155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müsəlman-Türk imperatorluğu dövründə digər din mənsublarına münasibət / Rövşən ƏHMƏDOV

      Share

      Bildiyimiz kimi, tarix boyunca geniş torpaqlara hökm edən bütün müsəlman rəhbərlər (hökmdarlar) digər dinlərin mənsublarına qarşı son dərəcə mehriban və hörmətlə davranmağa davam etmişlər.

       Belə ki, İslam dövlətlərində həm yəhudilər, həm də xristianlar son dərəcə təhlükəsiz və müstəqil bir həyat yaşamışlar.

      Səlcuqilər və Osmanlı imperatorluqları dövründə də İslamın ədalət və mərhəmətliliyi davam etmişdir. İngilis tədqiqatçısı ser Tomas Arnold “İslamın sülhsevərliyi” («The Preaching of İslam») adlı kitabında xristianların səlcuqların bu davranışına görə onların idarəçiliyi atlına necə keçmək istədiyini belə bildirir: “İslam idarəçiliyi altında dini həyatın təhlükəsiz olması haqqındakı bu hisslər yenə o dövrlərdə Kiçik Asiya (Anadolu) xristianlarının səlcuq türklərini bir xilaskar kimi qarşılamasına səbəb olmuşdur… Hətta VIII Mixail (1261-1282) dövründə Kiçik Asiya içərisindəki kiçik qəsəbələrin xalqı Bizans imperiyasının zülmündən qurtulmaq ümidi ilə türklərə kömək üçün müraciət etmişlər. Hətta bu xalq arasında bir çox varlı və ya kasıb adamlar o zamankı türk milli sərhədləri çərçivəsində köç etməyi düşünürdülər”. Müsəlman Səlcuqilər imperatorluğunun ən parlaq dövründə rəhbər olan Məlikşah ələ keçirdiyi torpaqlardakı xalqla böyük bir mehribanlıq və mərhəmətlə münasibət bəsləmişdir. Bunun nəticəsində də fəth etdiyi ölkələrin xalqları tərəfindən böyük sevgi və hörmətlə yada salınmışdır.

      Bütün bitərəf tarixçilər Məlikşahın ədalətini və mehriban rəftarını səmimiyyətlə dilə gətirirlər. Onun mehribanlığı kitab əhlinin qəlbində də özünə qarşı bir sevgi yaratmışdı. Hətta bu səbəblə bir çox şəhər öz istəyi ilə Məlikşahın idarəçiliyinə keçməyi qəbul etmişdi. II səlib yürüşünə VII Luinin şəxsi katibi kimi qatılmış Müqəddəs Denis monastırının nümayəndəsi Odo de Pioqilo adlı rahibin ser Tomas Arnoldun yenə həmin kitabında yer alan xatirələrin də müsəlmanların hansı dinə mənsub olmasından asılı olmayaraq, hər kəsə qarşı necə ədalətli davranması bütün açıqlığı ilə bildirilir:

      “Əgər müsəlman türklərin qəlbinə o səfalət və fəlakəti görərək bir mərhəmət hissi gəlməsəydi, arxada qalan xaçpərəst dəstələrinin vəziyyəti çox ağır olardı. Türklər bu biçarələrin yaralılarına qulluq etdilər, kasıblarını yedizdirdilər və onları ehtiyacdan xilas etdilər. Hətta bəzi müsəlmanlar rumluların qorxu və hiylə ilə hacılardan qoparmış olduqları fransız pullarını satın alaraq ehtiyacı olan hacılara verdilər. Eyni dindən olmayanların bu himayədarlığı ilə öz dindaşları olan və onları ağır işlərdə işlədən, döyən rumluların hərəkətləri xaçlı hacılar arasında elə bir müqayisəyə səbəb oldu ki, bunlardan bir çoxu onları xilas edən müsəlmanların dinini öz istəkləri ilə qəbul etdilər”. Əsrlər boyu 3 qitəyə hökm edən Osmanlı imperiyasının tarixi də eyni şəkildə mehribanlıq və xeyirxahlıq nümunələri ilə doludur. “Sultan Bəyaziddə gördüyümüz Şəfqət və mehribanlıq bütün Osmanlı rəhbərlərinə xas olan xüsusiyyətlərdən idi. Fateh Sultan Mehmet İstanbulu fəth etdiyi zaman bu şəhərdə həm xristianlara, həm də yəhudilərə müstəqil yaşamaq hüququ vermişdi. Müsəlmanların mehriban və ədalətli davranışı mövzusunda İslam dünyası haqqında yazdığı qiymətli əsərləri ilə tanınan Andre Miquel belə deyir:

      “Xristian xalqlar Bizans və Latın dövlətləri zamanında da tapa bilmədikləri çox yaxşı idarə olunan bir quruluşda idilər. Əsla sistemli bir zülm görmədilər. Tam əksinə, İstanbul imperatorluğu işgəncə görən İspaniya yəhudilərinə bir sığınacaq olmuşdu. Heç bir yerdə zorla islamlaşdırma getməmişdir”. Eyni zamanda İslam dövlətlərində Osmanlıdan əvvəl də qeyri-müsəlmanlara böyük hüquqlar verilmişdi. Corctaun Universitetində (ABŞ) din və beynəlxalq əlaqələr professoru olan Con Esposito tarixdə müsəlman dövlətlərinin idarəçiliyinə keçən yəhudilərin və xristianların burada böyük şəfqətlə qarşılandıqlarını belə ifadə edir: “Bizans və Fars torpaqlarında yaşayan və xarici hökmdarlar tərəfindən idarə olunan bir çox müsəlman olmayan cəmiyyət üçün İslam idarəçiliyi bir idarəetmə dəyişikliyi mənasına gəlirdi. Amma bu yeni rəhbərlər çox zaman daha mülayim, xeyirxah, dözümlü və tolerantlı idi. Bu icmaların çoxu daha çox muxtariyyətə sahib idi və əksər hallarda daha az vergi ödəyirdilər”. Diqqət edin, İslam dövlətlərinin tarixini tədqiq edən Qərb ölkələrinin alimləri müsəlman rəhbərlərinin böyük torpaq ərazisinə malik olduqları dövrdə də fəth etdikləri ərazilərdə hamısının böyük əxlaq sahibi olduqlarını qeyd etmişlər. Eyni zamanda bu idarəçilikdə onların mülayimliyini, mehribanlığını, ədalətini görən digər din mənsublarının İslam dinini qəbul etmiş olduqlarını öz əsərlərində izah etmişlər. Deməli, İslam əxlaqına sahib olan müsəlman rəhbərləri (hökmdarlar) mehriban, mülayim, şəfqətli, ədalətli və mərhəmətli olmaqları ilə bərabər digər din mənsublarına əsl İslam əxlaqını sərgiləmişlər. 

      • Hits: 834 clicks

      Tecox component by www.teglo.info