu sahədə öz qələmləri ilə tanınan bir çox müəlliflər də ora dəvət olunmuşdu. 

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - VİCDAN MÜHASİBƏSİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “İnsanlardan və cinlərdən cəhənnəmə girəcək nə qədər kimsələr yaratdıq. Onların vicdanları var, lakin onunla anlamazlar; gözləri var, lakin onunla (Allahın möcüzələrini) görməzlər; qulaqları var, lakin onunla (öyüd-nəsihəti) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır”. (əl-Əraf, 179).

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - HƏYATIMIZDA İMANIN YERİ

Hər bir mömin Allahın endirmiş olduğu kitab və suhuflara iman edir. Əlimizdə kitabların mövcudiyyətini təsdiq edən kəlamların ən üstünü, keçmiş və gələcəyin xəbərlərini insanlara bildirən, bütün elmlərin əsasını və qaynağını təşkil edən, yeganə dəyişməz kitab olan Qurani-Kərim var.

Ardını oxu...

 
 

Adem ŞAHİN - “HÜZUREVİ”

“Ölmədən əvvəl ölün” sözünün hədis olub-olmadığı mövzusunda mübahisələr davam edərkən dünya ölmədən əvvəl ölən və ölüm gəldiyi zaman ölənlərlə birlikdə fırlanmağa davam edir.

Ardını oxu...

 
 

Natiq ƏHMƏDOV - DÜŞÜNÜRƏM, DEMƏLİ, VAR!

İnsan; Yaradanın yer üzündəki xəlifəsi.

İnsan; Dağların, ərşi-əlanın yüklənməkdən boyun qaçırdığı "əmanətin" sahibi.

Ardını oxu...

 
 

Məlik İBRAHİMOV - İSTEHLAK LABİRİNTİ

“Zaman elm və mədəniyyət zamanıdır” deyilir. Fikrimcə, bu o qədər də doğru deyil. Bunun əvəzinə “istehlak zamanı” demək daha düzgün olardı. Çəki problemləri, qidadan doymamaq, davamlı yemək, geyinmək, almaq, almaq və yenə də almaq... Əslində, “köhnə” anlayışı istifadəyə yararlı olmayan, yaxud gözləniləni qarşılamayan: dağılmış, cırılmış, qırılan və s. şeylərə aid edilirdi. İndi belə deyil. Bir telefonun yeni modeli çıxdıqda hazırkı model artıq gözdən düşür və fikirlər yenisinə yönəlir. Bunun kimi digər məhsullar da belədir. Halbuki cari məhsul da ondan gözləniləni tamamilə qarşılamağa qadirdir.

Ardını oxu...

 
 

Nicat QƏRİBOV - ƏSRİ-SƏADƏTDƏN BİR XATİRƏ

Safiyyə anamız yəhudilər arasında tanınmış şəxs olan Hüyeyin qızı idi. İslamı üstün tutaraq Rəsulullahın (s.ə.s) zövcəsi olmaqla şərəflənmişdi.

Bir gün Hz. Safiyyənin cariyəsi onu xəlifə Hz. Ömərə bu şəkildə şikayət etdi:

Ardını oxu...

 
 

Anar QURBANOV – SUAL-CAVAB

Sual: “Kiramən-Katibin” nə deməkdir?

Cavab: “Möhtərəm yazanlar” mənasına gələn “kiramən-katibin” insanların yanında olan və onların etdikləri işləri əməl dəftərinə yazmaqla məşğul olan mələklərdir. Qurani-Kərimdə belə buyurulur: “Həqiqətən, sizə nəzarət edən və əməllərinizi yazan möhtərəm mələklər vardır. Onlar sizin etdiklərinizi bilirlər”. (əl-İnfitar, 82/11-12) O cümlədən “həfəzə” və “rəqib-ətid” mələkləri də deyilən mələklərin qeyd edilən bu vəzifələrindən başqa, axirət günü haqq-hesab zamanı edilən işlərə şahidlik edəcəkləri də ayələrdə bildirilmişdir. Belə ki, bir ayədə belə buyurulur: “Sura üfürüləcəkdir. Bu, vəd olunmuş gündür. Hər kəs onu sürükləyib gətirənlə və bir şahidlə gələcəkdir”. (Qaf, 50/20-21).

Ardını oxu...