Həyatın dəyəri... / Eldar KƏRİMOV

      Share

      Sən də bir röyasan ey insan anla...

      Bir tək qazanarsan tutsan anlardan.

      Zaman bir dənizdir, anları damla,

      Dəniz, dəniz olub bu damlalardan.

       

      Ömrün bir andır, vurub tutduğun,

      Tək əməl olacaq ömürdən qalan

      Zamanı nə sən tut, nə də mən tutum,

      Çünki o tutulmaz, qaçar hər zaman.

       

      Hər anın qədri bilinə gərək...

      Zamanlar yox olur ağılsızlıqdan.

      Həyatda qədri  bilinməyərək,

      Neçə zaman ölüb zamansızlıqdan.

       

      Dünya bir alovdur, insan pərvanə,

      Alovun oduna bizlər yanırıq.

      Nə zaman qocalır, nə də zamanə,

      Onların içində biz qocalırıq.

       

      Oturub bir düşün, ölmü sal yada,

      Bir iş gəlməyəcək o an əlimdən.

      Bütün  var-dövlətin  qalıb dünyada,

      Onlar da qurtarmaz səni ölümdən.

       

      Zamanla fərqinə vararsan bunun,

      Birdə görərsən bükülüb belin.

      Sonuna yetdikdə ömür yolunun,

      Sənə vəda edər öz sevdiklərin.

      • Hits: 915 clicks

      Tecox component by www.teglo.info