Müdriklərdən Öyüdlər / Akif Hüseyinli

      Share

      1. Avamlıq mənfi və ya müsbət işarəsi olmayan bir keyfiyyətdir!

      2. Kölgə yerdə sürünsə də heç vaxt ayaq altında qalmır. Ey ayaq altında qalanlar, heç olmasa öz kölgənizdən utanın!

      3. Minnət qoyma! -deyən qiymət qoymağı bacarmalıdır!

      4. Tərbiyə edilənin tərbiyəçiyə münasibəti, tərbiyəçinin tərbiyə edilənə münasibətinin güzgüsüdür!

      5. Gözəl olmaq bir andırsa gözəlliyi duymaq bir ömürdür!

      6. Dostluqda xəyanət olur, düşmənlikdə isə yox. Demək ki, düşmənlik hələ öz saflığını dostluğa nisbətən daha çox qoruyub!

      7. İdarəçi qanunun insandan əhəmiyyətli olmadığını da düşənə biləndir.

      8. Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!

      9. Əməlin qədər elmin, əxlaqın qədər gözəlliyin var.

      10. Hörmət ilə yaltaqlıq, insanın səhvini demək ilə onu tənqid etmək tamamən fərqli anlayışdır. Bunları qarışdırmaq isə axmaqlıqdan betərdir.

      11. Xoşbəxtliyi tapmaq üçün yox, xoşbəxtliyi paylaşmaq üçün seçilən insan həyat yolunda hər bir çətinlikdə bir xoşbəxtlik axtarmalıdır.

      12. Zəifin gücü hökmdarında, uşagın gücü ağlamağında, axmağın gücü susmağında, oğrunun gücü isə yalan danışmağındadır!

      13. Yaxşı kürəkənə rast gələn daha bir oğul tapır, pisini tapan isə qızını da itirir!

      14. Yaxşı bacı və ya qardaş öz xoşbəxtliyini düşündüyünün yarısı qədər digər bacı-qardaşının xoşbəxtliyini düşünsə həmin ailələrdə sevgi və hörmətdən başqa bir şey tapa bilməzsən.  

      15. Bir-birinə baxmaq yox, bir istiqamətə baxıb bir ömür yol gedə bilməkdir məhəbbət.

      16. İnsanı bəyənmək üçün bircə dəqiqə kifayətdir. İnsanı anlamaq üçün bircə saat kifayətdir. İnsanı sevmək üçün bircə gün belə kifayətdir. Amma onu unutmağa bəzən bir ömür də yetmir.

      17. Sevənlər həmişə bir-birlərini itirməmək üçün bacardıqlarından da çox edəcəklərinə söz verirlər. Amma ayrılıq anı gələndə onlar heç bacaracaqlarını da eləmirlər!

      18. Qoyunluğu seçmişsənsə qurdluğu seçəndən inciməyə dəyməz!

      • Hits: 680 clicks

      Tecox component by www.teglo.info