Məsnəvidən Nəsihətlər / Kamran Məmmədov

      Share

      - Ey oğul, ipi aç, azad ol! Nə zamana qədər qızıl və gümüşün əsiri olacaqsan?

      - Mərhəmətə nail olmaq istəyirsənsə, zəiflərə mərhəmət et!

      - Qoyunun qurddan qaçmasına təəccüb edilməz. Təəccüblü odur ki, qoyun qurda könül verə.

      - İnsan dostunu görüb ayırd edə bilmirsə, kor olsa daha yaxşıdır.

      - Sözün faydası yoxdursa söyləmə!

      - Söz söyləmək üçün əvvəlcə dinləmək lazımdır.

      - Şəkildə-surətdə qalsan bütpərəstsən, hər şeyin zahiri üzünü burax, mənaya bax!

      - Məqsədə səbirlə çatmaq mümkündür, tələsməklə deyil! Səbir et, doğrusunu Allah daha yaxşı bilər.

      - Çalışıb-qazanmaq xəzinə tapmağa mane deyil! Sən işinə davam et; əgər nəsibin varsa, xəzinə də arxandan gəlsin.

      - Ağılsız dost onsuz da düşməndir.

      - Zəfər üçün köməkçisi Allah olmayan adama dovşan belə aslan kimi görünər.

      - Nəfs üçkünc tikandır. Necə qoyursan qoy, yenə sənə batar, ondan xilas olmaq mümkün deyil.

      - Yer, səmayla düşmənçiliyə cəhd etsə quraqlaşar, ölü halına gəlir.

      - Addımımı hara atacağamsa baxar, təyin edərəm, buna görə səhvdən də xilas olaram, yıxılmaqdan da.

      - Bütün elmlərin özəyi “Məhşər günü mən kiməm, nə hala gələcəyəm” elmini bilməkdir.

      - Vay o adama ki, nəfsinə uyub lazımsız fətvalar verər.

      - Halva kimə nəsibsə o yeyər, barmaqları uzun olan deyil!

      - Evlilikdə iki adamın bir-birinə tay olması lazımdır, yoxsa iş pozular, dolanmaq çətinləşər.

      - Yaxşı xasiyyətli pis xasiyyətlilərə dözüb, onların pisliyini söyləməyəndir.

      - Bəlaların çoxu peyğəmbərlərə gələr. Çünki xam adamları yola gətirmək onsuz da bir bəladır.

      - Tülkü bir uzunqulağı başdan çıxarırsa qoy çıxarsın. Sən uzunqulaq olma ki, kədərlənmə!

      - Qiyamət günü qurban bayramına bənzəyər. Möminlərə bayram, öküzlərə isə həlak olma günüdür.

      - Qurd çox zalımdır; amma heç olmasa hiyləsi yoxdur.

      - Aynada çirkinliyini görüncə aynaya hirslənmə!

      İBRƏTLƏR

      Ən kiçik nemət

      Davud (ə.s): “Ey Rəbbim! Mənim üzərimdə olan ən kiçik nemətini mənə bildir!” -deyə dua etdi. Allah-Təala ona: “Ey Davud! Nəfəs al!”, -deyə vəhy etdi. O da nəfəs aldı. Allah-Təala ona: “Bax Sənin üzərində olan ən kiçik nemətim budur”, -buyurdu.

      Əlli illik ibadətin bədəli

      Bir abid əlli il Allah-Təalaya ibadət etdi. Allah da ona: “Səni əfv etdim”, -deyə bildirdi. Abid dedi ki: “Ya Rəbb, mənim üçün nəyi bağışladın? Mən ki, heç bir günah işləmədim.” Bunun üzərinə Allah onun boynundaki bir damara əmr etdi. O damar tez-tez vurmağa başladı. Adamın ağrıdan yuxusu qaçdı. Nə yata bildi, nə də ibadət edə bildi. Allah c.c. damara əmr etdi. Damar sakitləşdi. Adam birtəhər yuxuya getdi. Sonra yanına bir mələk gəldi. Adam boynundaki damarın vurmasından duyduğu ağrını mələyə şikayət etdi. Mələk də ona dedi ki: “Rəbbin buyurur ki, onun etdiyi əlli illik ibadət boynundaki damarın sakit olmasına bərabərdir.”

      Bir öküz üçün

      Oğlunun oxuması üçün tövləsindəki bütün inəkləri satan bir kəndli, onun bir şey öyrənə bilmədiyini görüb:

      - Mən nə bədbəxt adamam, deyə deyinirmiş, -bir öküz üçün nə inəklər fəda etdim.

      Sağlam iş

          Mehmed Akif Berlindən qayıdanda soruşurlar:

          - Berlində nə var, nə yox, ustad!

          Belə cavab verir:

      -      Gördüyüm qədəriylə işləri dinimiz kimi sağlam; dinləri isə işlərimiz qədər çürükdür.

      Xoşbəxtlik

          Tolstoydan “Necə xoşbəxt olursunuz?", -deyə soruşduqda bu cavabı verir:

      - Sahib olduğum şeylərə sevinərək, sahib olmadıqlarımı isə heç düşünməyərək.

      Gözəl insanlar

          Səhabələrdən biri Hz. Əbu Bəkrin yanına gələrək:

       - Çox günahkarım, -deyir. Mənim üçün dua edərsinizmi?

          Hz. Əbu Bəkr (r.a) belə dua edir:

          - Ya Rəbbi, bir günahkar başqa bir günahkardan dua istəyir. İkisini də əfv eylə.

      • Hits: 788 clicks

      Tecox component by www.teglo.info