№ 80. İyul

HACI ƏLLƏDİN DƏMİROV / BÜTÜN ŞEYLƏRİ YIĞSAN BİR HƏDİSƏ DƏYMƏZ

PDF faylını alÇapE-poçt

12.09.13 07:11 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 05:10

İrfan: Əvvəlcə özünüz haqda qısa məlumat verin zəhmət olmasa.

Hacı Ələddin: 1951-ci il may ayının 13-də dünyaya gəlmişəm. Dindar ailədə anadan olmuşam. 13 rəqəminin nəhs olduğunu deyirlər. Mənim üçün çox gözəl rəqəmdir. Çünki 1996-cı ildə aprel ayının 13-də 13 nömrəli avtobusla Həcc ziyarətinə getmişəm. Atam-anam çox dindar olublar.  Mən atamı görməmişəm. Anamdan soruşardım ki, sən Quran oxumağı hardan öyrənmisən. Deyərdi ki, o vaxt, təxminən 1905-1907-ci illərdə türklər gələrdilər, kənddə ev kirayələyərdilər, bəzən çadır qurardılar və burada dini təbliğ edərdilər. Kişilər gündüzlər işdə-gücdə olduqları üçün onların kişiləri gecələr bizim kişilərə, qadınlar da gündüzlər qız uşaqlarına, qadınlara dərs deyərdilər. Anam da Quran oxumağı onlardan öyrənmişdi. Ölən günə qədər Yasin surəsini əzbər oxuyurdu.

Ardını oxu...

 

Kamran MƏMMƏDOV / QƏLƏM SURƏSİ

PDF faylını alÇapE-poçt

11.09.13 09:33 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 05:04

Nun və ya Qələm surəsi Məkkədə Əlaq surəsindən sonra enən ikinci surədir. Surə, bu üç əsas mövzunu ələ alır:

a-Peyğəmbərlik və Məkkə kafirlərinin Hz. Muhammədin (s.ə.s) dəvəti mövzusunda yaymağa çalışdıqları şübhələr.

b-Allahın nemətlərinə qarşı nankorluğun nəticəsini açıqlamaq məqsədiylə qeyd edilən “Bağ sahibləri” nin hekayəsi.

c-Axirətin çətin və dəhşətli halları, Allahın müsəlman və kafirlər üçün hazırladığı şeylər.

Ardını oxu...

 

Natiq ƏHMƏDOV / ATƏŞDƏN UZAQ TUTUN

PDF faylını alÇapE-poçt

Yazan redaktor 11.09.13 05:03

İş yerimdə müəllim yoldaşlarımla söhbət edərkən gözüm əlimdə tutduğum gödəkçəmin içərisindəki “Ateşten uzak tutunuz” yazısına sataşdı.

Ateşten uzak tutunuz ?!

Sanki bir şimşək çaxdı ruhumda. Bir anda mənliyimi qorxu sardı.

Dəmirçi dükanının yanından keçərkən dəmir səsinin ona Allahı xatırlatdığı üçün o an düşüb bayılan böyük Allah dostu Bəyazit Bistaminın halı gəldi gözlərimin önünə.  

Və düşüncəyə daldım.

Ardını oxu...

 
 

Nureddin RÜSTƏMOV/ İNSAN...

PDF faylını alÇapE-poçt

11.09.13 09:32 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 04:55

İnsan sirli və mücərrəd bir varlıqdır  və onun daxilində min cür məna gizlənir.  Kənardan hər hansı bir insana baxanda  insan varlığını eyni simada görürük. Hər bir insanın iki əli, iki gözü və’s eynidir. Lakin zahiri baxımından insanın daxili fərqlidir. Ona görə də insanı zahiri baxımından deyil, çox vaxt daxili baxımından qiymətləndirirlər. Bir insanın ürəyində nələr düşündüyünü və nə hislər keçirdiyini dəqiq bilməsək də, onun düşüncəsini zahiri görkəmindən anlamağa çalışırıq. Şüurumuzda hər hansı bir insanı analiz etdikdən sonra həmin insana diaqnoz qoyuruq. Beləliklə yaxşı və pis insan fenomeni ortaya çıxmış olur. Həmçinin beynimizdə formalaşdırdığımız insan fenomeninin yaxşı və pis insan olduğunu gün ərzində etdiyi əməli baxımından da qiymətləndiririk. Fikirləşirik ki, insan daxilində nəyi düşünürsə, onu zahirində əks etdirir. Normal insan timsalında bunları analiz etmək mümkündür. Bunu nəzəriyyə olaraq düşünsək, hər gün yüzlərlə insan rastımıza çıxır. Onlardan yalnız bir neçəsi diqqətimizi çəkir və hal və hərəkətləri, bəzən də  həmin insanın bir sözü o insanın kimliyi haqqında beyimizdə düşüncə formalaşdırır.

Ardını oxu...

 

Eldar KƏRİMOV / SİRR

PDF faylını alÇapE-poçt

11.09.13 09:47 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 04:33

“Bir il əvvəl həyatım alt-üst olmuşdu. Mən yorulub, əldən düşənəcən işləyirdim, qəflətən atamı itirdim, sevdiklərim və həmkarlarımla münasibətlərim isə tamamilə korlanmışdı. O zaman mən təsəvvür edə bilməzdim ki, mənim bu çarəsizliyim əvəzsiz bir töhfənin, hədiyyənin başlanğıcı olacaq.

Ardını oxu...

 
 

Səhifə 4 > 5-dəan