Avqust ayının sonu əsasən orta məktəbə gedəcək olanların yeni tədris ilinə hazırlıqlara başladığı bir mövsüm kimi yada düşür. Eyni zamanda müəllimlərin də yeni dərs dönəminə girməyə hazırlaşdıqları bu ayda müəllim-tələbə münasibətlərinə keçmədən İslamın elmə və elm öyrənməyə nə qədər dəyər verdiyini göstərən bir hədisi-şərifi qeyd edək.
Təlim-tərbiyədə və təhsildə ailənin rolu və funksiyası son dərəcə əhəmiyyətli yer tutur və əvəzedilməzdir. Məktəbdəki təlim prosesinin qazandırdıqları ailənin dəstəyi və nəzarəti ilə birləşdikdə istənilən müsbət nəticənin əldə edilməsi böyük ölçüdə asanlaşar və hədəfə doğru böyük addımların atılmasına nail olunar. Ailə daxilində hər bir fərdin yaşı nisbətində məsuliyyətləri olmalıdır. Valideynlər olaraq necə ki, onların həyata dair ehtiyaclarını qarşılayır, qayğı və şəfqəti əsirgəmiriksə uşaqların da ailə içərisində məsuliyyətlərinin olduğunun onlara kiçik yaşlardan etibarən öyrədilməsi lazımdır.
Həzrət Peyğəmbərin (s.ə.s) tərbiyə edib yetişdirdiyi görkəmli əshabələrinin hər birinin özünə məxsus seçkin xüsusiyyətləri vardır. Kimi görkəmli sərkərdə, dahi siyasətçi, ədalətli rəhbər ikən, kimi də güclü elm adamı, nümunəvi pedaqoq,comərdlik timsalı səxavətli şəxsiyyət olaraq cəmiyyətdə öz yerini tapmışdır. Odur ki, örnək şəxsiyyətə malik olan hər bir əshabədə bizim üçün nümunələr vardır. Çünki onlar Allahın əxlaqı ilə əxlaqlanmış bir peyğəmbərin tədris ocağında şəkillənmişdilər.
Tarixin axışına baxanda zamanla müsəlman fatehlər, demək olar ki, hər elmin və sənət sahəsinin qoruyucu hamisi və inkişaf etdiricisi olublar. Beləliklə döyüş ordularını, elm orduları əvəz etdi. Bu möhtəşəm mənəvi və siyasi irəliləyiş, əski mədəniyyətlərlə təmas nəticəsində fəth edilən məmləkətlərdə yeni bir mədəniyyət olaraq “İslam mədəniyyəti”ni inkişaf etdirdi. Onu da qeyd edək ki, müsəlmanların yaratdığı hər şey daha əvvəlki mədəniyyətlərdən fərqli bir orijinallıq nümayiş etdirirdi.
Müsəlman ölkələri olaraq bildiyimiz, elmitərəqqiyə açıq bir dinin təsiri altında olan ölkələrin bir çox qərb ölkələrindən inkişaf yönündən geridə qaldığı açıq bir gerçəkdir.Halbuki biz bilirik ki, “İnsanların ən xeyirlisi insanlara ən çox xeyri dəyəndir” şüarı ilə insanlığa yol göstərən dinimiz, elmi tərəqqiyə əsla mane deyildir. Son əsrlərdəkimənzərənin “məsum” səbəblərini isə bir neçə maddə halında qısaca sıralamaq mümkündür:
Maddi inkişafla yanaşı mənəvi inkişafın da zirvədə olmasını arzulayıram.
İrfan: Əfəndim, ilk növbədə Azərbaycana xoş gəlmisiniz deyirik. İstərsəniz həyat hekayənizlə başlayaq söhbətimizə.
Selahaddin Kaya: Təşəkkür edirəm. Mən də öz növbəmdə“İrfan” jurnalının ərsəyə gəlməsində əməyi keçən bütün əməkdaşlarınızı belə bir gözəl xidməti icra etdiklərinə görə təbriklə başlamaq istəyirəm sözə.
Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdi:
“Hörmətli müəllim! Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin.
Qurani-Kərimin endirilişindəki məqsəd insanların dünya və axirətlərini islah etməkdir. Bunun üçün müxtəlif metodları özündə cəm edən, eyni zamanda məzmun olaraq bütün elmləri öz içində gizli tutan, hər dövrün insanına işıq saçan, onun problemini həll edəcək qüdrətə malik olanQurani-Kərim hər yönü ilə dünyada bənzəri olmayan ilahi bir möcüzə olaraq öz varlığını qorumaqdadır.
Bu dünya bir məktəbdir. Bu məktəbin sahibi hər şeyin xaliqi olan Uca Allahdır. Məktəbin təməl kitabı da Qurani-Kərimdir. Müəllmi isə bütün kainatın fəxri Həzrət Peyğəmbərimiz (s.ə.s)-dir.
Dünyaya gələn hər insan bu məktəbin tələbəsidir. Bu məktəbdən məzun olma tarixi isə ruhun bədəndən çıxma zamanıdır.
Bir sahədə uğur qazanmağın yolu görəcəyin işin mahiyyətini tam şəkildə anlamaqdır. Kortəbii görülən bütün işlərin sonunun olmadığı şübhəsizdir. Demək olar ki, insanlar uşaqlıqda öyrəndiklərinin mahiyyətini anlamadığı üçün orta və ahıl yaşlarında peşman olmağa məhkum olurlar.
إِنَّمَا يَخْشَى اللهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ إِنَّ اللهَ عَزِيزٌ غَفُورٌ
“Qulları arasındaAllahdan ancaq alimlər(layiqincə) qorxar. Şübhəsiz ki, Allah qüdrətlidir, bağışlayandır”.
(əl-Fatir surəsi, 28)
عَنِ ابْنِ عَبَّاسٍ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: {مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ}
İbn Abbas (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah kimin üçün xeyir istəyərsə, onu dərin elm sahibi edər.” (Buxari, Elm, 13; Müslim, Zəkat, 33; Tirmizi, Elm, 1)
Xalid Bağdad həzrətləri buyurur:
“Ey Rəbbim! Sənə əsla layiqincə həmd-səna edə bilmərəm. Onsuz da belə bir şeyi iddia etmək ölüm qorxusu alan adam üçün axmaqlıqdır.
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
(Ya Peyğəmbər! Müşriklərə) de: “Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!”(əs-Səbə,22)
Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: “Rəbbinizin məğfirətinə və təqva sahibləri üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin!”(Ali İmran, 133)
Cənnət, Rəbbimiz tərəfindən inanmış və inandığı əsasları tam olaraq yerinəyetirən möminə bir lütfü və mükafatıdır.İnsan üçün Allahın ondan razı qalmasından və cənnətlərlə mükafatlandırmasından daha əzəmətli hədiyyə və qazanc ola bilməz.
Rəhmətin dəryalar kimidir, ey Rəbbim! Hər zaman qorxu ilə ümid arasındayıq. Ancaq sən “rəhmətim qəzəbimi keçdi” deyirsən. Ümidimiz artır sənin əfv və məğfirətinə.
Biz qulların qəflət dənizində üzərkən sənin mərhəmətin olmasaydı necə olardı halımız? Sənin yazığın gəlməsəydi bizə, kim qurtarardı düşərkən uçurumlara? Sənin himayən olmasaydı kim olardı bizim himayəçimiz? Sənin yolumuza yandırdığın şamlar; nəbilərin, rəsulların, dostların olmasaydı kim aydınladardı yolumuzu...
Məzarlıq...Səssizlik və yalnızlıq. Qəbirlərə tərk edilmiş minlərlə ölü. Alışdığımız həyat tərzindən fərqli bir yaşam...Bu dəfəki ünvan Bakı şəhəri, Yasamal qəbiristanlığıdır.
Oxucumun ağlına məzarlıqdakı ölülər gəlir bir anlıq. Halbuki sizə bəhs edəcəyim həyat ölülərin deyil, diri insanların həyatıdır; gənc Qocayevlər ailəsinin. Bəli, Qocayevlər ailəsi yeddi ildir ki, üç körpə uşaqla Yasamal qəbiristanlığında kiçik bir “ev”də yaşayırlar.
Yaxşılıq gözəl xasiyyətli olmaqdır. İnsanın yaxşılığı əxlaqlı olmasından anlaşılar. Xeyirli insan gözəl xasiyyətli olandır. Allah-Təalanın bir insana verdiyi ən xeyirli, ən dəyərli şey gözəl əxlaqdır. Gözəl bir həyat tərzi və hər mövzuda ölçülü davranmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir.
Bişkekin ortasında, yanında Qırğızıstan Diyanət İşləri Başqanlığınında yer aldığı mərkəz məscidinə (Çon meşit, Borborluk meşit)giririk. Qapısında:“Məsciddəvə namaz içindəən yaxşı əlaqə Allah iləqurulandır. Ona görə də telefonlarınızı söndürün” ( Meçitte jana namaz uçurunda en jakşı baylanış Allah menen bolqon baylanış! Andıktan telefondordu öçürgülö!!!)yazılıb. Allah iləəlaqəyə keçmək, qəlbdəkiləri tormozlamaq telefonu bir dəfə söndürməklə olacaq qədər asandırmı?
Məkkədə nazil olmuşdur, 4 ayədir. Surə, Uca Allahın Məkkə xalqına verdiyi böyük nemətlərdən bəhs edir. Belə ki: Onların, ticarət üçün qışda Yəmənə, yayda isə Suriyaya olmaq üzrə iki səfərləri vardı. Uca Allah Qureyşə, bir çox neməti arasında iki böyük nemət bəxş etmişdi: Bunlar təhlükəsizlik və sabitlik ilə zənginlik və bolluq nemətləri idi.
Düzəltmə: Əvvəlki sayımızdakı “yatmaq orucu pozarmı?” sualının daha geniş cavabı.
Cavab: Keçən dəfə verilən “Yatmaq orucu pozarmu?” sualına belə cavab verilmişdi: “Xeyr, yatmaq orucu pozan əməllərdən deyil, namazı pozan əməllərdəndir.
Azərbaycanda (əslində, tək Azərbaycanda yox, elə dünyada da) inanc məsələsiylə bağlı belə bir tendensiyanı müşahidə etmək olar: “Mən Allaha inanıram, ancaq dinin mənimlə Allah arasında vasitəçi olmasını istəmirəm və razı olmaram”. Və ya başqa bir geniş yayılmış tezis: “Din əfsanələr toplusundan başqa bir şey deyil”. Bu cür yanaşma sekulyarizmin hökm sürdüyü Qərb cəmiyyətində geniş yayılıb və öncə qeyd etdiyim kimi, Azərbaycanda da analoji fikirlərə rast gəlirik.