O, “Ümmətim” Deyirdi, Biz Nə Deyirik? / Salih Zeki MERİÇ

      Share

      Peyğəmbərlər Allahın bütün insanlar üçün örnək qıldığı dərin bir imana sahib olan, üstün ağla malik insanlardır. Allahın “Həqiqətən, Allahın Rəsulu Allaha,

       qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab, 21) ayəsiylə xəbər verdiyi kimi Peyğəmbərimiz Həzrət Məhəmmədin həyatında və əxlaqında iman gətirənlər üçün gözəl nümunələr və hikmətlər vardır. Peyğəmbərimiz (s.ə.s)-in Allaha olan dərin bağlılığı, təqvası, səbri, şəfqəti, ağlı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti və bir çox xüsusiyyəti bütün müsəlmanlara nümunə olmuşdur. Həzrət Məhəmməd Allaha və peyğəmbərə olan sevginin əhəmiyyətini bizə belə xatırladır:

      “Allahı və Rəsulunu hər şeyindən çox sevməyənin imanı sağlam deyildir.” İmanın nə olduğunu soruşanlara da: “Allahın və Rəsulunun sənin üçün hər şeydən daha sevimli olmasıdır.” –buyurmuşdu.

      Həzrət Ənəsin rəvayətinə görə Rəsulullah (s.ə.s) buyurmuşdur ki: “Üç xislət kimdə olsa o, imanın ləzzətini dadar. Birincisi, Allah və Rəsulunun o adama hər şeydən daha sevimli olmasıdır. İkincisi, başqalarını sevərkən də Allah üçün sevmək. Üçüncüsü də, yenidən küfrə düşməyi oda atılacaqmış kimi çirkin görməkdir.”

      Onunla bizim aramızdakı sevgi və məhəbbət bağı ta illər öncəsinə dayanır. Onun yaşadığı zaman ilə bizim yaşadığımız zaman arasında əsrlər var.amma nə zaman, nə də məkan onunla ümməti arasında bir məsafə olmamışdır. Aradan illər də keçsə bu qarşılıqlı məhəbbəthər gün bir az da atrmışdır. Onun dünyanı şərəfləndirərkən, yaşayarkən, əbədi aləmə köç edərkən söylədiyi yeganə söz vardı. Bu söz bizi sevdiyini isbat edirdi: Ümmətim… Ümmətim… Ümmətim…

      Ümmətini o qədər çox sevirdi ki, onların əfvi üçün gecələr səhərə qədər göz yaşı tökür və ağlayırdı. Sanki bizə olan sevgisini “Ümmətim” kəlməsində cəm etmişdi. Bir ananın, bir atanın uşaqlarına olan şəfqətindən daha üstün idi ümmətinə olan sevgisi.

      “Qardaşlarım” deyirdi. “Onlar üçün darıxmışam” deyirdi.

      Səhabələr “Ey Allahın Rəsulu, biz sənin qardaşların deyilikmi?” deyirdilər.

      O, “Siz mənim əshabımsınız. Qardaşlarım məndən sonra gələcək olanlardır.” deyirdi.

      “Mən onları axirətdə alınlarındakı səcdə izlərindən tanıyacağam” deyirdi.

      “Bir at ilxısının içində alnında və ayaqlarında səkil olan atın dərhal gözə çarması kimi mən də ümmətimi üzlərindəki nurdan, əllərindəki və ayaqlarındakı parlaqlıqlarından tanıyacağam.” deyirdi.

      Hədisi-şərifdə atın alnındakı ağ səkil üçün “ğurr”, ayaqlarındakı səkil üçünsə “muhaccəl” kəlməsi işlədilir. Yəni o, “Mənim ümmətim Ğurru-Muaccəldir” deyirdi.

      Rəsulullahın könlündə daima ümmətinə aid dərdlər vardı. “Qardaşlarım” dedikdə hər tərəfini bürüyən bir həyəcan doğurdu daxilində.

      Gəlin özümüzə bu sualları verək:

      Onun ümmətinə düşkünlüyü qarşısında nə edərik?

      Əcəba, qəlb dünyamızda Rəsulullahın yeri nə qədərdir?

      Onun bir anlıq da olsa görmədiyi zaman rəngi saralıb-solan Səvban (r.a)-ın duyğularının nə qədərini daşıya bilirik?

      Rəsulullah onun rənginin solduğunu görüb “Bu halın nədir, ey Səvban?” dedikdə o:

      “Ya Rəsulallah! Səndən ayrı qaldığım zaman üstümə bir yalnızlıq çökür, sənə qovuşana qədər bu halım davam edir. Sonra axirət gününü düşünürəm və orada sizi görə bilməyəcəyimdən narahat oluram. Çünki sən peyğəmbərlərlə birlikdə yüksək məqamlara çıxarılacaqsan. Mənim yerimsə aşağılarda olacaq. Bir də, əgər cənnətə girə bilməsəm o zaman sizi əbədi olaraq görməyəcəyəm.” deyir.

      Onun bu səmimi duyğusu qarşısında:

      “Kim Allaha və Rəsuluna itaət edərsə, o kəslər Allahın özlərinəlütf etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh kimsələrlə birlikdədir. Bunlar nə gözəl dostlardır!” (ən-Nisa, 69) ayəsi nazil olur.

      Onu həqiqətən sevənlərin halı belə idi. Onu görə bilmədikləri zaman dünyaları dəyişirdi.

      Qısaca olaraq, dünyaya gəlmədən əvvəl “ümmətim” deyən, yaşayarkən “ümmətim”, ölərkən də “ümmətim” deyən bir peyğəmbərə sevgimizi necə sərgiləyə bilərik. Bir mömin olaraq bunun dərdində olmalıyıq.

       

      • Hits: 876 clicks

      Tecox component by www.teglo.info