Həyat Dəftərindən / Afiq İsgəndərov

      Share

      Kor

      Bir nəfər adam ilk dəfə getdiyi kiçik qəsəbədə

       bir qədər gəzdikdən sonra yolun kənarında dayanan maşının arxa oturacağında oturan uşağa:

      - Mən buraları yaxşı tanımıram, parkın yanındakı çörək sexini axtarıram. Çox yaxında olduğunu deyiblər.

      Uşaq, maşının pəncərəsini açdıqdan sonra:

      - Mən də bura ilk dəfədir gəlirəm, hər halda sağ tərəfə getməlisiniz.

      Adam uşağın da yad olmasına baxmayaraq bunu necə bildiyini soruşdu, qeyri-ixtiyar.

      Uşaq:

      -Cökə çiçəklərinin ətrini hiss edirsiniz? –deyə gülümsədi. Quş səsləri də oradan gəlir.

      Həmin adam. Bu ətir parkdan deyil də başqa bir ağacdan gəlmədiyini nə bilirsən?

      - Tək bir ağacdan bu qədər çox qoxu gəlməz, deyə uşaq cavab verdi. Bir az dərin nəfəs alsanız yeni bişən çörəklərin də iyini hiss edərsiniz.

      Uşağın sözlərini yarıda kəsməsindən kor olduğunu gördü.

      Uşaq işığa həsrət gözlərini ondan gizlətməyə çalışarkən:

      - Üç il bundən əvvəl bir qəza keçirmişdim. Görməyi çox itəyirəm. Sizin gözləriniz görür, elə deyilmi?

      Adam uşağın tərif etdiyi istiqamətdə çörək sexinə yönələrkən öz-özünə bunları pıçıldadı:

      - Artıq əmin deyiləm. Əmin olduğum tək bir şey var, oda sənin məndən yaxşı görməyindir.

       

       

       

      Təbrik

       

      Bir oğlu dünyaya gəldiyində bayram edirmiş kimi onun üçün iki qurban kəsdirib, sədəqələr vermişdi. Uşağın yanından ayrılmır, ona bir zərər gəlməsindən qorxublə zərif vücuduna toxunmaqdan çəkinirdi. Uşaq böyüdükcə atasının sevinci də böyüyürdü. Onu yaxşı yetişdirmək ən böyük arzusu idi.

      - Uşağın necə tərbiyə olunduğunu görsünlər deyirdi.

      Atanın ilk etdiyi iş, uşağın tərbiyəsi ilə əlaqəli kitablar oxumaq oldu. Bu kitabların bəzilərinə görə uşağı “çağdaş” dedikləri sistemlərə görə tərbiyə etməli və hərəkətlərində son dərəcə sərbəst buraxmalı idi. İşləri ilə çox məşğul olduğu üçün istər-istəməz belə edəcəkdi. Demək ki, çağdaş sistemlər iş adamlarını da düşünəcək qədər mükəmməl idi.

      Ata tərbiyə sistemini müəyyənləşdirdikdən sonra uşağının xərcliklərini istədiyi yerə xərcləməsinə, istədiyi filmləri seyr etməsinə və istədiyi adamlarla dostluq etməsinə mane olmadı. Əks təqdirdə uşaq şəxsiyyətini tapmaz və gələcəyin böyükləri arasına girə bilməyəcəkdi.

      Ata yuxusunda oğlunun böyüyüb millət vəkili olduğunu görüncə həvəsləndi və onun üzərində daha çox diqqət göstərəcəyəm, dedi. Özü dindar bir insan olmasına baxmayaraq zəifləyəcəyi qorxusu ilə uşağın oruc tutmasını istəmir, sabah namazına qalxdığında yuxusuz qalmaması üçün onu oyatmazdı. Oğlunun məscidə bərabər getmə təklifini də onun yaxşılığını düşünərək qəbul etmirdi. Atanın bu xasiyyəti uşağın Quran öyrənməsi üçün yay tətillərindəki kurslara getməsinə də mane oldu. Oğlum ən çətin kolleclərdə oxuyur. Üstəlik yayda çalışması rəvadırmı?

      Ata, oğlu üçün göstərdiyi bu fədakarlığın gec-tez meyvə verəcəyinə inanırdı.

      - Bin gün məni mütləq təbrik edəcəklər, bundan əminəm, deyirdi.

      İllər gəldi, keçdi. Ata yaşlanıb, uşaq isə fakultəni bitirdikdən sonra nədənsə ailəsindən qopmuş, izini tamamilə itirmişdi. Ancaq atası böyük səylər nəticəsində onu taparaq ziyarətinə getdi və illərin həsrətini yarım saata sığdırmağa çalışdı. Bu vaxt bitdikdə yanlarına gələn qardiyan ziyarət vaxtının bitdiyini xatırlatdıqdan sonra:

      - Sizi təbrik edirəm, dedi. Bu həbsxanada məhkumlar arasında, əmin olun oğlunuzdan daha tərbiyəlisinə rast gəlmədim.

       

       

      MÜSABİQƏ

      Hüsnü çox yaxşı bir uşaqdır. Amma maşın qəzasında gözlərini itirmişdi. Fəqət o, həyatdan küsməmiş, başqalarının köməyi olmadan da yaşaya biləcəyini isbat etmişdi. Hətta əksər hallarda kənddən şəhərə tək başına gedib gəlirdi.

      Həmkəndlisi Murtuz adlı özündən razı bir uşaq Hüsnünü məsxərəyə qoymaq üçün belə dedi:

      - Hüsnü, şəhərə qədər mənimlə yarışarsan?.

      Hüsnü bu təklifi ciddi qəbul etdi.

      - Yarışaram. Ancaq müsabiqəni mən qazansam sən pencəyini mənə verəcəksən?-deyə şərt qoşdu.

      Murtuz bu şərtə qəhqəhə ilə gülərək:

      - Qazansan sənin olsun, -dedi.

      Hüsnü:

      - Bir şərtim də var. Yarışı nə vaxt keçirəcəyimizi mən təyin edəcəyəm, dedi.

      Müsabiqədə uduzacağına güman verməyən Murtuz Hüsnüyə:

      - İstədiyin şərti qoşa bilərsən, deyərək gülməyə davam etdi.

      Zülmət qaranlıq bir gecədə, meşə yoluyla şəhərə qədər yarışacaqdılar. Hüsnüyə görə qaranlıqla aydınlığın bir fərqi yoxdu. Yeriyərək yoluna davam etdi. Fəqət Murtuz meşədə yolunu azdı. Xəndəklərə düşdü, kol-kos üz-gözünü çırdı. Murtəza şəhərə Hüsnüdən düz yarım saat sonra çata bildi.

      Murtuz Peyğəmbərimizin bu hədisini bilsəydi bəlkə də belə rəftar etməzdi:

      “HEÇ KİM BAŞQASINA QARŞI LOVĞALANMASIN.”

       

       

      • Hits: 668 clicks

      Tecox component by www.teglo.info