Həcc Terminləri... / Hacı Arif HEYDƏROĞLU

      Share

      Hər ibadətdə olduğu kimi həcc ibadətində də müəyyən  terminlər vardır ki, hər bir zəvvarın onları mütləq bilməsi lazımdır. Hər bir müsəlmanın ələlxüsus həcc ziyarətinə niyət edən müsəlmanların ehtiyacını nəzərə alaraq həcclə əlaqəli bəzi terminlərlə oxucuları tanış  etmək  istədik.

      Ziyarət: Ehramlı olaraq Həcc və Ümrə niyəti ilə Məkkeyi-Mükərrəməyə, Minaya, Ərəfat və Müzdəlifəyə  getməkdir.

      Həcc: Ibadət məqsədi ilə Ərəfatda müəyyən vaxtda, bir müddət dayanmaqdan və Kəbəni ziyarət etməkdən ibarət mal və bədən ilə edilən bir ibadətdir.

      Həcci-ifrad: Ümrəsiz edilən həcc.

      Həcci-qiran: Ümrə və həcci birlikdə (bir ehramda) etməkdir.

      Həcci-təməttü: Ümrə və həcci ayrı-ayrı  ehrama girərək etməkdir.

      Ümrə: Həcc kimi müəyyən bir vaxtı olmayan, ancaq Kəbəni təvaf ilə Səfa və Mərvə arasında sə'y  etməkdən ibarət sünnə bir ibadətdir.

      Nüsük: Təvaf, səy, vəqfə, şeytan daşlama, qurban və s. kimi  həcc feilləri.

      Miqat: Ehrama giriləcək yer (afaqilər üçün).

      Afaqi: Məkkəli olmayan qonaq hacılar.

      Ehram: Tikişsiz iki ağ parçanın birini belə

      sarmaq, digəri ilə bürünməkdir. (Qadınların ehramı, üzərindəki öz paltarlarıdır.)

      İzar: Ehramın belə sarılanıdır.

      Rida: Ehramın çiyinlərə örtülənidir.

      İztiba: Ehramın örtünülən parçasının bir ucunu sağ çiyin altından alıb, sol çiyin üzərinə atmaqdır.

      İstilam: Həcərül-əsvədi ona dönüb əllə salamlamaq.

      Təvaf: Kə'bənin ətrafında 7 (yeddi) dəfə fırlanmaqdır.

      Sə'y: Səfa ilə Mərvə arasında  7 (yeddi) dəfə gedib-gəlməkdir.

      Vəqfə: Ərəfatda və Müzdəlifədə dayanmaqdır.

      Rəməl: Təvafın ilk  üç dönüşündə (Şavtında) sür'ətli və dik yeriməkdir.

      Hərvələ: Sə'ydə müəyyən yeri (iki yaşıl dirək arasında) sür'ətlə yeriməkdir.

      Xatim: Kəbənin şimalındakı yarım dairə şəklində və bir metr hündürlüyündə divar.

      Həcərül-əsvəd: Cənnətdən gəldiyi rəvayət edilən, Kə'bənin bir küncünə yerləşdirilən qara daşdır.

      Hicri-İsmail: Xatim ilə Kə'bə arasındakı məsafədir.

      Məqami-İbrahim: Kə'bənin qapısının qarşısında və üzərində Hz. Ibrahimin (ə) ayaq izləri olan mübarək daşdır.

      Səfa və Mərvə: Haramı Şərifə bitişik olan iki təpədir.

      Zəmzəm: Kəbənin yanında olan məşhur quyu və bu quyunun muqəddəs suyu.

      Tərviyə günü: 8 Zilhiccə günü.

      Ərəfə günü: 9 Zilhiccə günü.

      Mina: Məkkəyə iki saatlıq məsafədəki bir yerdir.

      Cəmərərat: Cəmərələr. (şeytanı simvolizə edən sütunlar)

      Cəmərə: Hacıların Minada şeytan daşlaması.

      Müzdəlifə: Mina ilə Ərəfat arasında yerləşən bir yerdir.

      Ərəfat: Hacıların vəqfə etdikləri (müəyyən qədər dayandıqları) bir yerdir, Peyğəmbərimizin vəda xütbəsi oxuduğu yerdir.

      Hədy: Həccdə kəsilən qurbandır.

      Təlbiyyə: Həccə gedənlərin çoxlu oxuduqları duaya deyilir ki, oxunuşu belədir:

      "Ləbbeyk Allahummə Ləbbeyk, ləbbeykə la şərikə ləkə ləbbeyk innəl hamdə vən-nimətə ləkə vəl-mülk la şərikə lək"

      (Sənin də'vətinə -evini ziyarət üçün- və sənin əmrinə  tabe olmaq üçün gəldim. Şübhəsiz həmd sənədir. Nemətdə, mülkdə sənindir... Sənin heç bir şərikin yoxdur.)

      Həcci-Əkbər: Bayramın ərəfə günü Cüməyə təsadüf edən il edilən həcc.

      Qurban: Allah Təalaya (mənəvi cəhətdən) yaxınlaşmaq uçun ibadət məqsədi ilə muəyyən bir vaxtda kəsilən heyvana deyilir.

      Təqsir: Ehramdan çıxmaq uzrə təraş əvəzinə saçları qısaltma (baş qırxdırma).

      Zəvvar: Həcc ziyarətinə gedən ziyarətçilər-hacılar.

      Hacı: Həcc ibadətini yerınə yetırmış şəxs.

      İstifadə edilən əsərlər

      1. Müxtəsər Elmihal, Hacı Arif Heydəroğlu "Nurlar" nəşr, Bakı-2003

      2. Din Görəvlisinin Əl Kitabı, Mövlüd Özcan, "Sabır" yayınları. İstanbul -1987

      3. Həcc Bələdçisi "Karvan-D" ziyarət Agentliyi, Bakı-2003

       

      • Hits: 657 clicks

      Tecox component by www.teglo.info