Sərdar Hüseyin Yıldırım: “İsraf etməyə haqqımız yoxdur”

PDF faylını alÇapE-poçt

Yazan redaktor 14.08.19 06:22

Berlin Texnik Universitetində Aviasiya və Kosmik texnologiyalar sahəsində təhsil almışdır. Otuz ilə yaxın Aviasiya sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Hazırda Türkiyənin Aviasiya və Kosmik Texnologiyalar Elmi Mərkəzinin rəhbəridir. Dünyanın yüz qırx ölkəsinə səyahət etmişdir. Sərdar bəy eyni zamanda Türkiyənin İstanbul Universitetinin Tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Bir sıra jurnal və qəzetlərdə məqalələri dərc olunmuşdur. “Geleceğe notlar” (Gələcəyə qeydlər) adlı kitabın müəllifidir.

Ardını oxu...

 

Araşdırmaçı yazar Dr. Adem ERGÜL: HƏR KƏS QƏLBİ QƏDƏR İNSANDIR!

PDF faylını alÇapE-poçt

Yazan redaktor 08.08.19 12:19

İrfan: Seminarlarınızda və yazılarınızda tez-tez qəlb məfhumu üzərində durur, “qəlbi həyat” deyimini gündəmə gətirirsiniz. İnsan üçün qəlb nə məna kəsb edir?

Ardını oxu...

 
 

“SƏADƏTİN AÇARI ƏMANƏT ŞÜURUNDA GİZLİDİR”

PDF faylını alÇapE-poçt

Yazan redaktor 19.03.19 11:56

Картинки по запросу turgay şirinTürkiyənin Sabahattin Zaim universitetinin müəllimi və kafedra müdiri olan Doç.Dr.Turqay Şirin Beynəlxalq Kouçluq Federasiyasının da üzvüdür. İllərdir bir çox dövlət qurumlarında və özəl şirkətlərdə “idarəetmə və inkişaf” proqramlarında yer alan və məsləhətçi olaraq fəaliyyət göstərən T.Şirin eyni zamanda bir çox xəstəxanada da psixo-terapevt fəaliyyətlərində yer almışdır. Dünyanın 15-dən çox ölkəsində fərdi inkişaf, kouçluq (idarəetmə rəhbərliyi), insan resurslarının qiymətləndirilməsi, həmçinin İslamda sufizm mənbələrində psixoterapiya mövzularında seminarlar vermişdir. Fərdi inkişaf və enneoqram mövzusunda kitabların müəllifidir. MİM – mənəvi rəhbərlik məsləhət və araşdırma xidmətləri mərkəzinin qurucusu olan T.Şirin evlidir və iki uşaq atasıdır.  

Ardını oxu...

 
 

TƏSƏVVÜF QAYĞIKEŞLİK, FƏDAKARLIQ TƏLİMİDİR!

PDF faylını alÇapE-poçt

15.01.14 13:37 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:21

TƏSƏVVÜF QAYĞIKEŞLİK, FƏDAKARLIQ TƏLİMİDİR!

Prof. Dr. Necdet Tosun kimdir?

Prof. Dr. Necdet Tosun 1971-ci ildə Bandırmada anadan olmuş, 1993-cü ildə  Marmara Universiteti İlahiyyat Fakültəsini bitirmişdir. 1995-ci ildə  Marmara Universiteti Sosial Elmlər İnstitutunda “İbn Ərəbi Öncəsi Təsəvvüfdə Xəlvət və Uzlət” adlı magistratura işini, 2002-ci ildə isə “Təsəvvüfdə Xacəgan Ekolu XII-XVII əsrlər-” adlı doktorantura işini tamamlamışdır. 2006-cı ildə dosent, 2012-ci ildə isə professor ünvanını almışdır. Hal-hazırda təsəvvüf sahəsində dekandır. Osmanlı, Orta Asiya və Hindistan təsəvvüfü haqqında elmi araşdırmaları var. İngilis, ərəb, fars və urdu dillərdini bilən Prof.Dr. Necdət Tosunun başlıca əsərləri bunlardır: Bəhaəddin Nəqşbənd: Həyatı, Görüşləri, Təriqəti; İmam Rəbbani Əhməd Sirhindi: Həyatı Əsərləri Təsəvvufi Görüşləri; Zikr və Təfəkkür;  Türküstan Dərvişlərindən Yadigar.

Ardını oxu...

 
 

BU SÖZ İNSANLAR ARASINA SEVGİ TOXUMLARI SƏPİR

PDF faylını alÇapE-poçt

15.01.14 13:39 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:20

İlahiyyatçı-mütəxəssis, araşdırmaçı Fuad QULİYEV:

BU SÖZ İNSANLAR ARASINA SEVGİ TOXUMLARI SƏPİR

- Salam, Fuad müəllim! Bildiyimiz kimi, İslam mədəniyyətində salamlaşma böyük əhəmiyyət kəsb edir. Salamlaşmanın insanlar arasında yaratdığı müsbət keyfiyyətlərdən, hallardan, zəhmət olmasa, qısaca danışardınız.

- İlk növbədə, məni qonaq kimi dəvət etdiyinizə görə “İrfan” jurnalı kollektivinə təşəkkür edirəm. Mən də sizləri, “İrfan” heyətini və oxucularını səmimi qəlbdən salamlayıram. Haqqında bəhs edəcəyimiz mövzu elə bir mövzudur ki, mənsubu olduğumuz əqidə, inanc və yolun bütün keyfiyyət və təfərrüatını özündə birləşdirmə xüsusiyyətinə malikdir. Belə ki, insanlararası ünsiyyətin açarı mahiyyəti daşıyan “salam” ifadəsi dil baxımından təhlil edildikdə bir-birinə yaxın bir çox mənada istifadə edildiyini görə bilərik. 

Ardını oxu...

 
 

AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDAKI KÖNÜL KÖRPÜLƏRİNİN TARİXİ ÇOX QƏDİMDİR

PDF faylını alÇapE-poçt

15.01.14 13:38 ərzində olan dəyişikliklər Yazan Administrator 15.01.14 13:17

Prof. Dr. Hasan Kamil YILMAZ:

AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDAKI KÖNÜL

KÖRPÜLƏRİNİN TARİXİ ÇOX QƏDİMDİR

İrfan: Əfəndim, İslam dünyasında tanınmış Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq simpozium məqsədilə Azərbaycandasınız. Bakuvi və onun timsalında digər irfan ərlərinin Türkiyə-Azərbaycan arasında hansı mühüm rolu var?

Prof. Dr. H. K. Yılmaz: Bildiyiniz kimi İstanbul boğazı Qara dənizinin sularını Marmaraya ötürən önəmli bir boğazdır, amma bu görünən şəkli ilə belədir. Bunun bir də görünməyən, yəni aşağıdan axışı var, o da Marmaranın sularını Qaradənizə ötürən cəhətidir. Yəni Qaradəniz və Marmara İstanbul boğazı sayəsində bir-birinə öz gözəlliklərini ötürməkdədirlər. Eynilə Marmara və Qara dənizin İstanbul boğazı ilə bir-birinə axması kimi, Azərbaycan və Türkiyə tarix boyunca könül körpüləri və ariflər, irfan əhli vasitəsilə həmişə bir-birinə axmışdır. Üstdən axış ümumiyyətlə, Azərbaycandan Türkiyəyə olmuş, zaman-zaman altdan da, yəni Türkiyədən Azərbaycana ciddi bir mənəvi axının olduğunu bilirik.

Ardını oxu...

 
 

Səhifə 1 > 2-dəan