Mübariz ƏLİOĞLU / İKİ NURUN SAHİBİ

Yazan redaktor 20.06.13 05:29

“İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!” (əl-Maidə, 93)

Ardını oxu...

 

Osman Nuri Topbaş / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Loğman Həkim - 1

Yazan redaktor 20.06.13 05:23

Hikmətli nəsihətləriylə dillərə dastan olan Həzrət Loğman u zahiri və batini həkimlərin piridir. Rəvayətlərə görə Əyyub u ilə qohumdur[1] və bir çox peyğəmbrə xidmət etmişdir.

Loğman Həkim peyğəmbər, yaxud da vəlidir. Lakin İslam alimlərinin çoxu onun peyğəmbər deyil, hikmət və təqva sahibi, təfəkkür əhli, saleh bir şəxs olduğu qənaətindədirlər.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV / İSLAMDA UĞURSUZLUQ VARMI?

Yazan redaktor 20.06.13 05:16

İslama görə hər hansı bir rəqəmin, heyvanların, əşyaların, zamanın və məkanın uğursuzluğundan söz gedə bilməz. Hər hansı bir quşun oxumasını uğursuzluq əlaməti saymaq əbəsdir. Rəqəmlərdən də uğursuzluq çıxartmaq ağıllı və məntiqli insanın davranışı ola bilməz.  Uğursuzluğa və şanssızlığa inanmaq qeyri din və inanışlardan cəmiyyətimizə daxil olmuş batil inanclardır. Məsələn; 13 rəqəminin uğursuz sayılması xristianlıqdan keçmiş bir xürafatdır. Xristianlığa görə Hz. İsa (ə.s)-ın çarmıxa çəkilməzdən əvvəlki son yeməyində 13-nəfər var idi. Hz.İsa (ə.s) və 12-həvari. Bu hadisədən sonra 13-rəqəmini ifadə edən hər şey uğursuz və lənətli sayılmağa başlamışdır. İbranilərə görə isə 13-rəqəminin uğursuz sayılması səbəbi, ibrani əlifbasının 13-cü hərfinin “mavət” (ölüm) kəlməsinin ilk hərfi olan “m” olmasıdır. 

Ardını oxu...

 
 

İbrahim Erol / İMAM NƏVƏVİ

Yazan redaktor 20.06.13 05:14

İmam Nəvəvi hicri 631 ilin Məhərrəm ayında, Şamın Neva qəsəbəsində dünyaya gəldi. Ona doğulduğu yerə nisbətlə Nəvəvi deyilmişdir. Adı Yəhya olmasına baxmayaraq, Əbu Zəkəriyyə künyəsindən istifadə etmişdir. Bu, ümumiyyətlə adı Yəhya olanların istifadə etdiyi bir ünvandır. Hələ kiçik yaşlarında atası Muhyiddin əfəndi tərəfindən Quran təhsili alması üçün məktəbə göndərildi. Özü ticarəti sevmədiyi halda bəzən atasının dəmirçi dükanında işləməli olmuşdu.

Ardını oxu...

 
 

Səhifə 3 > 4-dəan