155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..


№ 155 Oktyabr

Nurlan MƏMMƏDZADƏ - QƏLBLƏR NURLA QİDALANSIN

Oluklar çift; birindən kir axar, birindən nur... Bu ifadələr ötən əsrin yetişdirdiyi dahi türk şairlərindən biri olan Necip Fazılın məşhur “Sakarya Türküsü”ndə yer alır. Anadolu türkcəsində işlənən “oluk” kəlməsinin Azərbaycan türkcəsindəki qarşılığı “nov”dur. El arasında daha çox “novalça” olaraq məşhurlaşan bu əşyadan su kimi mayeləri axıtmaq üçün istifadə olunur.

Ardını oxu...

 

Aqil ƏLİYEV - İFRAT-TƏFRİT ARASINDA

Xeyir və fəzilət orta yolu tutaraq  getməklə əldə olunur. Bu, nə ifrata varmaq, nə də təfritdə olmaqdır. İfrat - həddi aşmaq, təfrit isə - bir işə əhəmiyyət verməmək, məsuliyyətsiz davranmaqdır. Bir mömin də, məhz orta yolu tutaraq getməli, xeyir və fəziləti bu yolla əldə edəcəyinə inanmalıdır. Bilməlidir ki, orta yoldan geri qaldığımız zaman da, irəli gedib həddi aşdığımız zaman da xeyir və fəzilət bizdən uzaqlaşacaqdır.

Ardını oxu...

 
 

DR. Rüfət ŞİRİNOV - MƏQSƏDLƏRİ NƏDİR?

Məxluqatın yaranması ilə başlayan haqq-batil savaşı tarix boyunca davam etmiş, hal-hazırda da davam edir və qiyamət qopana qədər davam edəcəkdir. Bu mübarizə fiziki, elmi, sosial-iqtisadi sahələrdə olduğu kimi, dini sahədə də öz əksini tapmışdır. Şeytanın Allaha qarşı çıxması ilə toxumu atılan sözügedən mübarizə Hz. Adəmin övladlarından Qabilin Habili qətl etməsi ilə dünyada özünü büruzə vermişdir.

Ardını oxu...

 
 

Nizami ƏFƏNDİYEV - ATEİZM və DEİZM

“Deizm” latın dilində “tanrı” mənasını verən “deus” sözündən törəmişdir. Bu söz yunan dilində “tanrı” mənasındakı “theos”dan gələn ilahi terminlə eyni lüğət mənasında işlədilir. Ancaq XVI əsrdən bəri xristian dünyasında başlayan fəlsəfi və teoloji mübahisələr nəticəsində “teizm” termini ortodoks inancının müdafiəçiləri üçün, deizm isə ənənəvi inanclardan yayınanlar üçün istifadə edilmişdir.

Ardını oxu...

 
 

Vəfadar BABAYEV - GƏNCLƏR ARASINDA DEİZMİN YAYILMA SƏBƏBLƏRİ

Deizm nədir? Qısaca desək, deizm – bir tək Yaradıcının mövcud olması, Onun hər şeyi yaratması, lakin sonradan insanların işlərinə qarışmamasına əsaslanan bir inanc sistemidir. Yəni hər şeyi yaradıb, sonra kənara çəkilib və hər kəsi öz taleyi ilə baş-başa buraxıb. Nəhayət, Yaradıcı heç bir işə qarışmadığı üçün nə dinə, nə də peyğəmbərə gərək yoxdur. Dolayısı ilə deizm dini və nübüvvəti inkar edən bir düşüncə tərzidir.

Ardını oxu...

 
 

Atmet TECİM - QAFQAZ DAĞLARINDAN BİR QARTAL KEÇDİ HACI SƏLİM ƏFƏNDİ

Bu il xəzan fəsli erkən başladı. Qafqazlarda üç dönəm görən “ağsaqqallar” bir-bir torpağa düşdülər… Zöhrab dayı, Abdussaməd baba və nəhayət Hacı Səlim Əfəndi… Hər biri dəyərli olan bu insanlar kommunizmin ən qaranlıq çağlarında belə iman eşqini ürəklərində qoruyub saxlamağı bacaran şəxsiyyətlər idi…

Tarixi axış içində Türk-İslam coğrafiyası XX əsrin başlarında ağrı-acılı günlər yaşadı. Həm Anadoluda, həm də Osmanlı coğrafiyasından qopan tor

Ardını oxu...

 
 

Hacı Salman Musayev - “Adı ilə ürəyimizdə yaşayacaq”.

 Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Hacı Salman Musayev - “Adı ilə ürəyimizdə yaşayacaq”.

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HACI SƏLİM ƏFƏNDİ

Qardaş Azərbaycanın mənəvi iqliminin mühüm simalarından, xidmət və könül insanı, Quran aşiqi Hacı Səlim Əfəndini rəhmətlə yad edirik.

Ardını oxu...

 
 

Unudulmaz Xatirələr

Dr. Alican Tatlı
1992-ci ildə Azərbaycana ilk dəfə getdiyimiz zaman orada bir ay qalmışdıq. 

Ardını oxu...

 
 

Uşaq Kitablarının Yeni Ünvanı

  1. Uşaqkitabı.az saytının hazırlanması və uşaq kitablarının səsləndirilməsi fikri haradan ortaya çıxdı? 

    Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Yunus Əmrə

Yunus Əmrə həzrətləri təxminən 1240-1320-ci illərdə yaşamış Anadolu dərvişi və könül sultanıdır. Onun yaşadığı dövr Anadolunun monqol istilaları ilə sarsıldığı, siyasi iqtidarın zəifləyərək Səlcuqluların tənəzzül etdiyi, bəyliklər arasında sonu gəlməz mücadilələrin yaşandığı, qıtlıq və quraqlığın hər tərəfi yandırıb yaxdığı, bu fəlakətlərdən daha böyüyü olan batil fikir və inancların könülləri bulandırmağa başladığı sancılı bir dövr idi. Bütün bunlar sanki Anadolunun bərəkətli torpağında baş qaldıracaq Osmanlı mədəniyyət çinarının doğum sancısı idi.

Ardını oxu...

 
 

Dr. Ələddin SULTANOV - BİR AYƏ

“Göylərdə və yerdə (Allahın varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər”. (Yusuf, 12/105)

Ardını oxu...

 
 

Səfa MURADOV – BİR HƏDİS

عن أَبي هريرة أنَّ رسول الله - صلى الله عليه وسلم - قَالَ: إِذَا مَاتَ الإنْسَانُ انْقَطَعَ عَمَلُهُ إِلاَّ مِنْ ثَلاثٍ: صَدَقةٍ جَاريَةٍ، أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ، أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ

Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İnsan öldüyü zaman üç əməli xaricində bütün əməllərinin savabı kəsilir: Sədəqeyi-cariyə, istifadə olunan elm, ardınca dua edən xeyirli övlad”. (Müslim, Vəsiyyət, 14)

Ardını oxu...

 
 

Müşfiq XƏLİLOV - İMANINIZI QORUYUN!

Peyğəmbərimiz (s.ə.s) buyurur: Doğulan hər uşaq (İslam) fitrəti ilə doğulur...” (Buxari, Cənaiz, 93)  Bu mənada hər dünyaya gələn insan təmizdir, iman etməyə daha əlverişlidir. Sadəcə olaraq daha sonra onu ətraf mühitin mənfi təsirlərindən qorumaq lazımdır. İslam fitrəti ilə doğulan bir uşağı yad təsirlərdən necə qorumaq gərəklidirsə, əslində, imanın özünü də bu ünsürlərdən mühafizə etmək əsas şərtlərdəndir.

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - İMANIN ƏHƏMİYYƏTİ

İnsan oğlu beşiklə məzar arasında, axirət hesabıyla bir gün və ya gün yarım çəkən bir həyat yaşayır. Lakin o həyatda  min bir müəmma ilə problemlər labirinti içində ömür sürüb gedir. İnsan təkbaşına qaldığı zaman onu beş duyğu üzvü ilə əhatə edən problemlər dünyası  mühasirə altında məhbus tutar. Bu problemlər insanla doğular, insanla ölər. Bunlar sosial, iqtisadi və mənəvi problemlərdir. 

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU - RƏSULULLAHI (S.A.S) TANIYIRIQMI?

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Rəsulum!) Biz səni aləmlərə rəhmət olaraq göndərdik”. (əl-Ənbiya, 107). “(Rəsulum!) Rəbbinin sənə verdiyi nemətlər sayəsində məcnun deyilsən. Sənin üçün bitməz-tükənməz, sonsuz mükafat vardır. Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən”. (əl-Qaləm, 2-4).

Ardını oxu...

 
 

Əziz SULTANOV - ƏBƏDİ SƏADƏT SEVDALILARI

Tarix boyu insanın, xüsusilə də dünyaya meyli olan insanların iki arzusu olub: çox yaşamaq və rahat yaşamaq. Bu məqsədlə insan oğlu dünyanı bu başdan o başa ələk-vələk edib ki, bəlkə, axtardığı “dirilik suyu”nu tapa. Halbuki axtardığı şey dəvəni inyə dəliyindən keçirmək, Günəşi palçıqla suvamaq kimi imkansız, nəticəsizdir. Çünki müvəqqəti daldalanma məkanında əbədi sığınacaq, çətinlik və məşəqqət yurdunda əbədi səadət, təəssüf ki, məntiqə və yaradılış məqsədinə ziddir.

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - DƏYƏR (SİZSİNİZ)?!

“Ülgüc itidir, ancaq ağacı kəsə bilməz. Balta güclüdür, ancaq saçı kəsə bilməz. Hər kəs öz xüsusiyyətinə görə dəyərlidir. Əgər ayaqqabılarına heyran deyilsənsə, heç kimin qarşısında başını əymə. Sadəcə səni bu dünyada dəyərli bir insan kimi yaradan uca Rəbbinin qarşısında öz şükür borcunu əda etmək üçün başını əy!..”

Ardını oxu...

 
 

Saleh ŞİRİNOV - Uca Hədəflər Uğrunda!

Möminin hədəfi uca, diləyi böyük olmalıdır. Onun ən uca hədəfi Allahın razılığı, ən böyük diləyi axirət səadətidir. Bu uca hədəflərin qarşısında iki böyük maneə vardır: biri doymaq bilməyən qarın, digəri də cinsi arzulardır. İnsanı cəhənnəmə ən çox aparacaq olan da bunlardır. (Tirmizi, Birr 62; İbn Macə, Zöhd 29)

Ardını oxu...

 
 

Adem ŞAHİN - ARI KİMİ OLMAQ

Uzun illər boyu keçə çadırlarda yaşamış olan bir dostumla kəsəyən haqqında söhbət etdik. Kəsəyəni görən kimi stolun üstünə çıxan da var, onu əli ilə tutan da...

Ardını oxu...

 
 

Rəşad MANAFOV - İKİ NƏFƏS ARASINDAKI MÖCÜZƏVİ HƏYAT

İnsan “iki nəfəs” arasındakı ömrünü xeyirli və bərəkətli keçirməlidir. Bu iki nəfəsdən ilki dünyaya gələrkən ilk nəfəsimiz, ikincisi isə bu dünyadan gedərkən verdiyimiz son nəfəsimizdir. Bu iki nəfəs arasında saysız nəfəslər alıb veririk.

Ardını oxu...

 
 

Məlik İBRAHİMOV - FİLMİNİ GÖSTƏR, DEYİM KİMSƏN...

İnsan özünü daim nəyəsə bənzədir. Bəzən şüurlu şəkildə, bəzən isə istəmədən ətrafındakılardan təsirlənir. Heç kəs iddia edə bilməz ki, xarakteri və düşüncələri özünəməxsusdur və bunun formalaşmasında heç bir təsir rol oynamayıb. Bu heç də belə deyil. İnsan uşaqlıqdan hər şeyi görərək və hərəkətlərini kiməsə bənzədərək formalaşır. Azərbaycan dilində danışmağımızın səbəbi ətrafımızdakıların bu dildə danışmasıdır. 

Ardını oxu...

 
 

Həzi Aslanov - KARYERAN NƏDİR?

Yeni tədris ili başlamaqda, bütün şagird və tələbələr elm tələb etmə yoluna qədəm qoymaqdadırlar. Niyə elm tələb etmək? Çünki “tələbə” sözü tələb edən kimsə deməkdir. Elm, bilik, savad, irfan, əxlaq və faydalı nə varsa...

Ardını oxu...