№ 84 Noyabr

Adəm ŞAHİN / KÖŞKÜNÜ SATAN MÜDRÜK

PDF faylını alÇapE-poçt

20.11.13 07:33 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:55

      Oxumağa heç nə tapmayıb “Ferrarisini Satan Bilge” adlı kitabı oxudum. Sözügedən kitab 2006-cı ildə Türkiyədə ən çox satılan kitabların başında gəlir. Kitabın ana mövzusu dünyanı tərk etmək və ona könül verməməklə bağlıdır. Ferrarisini satan müdrik-bilgə əlli yaşlarında çox varlı və məşhur bir vəkildir. Yaşadığı infarkt xəstəliyindən sonra var-dövlətini, ferrarisini sataraq bütün pulunu banka qoyur. Pulunun aylıq faizi ilə dolanmağa başlayır və Hindistana gedib buddistlərdən müdrikliyin sirlərini öyrənməyə başlayır.

Ardını oxu...

 

REPORTAJ / QURBAN BAYRAMINDA TANZANİYAYA YARDIMA GEDƏN KÖNÜLLÜLƏRİMİZ: İSMƏT ƏMRAHOV VƏ SƏRXAN İSGƏNDƏROV

PDF faylını alÇapE-poçt

20.11.13 07:34 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:49

     İrfan: Bu il qurban bayramını Tanzaniyada keçirdiniz. Oradakı insanlar bayramı necə qarşılayırlar? Hansı təəssüratları bölüşmək istəyərdiniz?

   İsmət Əmrahov: Ümumiyyətlə, Qurban bayramı İslam dünyasında həyacanla qarşılanan bir bayramdır. Amma Afrikada keçirilən qurban bayramı bizim düşündüyümüzdən də fərqli bir bayram oldu. Bildiyimiz kimi, Afrikada aclıq var və kəsilən qurban ətlərindən bir pay almaları onların sevincinə səbəb olur.

Ardını oxu...

 

Aqil ƏLİYEV / MÖMİNİN MAL-DÖVLƏTLƏ İMTAHAN OLUNMASI

PDF faylını alÇapE-poçt

20.11.13 07:36 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:46

     Rəşidi-xəlifələrdən ikincisi olan Hz. Ömərin (r.a.) belə bir hikmətli sözü var: "Çox gülməyi tərk edənə heybət, çox danışmağı tərk edənə hikmət, çox yeməyi tərk edənə ibadətlərin ləzzəti, çox zarafat və lağlağını tərk edənə incəlik, dünya və mal-dövlət sevgisini tərk edənə isə axirət sevgisi verilər". Yenə tarix və siyər kitablarının qeyd etdiyinə görə, Hz. Ömərin (r.a) xəlifəliyi zamanında Sasani İmperiyası müsəlmanlar tərəfindən süquta uğradılaraq zəfər qazanılıb, Kisra saraylarının qəniməti Mədinəyə yola düşüncə, bir çapar bu müjdəli xəbəri tələm-tələsik Hz. Ömərə (r.a) çatdırır. Ədalət və hikmət sahibi olan böyük xəlifə bu xəbərə sevinsə də, "Hər nemətin bir külfəti, bir imtahanı var" düşüncəsi ilə xəyallara dalır və bir neçə gün fikirli gəzir. 

Ardını oxu...

 
 

Salih Zəki MERİÇ / RƏHMAN VƏ RƏHİMLİ OLAN ALLAHIN QƏZƏBİ

PDF faylını alÇapE-poçt

20.11.13 07:37 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:42

     Bir çoxumuz cümə və ya başqa zamanlarda məscidlərdə verilən vəzləri dinləyəndə istifadə olunan dilin kəskinliyindən, İslamın şəfqət dilinin işlədilməməsindən şikayətlənirik. Onlarca müjdə ayəsi, yüzlərlə cənnətlə əlaqəli ayə olduğu halda, davamlı şəkildə cəhənnəmdən və oradakı insanların çəkdikləri əzablardan bəhs edilməsini doğru qarşılamırıq. Bu yanaşmada haqlı olduğumuz qədər obyektivliyimizi də müzakirə etmək lazımdır.

Ardını oxu...

 

Eldar KƏRİMOV / KİŞİLƏRİN KİTABI YOX (SA)?

PDF faylını alÇapE-poçt

20.11.13 07:37 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:38

      Son zamanlarda fərqli düşüncə insanlarının kitablarının dilimizə tərcümə olunmasıyla bərabər insanlar arasında maraqlı fikirlərin sayı da artıb. Bu fəaliyyətləri daha da yüksək qiymətləndirmək olar, ancaq bəzi əmmaları olmasa. Dünyada illər öncə öz sözünü demiş bu fikir insanları indi də bizim oxucularımızın fikirini qarışdırır. Nəzərə alsaq ki, bizimkilər illərdir monoton fikirlərin daşıyıcısı və təbliğçisi olub, onda fərqli düşüncələrin onlara necə mənfi təsir edəcəyini rahatlıqla deyə bilərik. 

Ardını oxu...

 
 

Səhifə 4 > 5-dəan