Biz Səni Gözləyirik, Ya Rəsulallah / Hasan Enes Ünlü

      Share

      Baxmayın elə səkkiz hərf, üç heca, tək söz olduğuna… Nə mənalar gizlidir onda və necə çətin bir sözdür həm söyləyən, həm də söylədən üçün…

      Ağrılarımızın, naratlığımızın sona çatdığı, üsyan etməmizə heyran qalmışkən bizi hələ diri tutan, hələ də ümid etməyimizi təmin edən, hər dəfə məhz o gün gələcək deyə gözlənilən gündür. Bədbəxtliklərdən xilas ola bilməyin, onları heç olmasa müəyyən bir müddət üçün bağlı bir qutuya həbs etməyin, təxirə salmağın yeganə üsuludur.

      Bu həyatda hər kəsin gözlədiyi bəziləri və ya reallaşmasını gözlədiyi bir düşüncəsi, bir məqsədi var. Gözlənilən kəslər, məqsədlər gözləyən insana, o insanın yerinə və məqsədinə görə dəyişir. Bir əsgər tərxis olacağı günü həsrətlə gözləyərkən, bir aşiqin gözlədiyi uzaqlarda həsrətində olduğu sevgilisidir. Yaxud bir şagird ibtidai məktəbə başlarkən qoyduğu hədəfinin ilk addımı olan universitetə qəbul imtahanının tarixini gözləyərkən, başqa bir şagird isə universitetdən məzun olub iş həyatına başlayacağı günü gözləyir. Təxminən 60-70 illik bir ömürdə 7-dən 70-ə qədər hər kəs bir gözləyiş içindədir.

      Hər an, hər dəqiqə xəyalını qurduğumuz zamanın gəlməsini gözləyərkən, uzaqda olan çox darıxdığımız sevdiyimizi yenidən görəcəyimiz günü gözləyərkən, universitetdən məzun olacağımız günün intizarında olarkən çox çətinlik çəkərik. Sıxılarıq, boğularıq, qaçıb getmək, xilas olmaq istəyərik. Bir an əvvəl o anın gəlməsini istəyərik çətinliklərimizdən uzaqlaşa bilmək üçün. Bu sonugəlməz intizara görə mədəmizə sancı dolar, yeri gəldikdə özümüzdən gedərik.

      Gözlədiyimiz zaman necə çətinlik çəkiriksə, o gün gəldikdə, məqsədimizə çatdığımız anda yaşanılan xoşbəxtlik çəkilən bütün dərdləri unutduracaq cinsdəndir. Bu xoşbəxtliklərə hamımız əksəriyyətlə şahidlik etmişik.

      2004-cü ilin yayı idi. Stresli gözləyişlərdən sonra universitetə qəbul imtahanlarının açıqlanacağı gün gəlib çatmışdı. 2 ili gecə-gündüz bu imtahana həsr edən bir abituriyentin universitetə qəbul olduğunu onunla birlikdə atdığı sevinc qışqırıqlarından, qəhqəhələrindən sonra bütün küçə öyrənmişdi. Bu cür böyük və coşqulu idi gözlədiyi gündə aldığı müsbət xəbərin sevinci.

      Ağlayarıq, gülərik, atılıb-düşərik. Bu həsrət bitdi deyə sevincimizi necə yaşayacağımızı bilmərik.

      Müəyyən bir müddət sonra isə bitəcəyini bilirik. Eynilə, Kül Pişiyi hekayəsindəki kimi birdən saat 00.00 olduğunda hər şey köhnə halına dönər. Bu keçici xoşbəxtliklərə çatmaq üçün çox çətinliklər çəkərik, çatdığımızda isə sanki cənnətlə müjdələnmiş kimi sevinərik.

      Yazının başında da qeyd etdiyim kimi hər kəsin gözlədiyi, çatmaq istədiyi şəxs və ya şəxslər, məqsədlər fərqlidir. Bu gözlədiyinin reallaşması üçün çəkdiyi çətinlik də fərqli, yaşadığı xoşbəxtlik də təbii olaraq fərqlidir.

      Mənim gözlədiyim an isə qiyamət günündə valideyn övladını tanımadığı anda belə “ümmətim, ümmətim” deyən Hz. Məhəmmədə (s.ə.s) qovuşacağım, onu görəcəyim andır. Bu fani dünyada mənim kimi bu anı gözləyən minlərlə, milyonlarla insan var. Digər gözləyişlərdən bizim gözləyişimizin fərqi isə bu gözləyişin nəticəsinin heç bir zaman ayrılıqla nəticələnməyəcəyidir. Biz xoşbəxtliyimizi sonsuza qədər yaşamağa davam edəcəyik. Onun bayrağının kölgəsi altında olacağıq. Onun nurlu üzünə baxmaqdan, gül qoxusunu ciyərlərimizə çəkməkdən heç bir zaman məhrum qalmayacağıq.

       

      Bu gəlib keçici xoşbəxtliklərə çatmaq üçün əlindən gələndən artığını edən, intizarının reallaşması üçün çəkmədiyi çətinlik, dərd qalmayan insanlar hisslərini belə ifadə edərkən həyatlarını bu məqsədlər uğrunda qəlibləşdirərkən, bizlər ƏN SEVİMLİYƏ qovuşa bilmək üçün, cənnətdə onun qonşusu ola bilmək üçün nə kimi çətinliklər çəkirik, ya da nə kimi çətinlikləri çəkməyi gözə alırıq. Nələrə dözə bilirik, nələrdən fədakarlıq edirik.

      Peyğəmbərimizi görəcəyimiz, ona qovuşacağımız anda yaşayacağımız xoşbəxtliyin, sevincin heç sınağını etdikmi? Necə sevinəcəyimizi heç təsəvvür etdikmi?

      Ey Nəbi! Ey Allahın Rəsulu, biz sənə qovuşacağımız günü səbirsizliklə gözləyirik...

       

       

      • Hits: 887 clicks

      Tecox component by www.teglo.info