№ 80. İyul

Aqil ƏLİYEV / ETDİYİMİZ ƏMƏLLƏRƏ ARXAYIN OLMAMALIYIQ

PDF faylını alÇapE-poçt

12.09.13 06:56 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 07:23

     Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdu; “ İsrail övladlarından iki nəfər var idi. Biri günahkar, digəri isə ibadətlə məşğul olan abid bir kişi idi. İbadət edən adam bir gün günahkar adama günah işlədiyi yerdə rast gəldi. Gəl bu günahından əl çək dedi. Bir gün yenə onu günah edərkən gördü. Yenə ona bu işdən əl çək dedi. Günahkar isə; “Məni Allahla başbaşa qoy. Sən mənə müfəttiş təyin olunmusan?” dedi. İbadət edən isə; “ Vallahi Allah səni bağışlamaz və yaxud cənnnətə qoymaz .” dedi. Bunlar ikisi də vəfat etdi və Rəbbbulaləminin qarşısına çıxarıldılar. Allah (c.c.) ibadətlə məşğul olana: “Sən mənim əlimdə olana qadirsənmi? dedi. Günahkara da; “Get rəhmətimlə cənnətə gir” buyurdu. İbadət edən üçün də; ”Bunu atəşə aparın.” deyə əmr etdi. Bu hədisi rəvayət edən Əbu Hüreyrə (r.a) dedi ki; “(Bu adam Allahın qəzəbinə toxunan bir söz işlətdi) bu dünyası da xarab oldu axirəti də.”  (Əbu Davud, Ədəb, 51, 4901)

Ardını oxu...

 

Fuad QULUYEV / BİR AYƏ

PDF faylını alÇapE-poçt

12.09.13 06:57 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 07:22

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

     “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”. (Bəqərə surəsi, 183)

Ardını oxu...

 

Səfa MURADOV / BİR HƏDİS

PDF faylını alÇapE-poçt

12.09.13 07:00 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 07:19

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ صَامَ رَمَضَانَ، إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ

     Əbu Hüreyrə (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim inanaraq və yalnız Allahın rizasını ümid edərək Ramazan ayında oruc tutarsa, onun keçmiş günahları bağışlanar.” (Buxari, İman, 27; Müslim, Müsafirin, 25; Tirmizi, Savm, 1.)

     Ramazan ayı deyincə, bir ay ərzində Allahın rəhmət və məğfirətinin bəşər övladına digər aylardan daha çox təcəlli etməsi ağla gəlməkdədir. İnsanın bu gözəl təcəllilərdən istifadə edə bilməsi üçün Allahın bu aya məxsus olaraq qoyduğu tələbləri yerinə yetirməsi lazımdır. Oruc bu tələblərin başında gələn ən önəmli amildir. Oruc Ramazan ayının şüarı və bu ayın əsas məqsədidir. Ona görə də, orucsuz Ramazan insan üçün heç bir məna kəsb edə bilməz. Orucun oruc olması üçün müəyyən əsaslar vardır ki, Allah Rəsulu (s.ə.s) hədisi-şərifində buna diqqət çəkmişdir.

Ardını oxu...

 
 

Osman NURİ TOPBAŞ/ HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

PDF faylını alÇapE-poçt

12.09.13 07:07 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 07:18

     İmam Rəbbani həzrətləri buyurur:

     “Fəzilət Rəsulullah -in şərəfli Sünnəsinə tabe olmağa, məziyyət də Onun gətirdiyi şəriəti yaşamağa bağlıdır. Məsələn, Sünnəyə tabe olmaq niyyətilə günorta yatmaq Sünnəyə müxalif (formada ifa edilən) bir çox nafilə ibadətdən daha fəzilətlidir… Allahın əmrinə tabe olaraq verilən zəkatın bir quruşu öz arzusu istiqamətində (nəfsani istəklərlə qarışıq) xərclənən dağlar qədər qızıldan daha çox qiymətlidir.”[1]

Ardını oxu...

 

Mübariz ƏLİOĞLU / MÖMİNLƏRİN ANASI

PDF faylını alÇapE-poçt

12.09.13 07:11 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 05:14

     Uca Allah Qurani-Kərimdə belə buyurur:

     “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun xanımları (möminlərin) analarıdır”.  (əl-Əhzab, 6)

Ardını oxu...

 
 

Səhifə 3 > 5-dəan