10.07.13 09:17 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 13:49
İslam dini digər bir sıra dinlərdən və inanc sistemlərindən fərqli olaraq insanın yalnız ibadət həyatını nizamlamır, eyni zamanda onun gündəlik yaşam tərzini, insanlarla münasibətini, ailədəki rolunu, bir sözlə bütün hərəkət və hallarını istiqamətləndirir. Buna görə də bəzi dinlərdə olduğu kimi İslamda dini məbədə həbs etmək anlayışı yoxdur. Əgər siz müsəlmansınızsa, məbəddə də müsəlmansınız, küçədə də, iş yerində də, evdə də. Yəni belə olmaq məcburiyyətindəsiniz.
21.05.13 08:56 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 13:46
İman lüğət mənası baxımından bir kimsənin sözünü təsdiq etmək, qəbul etmək, həmin sözə etimad etmək, onu ürəkdən mənimsəmək, inanmaq mənalarına gəlir. Mömin isə sözünə etimad edilən, insana etibar təlqin edən dürüst insan deməkdir. Yəni mömin Allah-Təalanın əmrlərini yerinə yetirən, Onun buyuruqlarını qəbul edən və onları öz həyatında əmələ çevirərək yaşamağa çalışan insandır. İman ürəkdə məhkum olan bir əqidə, dilə gətirilən quru bir iddia deyil. İman həyatın mərkəzinə axirəti qoymaqdır.
Yazan redaktor 17.05.13 13:44
Bir cəmiyyətin maddi-mənəvi inkişafı və tənəzzülü bu cəmiyyətdə yaşayan fərdlərin əxlaqi keyfiyyətlərindən asılıdır. Əgər cəmiyyətdə mənəvi tənəzzül və gerilik varsa, bu, cəmiyyəti təşkil edən fərdlərin mənəvi xəstəliyi səbəbindəndir. Bu geriliyi inkişafla əvəz etmək isə cəmiyyətin üzvləri olan fərdlərin səy və istəyinə bağlıdır. Çünki Allah Qurani-Kərimin “Rəd” surəsinin 11-ci ayəsində buyurur ki, bir xalq özünü dəyişmədikcə, Allah onları dəyişməz.
Yazan redaktor 17.05.13 13:41
İqtisadçı mütəxəssis Ruslan Atakişiyev:
MÜSƏLMAN İŞ HƏYATINDA NÜMUNƏ OLMALIDIR.
İrfan: İlk növbədə özünüz haqda məlumat verərdiniz mümkünsə.
Yazan redaktor 17.05.13 13:40
İslam ticarət fəlsəfəsinin özünəməxsus xüsusiyyətləri və əxlaqi cəhəti var. Onun spesifik cəhətlərindən biri də alış-verişdə faiz/ribanın qadağan edilmiş olmasıdır. Qurani-Kərimdə bu haqda deyilir:
Yazan redaktor 17.05.13 13:37
İmam Əzəm Əbu Hənifə (rəh.a) ticarətlə məşğul olaraq dolanışığını təmin edirdi. Onun dürüstlüyü, comərdliyi, əmanətə riayəti və təqvası ticari həyatında da daim özünü göstərmişdir. İnsanlar onu ticarətdə Hz. Əbu Bəkrə (r.a) bənzədərdilər. Çünkü o, bir malı satın alarkən, satdığı zamanki kimi əmanət qaydasına diqqət edər, möhtac satıcını istismar etməzdi.
21.05.13 08:54 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 13:32
- TÜSİAB-ın Azərbaycandakı fəaliyyəti ilə bağlı açıqlama verərdiniz?
- Türkiyədən gəlib Azərbaycanda fəaliyyət göstərən iş adamlarının səyləri və zəhmətləri ilə 1994-cü ildə mərhum ümummilli lider Heydər Əliyevin xeyir-duasını alaraq qurulan bir cəmiyyətdir. O dövrdə TÜSAB Türkiyədən gələn iş adamlarının Azərbaycandafəaliyyətlərini təmin etmək və Türkiyə-Azərbaycan arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi üçün lazımi tədbirləri həyata keçirmək məqsədi ilə qurulmuşdur.
Yazan redaktor 17.05.13 13:31
Müsəlmanlar tərəfindən “Üç Aylar” olaraq adlandırılan yeni bir mənəvi mövsümün astanasındayıq. Sarsılan mənəvi dünyamızı təmir edəcəyimiz, qəlbi səviyyəmizi ucaldacağımız, həyatımızı yenidən gözdən keçirməyimizə vəsilə olacaq mənəvi bir iqlim…
Orucla, tövbəylə, namazla, Quranla, xeyir-həsənatla dolu bir dönəm…
Yazan redaktor 17.05.13 13:28
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (əl-Hucurat, 13)
Yazan redaktor 17.05.13 13:26
Zənginləşmək üçün demək olar ki, bütün vasitələrdən istifadə edildiyi və hər şeyin mübah qəbul edildiyi günümüzdə insanların mənəvi zənginliyi əldə etmək üçün kifayət qədər səy göstərdiklərini söyləmək çox çətindir. Dini ayinlər barəsindəki məsnədsiz və lüzumsuz mübahisələrin də insanımızı bəzi dəyərlərdən uzaqlaşdırdığını təəssüf hissi ilə müşahidə edirik. Bu mübahisələrə toxunmaq istəmirik. Sadəcə olaraq şanına və dəyərinə layiqli şəkildə dəyər verilməyən və ehya edilməyən üç aylara diqqət çəkmək istəyirik bu yazımızda.
Yazan redaktor 17.05.13 13:04
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم
رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَار
“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günündən) qorxarlar”.
Nur surəsi, 37
Yazan redaktor 17.05.13 13:02
vعَنِ الْمِقْدَامِ بْنِ مَعْدِيكَرِبَ الزُّبَيْدِيِّ، عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: مَا كَسَبَ الرَّجُلُ كَسْبًا أَطْيَبَ مِنْ عَمَلِ يَدِهِ، وَمَا أَنْفَقَ الرَّجُلُ عَلَى نَفْسِهِ وَأَهْلِهِ وَوَلَدِهِ وَخَادِمِهِ، فَهُوَ صَدَقَةٌ
Miqdam ibn Mədikərib əz-Zəbididən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İnsan əlinin zəhmətiylə qazandığından daha təmiz bir qazanc əldə edə bilməz. İnsanın özü, ailəsi, uşağı və xidmətçisi üçün xərclədikləri onun üçün sədəqədir.” (Əbu Davud, İcarə, 43; Tirmizi, Əhkam, 22)
31.05.13 05:32 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 12:52
Əbul-Həsən Haraqani həzrətləri buyurur:
“Allah (c.c) sizi dünyaya təmiz gətirdi, siz də Onun huzuruna kirlənərək getməyin!”.[1]
Yazan redaktor 17.05.13 12:51
Səhər oyanacağına əmin olmadan ölü kimi yatmaq. Heç bir zaman arzulamadığın ölüm tabutuna sevərək baş qoymaq. Özünü göz qapaqları arasındakı qaranlıqlara buraxıb ətrafında baş verənlərdən xəbərsiz olmaq. Etdiyin və gördüyün əməllərin seçimində heç bir seçim və ixtiyarın olmayan bir dünyada yaşamaq. Sadəcə nəfəs alıb vermək və bədənin heç bir orqanına hakim ola bilməmək. Bu bir dünyadır. Elə bir dünya ki orada bütün bunların olmasına baxmayaraq biz ona sevə-sevə can atırıq. Ömrümüzün yarısını ona həsr edirik. Bəzən yaşamağın mənasını belə onda görürük. Bədənimizin bütün rahatlığını onda tapırıq. Bir gün onsuz yaşamaq ömrümüzün ən çətin anlarına çevrilir. Başımızdakı ağrıların, gözümüzdəkı yorğunluğun və bədənimizdəki halsızlığın səbəbini hər zaman onsuz qaldığımızda axtardıq. Həqiqətən də o bizə çox çətin vəziyyətlərimizdə kömək etdi. İstirahətimizin əsas parçasına çevrildi. Amma nə qədər çalışsa da bizə ölümün onun kimi bir şey olduğunu öyrədə bilmədi.
Yazan redaktor 17.05.13 12:49
Müasir həyatın bizdən qoparıb apardığı ən əhəmiyyətli dəyərlərimizdən biri məhrəmlik duyğusudur. Avropalaşma həvəsi ilə başlayan dəyər erroziyası hər şeyimizdən bir parça qoparıb apardı. Dinimizdən qopardı, ənənəmizdən, mədəniyyətimizdən, mənliyimizdən qopardı. Qərb ilə bizim mədəniyyətimiz arasındakı fərqlərin başında məhrəmlik gəlir. Çünki məhrəmlik Qərb mədəniyyətində “toxunulmazlıq”, Şərq mədəniyyətində isə “gizlilik” üzərinə qurulmuşdur.
Yazan redaktor 17.05.13 12:46
Saysız tələbə yetişdirən müəllim – Nəbi Abdullayev:
İKİ MƏSƏLƏDƏ DƏQİQ VƏ DOĞRU SEÇİM EDİLMƏLİDİR!
İrfan: Nəbi müəllim, ilk növbədə özünüz haqda məlumat verin zəhmət olmasa.
Yazan redaktor 17.05.13 12:44
Dərvişin məqamı
Gəmidə bir dərviş vardı, əsl ərənlərdən idi. Səyahət əsnasında bir kisə qızıl itdi, orada olan hər kəsi axtararkən, bir nəfər dərvişi göstərərək:
21.05.13 06:55 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 12:32
İnanclar
Filippində pasxa bayramının qeyd olunduğu həftədə əvvəlcə özünü fəda edən insanlar qırmancla döyülür, sonra isə əllərinin içindən mismarlanaraq çarmıxa çəkilirlər. Allahın lütfünə iztirab çəkərək bir növ şükür etdiklərini düşünürlər. Daha yaxşı dindar olmaq üçün daha çox iztirab çəkməyin lazım olduğunu düşünürlər.
21.05.13 06:56 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 12:03
Allah-Təala dünya həyatını insana müəyyən müddət yaşamaq üçün bəxş etmişdir. Yaşamaq bir nemətdir. Həqiqətən də insanda yaşamaq həvəsi, yaşamaq eşqi var. Çox maraqlıdır ki, hamı ölümdən qaçır, hamı ölümdən qorxur, lakin hamı ölümü dadacaqdır. Dünya həyatı insana cazibəli gəlir, insan dünyadan qopmaq istəmir. Dünya insan üçün çox sevimlidir. Bəs insan dünyaya sevimlidirmi, bax, biz orasını bilmirik.
Yazan redaktor 17.05.13 12:01
Sual: Bir şəxs müəyyən bir müddət təmənnasız oturmaq şərtilə öz evini sata bilərmi?
Cavab: Hənəfilərə görə, əqdin gərəyi və alqı-satqı müqaviləsinə müvafiq olmayan, eləcə də adət-ənənədən olmayan və tərəflərdən hər hansı birinin xeyrinə olan bir şeyi müqavilə bağlanan zaman şərt qoşmaq caiz olmadığı üçün, həmin müqavilə fasiddir (etibarsızdır). Hənəfilərin bu mövzuda söykəndikləri dəlil Hz. Peyğəmbərin (s.ə.s.) şərtli alqı-satqı müqaviləsini qadağan etməsidir (bax. Buxari, Büyu, 73; Təbərani, “əl-Mücəmül-kəbir”, IV, 248). Maliki və hənbəlilərə görə isə, əqdin gərəyi olmayıb, eyni zamanda ona zidd də düşməyən hər hansı bir şeyin şərt qoşulması caizdir. Çünki Rəsulullah (s.ə.s.) bir səfərində Hz. Cabirdən dəvəsini satın almaq istəmiş, o da Mədinəyə qədər minməsini şərt qoşaraq satacağını bildirdikdə, Rəsulullah (s.ə.s.) həmin şərti qəbul edərək dəvəni satın almışdır (bax. Müslim, Müsaqat, 113).
Yazan redaktor 17.05.13 11:59
Tez-tez uğursuzluğa düçar oluruq və bunların səbəbi əksər vaxt qorxularımız olur. Risk etmək qorxusu, yeni bir cəhd etmək, indiyə kimi heç olmamış bir hədəf seçmək və etmədiyimiz0 bir şeyi etmək. Bunların hər biri bir az qorxudur və bu qorxu hissi bizi etmək istədiklərimizə laqeyd yanaşmağa və etməmə səbəbi olaraq da özümüzü və ətrafdakıları inandırmaq və vicdanən rahatlamaq üçün saysız-hesabsız açıqlamalar gətirməyimizə səbəb olur, hansılar ki, sadəcə bəhanələrdir.
21.05.13 06:49 ərzində olan dəyişikliklər Yazan redaktor 17.05.13 11:56
Artıq iki ilə yaxındır biz KİV-lərdən mütəmadi olaraq Myanmanın Arakan vilayətində yaşayan dinc Rohinya müsəlmanlarınının kütləvi şəkildə ən vəhşi üsullarla öldürülməsi, evlərinin, ibadət yerlərinin yandırılması, yaşadıqları yerdən qovulması ilə bağlı məlumatları almaqdayıq. Biz bu yazıda məsələnin tarixi və siyasi aspektlərinə varmaq istəmirik, bu barədə saytlardan kifayət qədər informasiya əldə etmək olar.