Yaşadığımız çağ özü ilə bərabər bir sıra yenilikləri də gətirdi dünyamıza. Yaxud da fərd və toplum olaraq bizim yaşadığımız bir sıra yeniliklər ömür sürdüyümüz çağı digərlərindən fərqli mövqelərə gətirdi.
Bəşər övladı bilərək və ya bilməyərək israf edir. Bilərək edilən israf psixoloji xəstəliyin nəticəsidir. Belə ki, insan təkəbbür, özünügöstərmə və bəyənmə duyğularının əsiri olduğu zaman israfa yol verdiyi kimi, aşağılıq kompleksinin nəticəsi kimi də bu yanlışa düşə bilər.
İnsanı aldatmağa nə var ki!..
İndiki zəmanədə təkcə öz yaxınları, etibar etdiyi, güvəndiyi kimsələr deyil, heç tanımadığı, üzünü görmədiyi, yaxşı bir işinə şahid olmadığı insanlar belə çox rahatlıqla aldadır insanı. Artıq onun aldanması üçün saatlarla, günlərlə dil tökmək də tələb olunmur. Bəzən elə insanın içindəki arzu və istəklər də onu aldatmağa kifayət edir. Sanki aldanmaqla ovunur zəmanə insanı, aldanmaqla ümid bəsləyir, nəyəsə.
Şükür etmək - qiymət bilmək, insanın öz həyatından razı və məmnun olması deməkdir. Uca Allahın bizə lütf etmiş olduğu saysız-hesabsız nemət üçün Ona minnətdar olmaq və təşəkkür etməkdir.
Bill Geytsdən soruşurlar: “Bu dünyada səndən daha zəngin biri varmı?”
Geyts: “Bəli, məndən daha zəngini var”, - deyir.
Ona: “Bəs yaxşı, kimdir o?” – deyirlər.
İnsan içində olduğu aləmdə “adətullah” gərəyi nəslinin davam etməsi arzusundadır. Lakin bir möminin nəsil əndişəsi digər məxluqatdan fərqli və daha ülvidir. Belə ki, mömin öz övlad və nəvələri ilə yalnız nəslinin/soyunun davam etməsi dərdində deyil.
İsraf - dinin, ağılın, ənənənin uyğun gördüyü ölçülərin xaricinə çıxmaq, xüsusilə də mal və imkanları müvafiq olmayan məqsədlər üçün saçıb sovurmaq deməkdir.
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Biz insana ata və anasına gözəl davranmağı tövsiyə etmişik. Çünki anası onu necə sıxıntılara qatlanaraq (bətnində) daşımışdır. Süddən ayrılması da iki il içində olmuşdur. (Buna görə də) Öncə Mənə, sonra da ata və anana şükür et. Dönüş ancaq Mənədir”. ( Loğman, 14)
İman ruhlar aləmində Rəbbimizlə bağladığımız əzəli əhd-peymanımıza dünyada göstərdiyimiz sədaqətimizdir. Yəni əsas etibarı ilə iman “əhdə vəfa”dır.
بسم الله الرحمن الرحيم
وَنَفْسٍ وَمَا سَوّٰیهَا فَاَلْهَمَهَا فُجُورَهَا وَتَقْوٰیهَا قَدْ اَفْلَحَ مَنْ زَكّٰیهَا وَقَدْ خَابَ مَنْ دَسّٰیهَا
“And olsun nəfsə və onu yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (əş-Şəms, 91/7-10)
عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: أَلَا إِنِّي أُوتِيتُ الْكِتَابَ، وَمِثْلَهُ مَعَهُ أَلَا يُوشِكُ رَجُلٌ شَبْعَانُ عَلَى أَرِيكَتِهِ يَقُولُ عَلَيْكُمْ بِهَذَا الْقُرْآنِ فَمَا وَجَدْتُمْ فِيهِ مِنْ حَلَالٍ فَأَحِلُّوهُ، وَمَا وَجَدْتُمْ فِيهِ مِنْ حَرَامٍ فَحَرِّمُوهُ
Miqdam ibn Madikərib Rəsulullahın (s.ə.s) belə dediyini rəvayət edir: "Bilin və agah olun ki, mənə Quran ilə birlikdə onun bir bənzəri də verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin, - deyəcəyi gündən ehtiyat edin". (Əbu Davud, Sünnə, 6; Müsnəd, XXVIII, 410 Hədis no: 17174)
Ruzi Allahın əlindədir; dilədiyinə çox, dilədiyinə az verir. Bu bir həqiqət olmaqla bərabər hədisi-şəriflərdə “Verən əl alan əldən üstündür”, “Güclü mömin zəif mömindən xeyirlidir” kimi ifadələrin çoxca yer alması onu göstərir ki, müsəlmanların hər cəhətdən olduğu kimi, maddi yöndən də güclü olması təşviq olunmaqdadır.
Şəmsabad kəndində Ağəli müəllimin evinin həyət qapısından içəri girdiyimiz an, hər azərbaycanlının evində olduğu kimi, cərgə ilə əkilmiş qızılgüllər, ağ rəngli çiçəklər qarşıladı bizi.
“İsraf sadəcə var-dövləti sağa-sola sovurub hədər etmək deyil, həyatın bütün mərhələlərini əhatə edən bir anlayışdır. Ömrü boşa keçirmək, qidalanmada və geyimdə həddi aşmaq, bədən sağlamlığını gərəksiz yerlərdə zay etmək, təfəkkürü ruhani mənzərələrlə deyil, nəfsani vitrinlərə yönəltmək, faydasız elmlə məşğul olmaq və elmi nəfsani mənfəətlərə alət etmək də israfdır”.(O.N.Topbaş)
İslam düşüncəsində üzərində mübahisə edilən mövzulardan biri də xeyir və şər məsələsidir. Bütün İslam üsul məktəbləri Allah-Təalanın xeyri iradə edib yaratdığını, xeyrin Allahdan olduğunu qəbul edirlər.
“İsraf” ərəb dilindən tərcümədə hədsiz dərəcədə istifadə etmək, ehtiyacdan artıq xərcləmək və həddi aşmaq mənalarını verir. Dini termin kimi isə halal və qanuni yollarla əldə edilmiş pul və sərvətdən lazımi qədərdən çox, əbəs yerə istifadə etmək anlamına gəlir.
Ramazani-Şərifin ilk günündə əbədiyyətə uğurladığımız, 63 illik dostum Kadir Mısıroğlu əsrimizdə yaşayan bir Osmanlı çinarı idi. O, əcdadımızın inşa etdiyi mədəniyyətin bugünkü daşıyıcısı və qoruyucusu ola bilməyi ülvi dava olaraq mənimsəmiş böyük bir insan idi.
"Fizioqnomika" termini yunanca: “physis-təbiət” və “qnomon-şərh” sözlərinin birləşməsidir.
Məşhurlardan birinin dediyi kimi: “həyat velosipedin üzərində yıxılmamaq üçün tarazlığı qorumaqdır”. Bu həyat yolunda idarə etdiyimiz həyat velosipedinin üzərindən yıxılmaq isə istənilən halda mümkündür.
Yay fəsli gələn kimi ağıla gələn ilk şeydir tətil. Bu söz hər kəs tərəfindən fərqli anlaşılmaqda, fərqli mənalar verilməkdə və fərqli dəyərləndirilməkdədir.
Sual: Borc alıb həccə getmək olarmı?
Cavab: Həcc ibadətinin fərz olması üçün bir müsəlman fiziki cəhətdən sağlam və imkanlı olmalı, ruhi xəstə olmamalı və həddi-büluğa çatmalıdır.