155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Dediklərimin Hamisini Düz Demişəm! / Lokman Helvacı

      Share


      Şeytanla bağlı silsilə yazımızın son hissəsi yenə maraqlı sual-cavablarla davam edir:

      Bu səfər şeytan bir sualla sözə başlayır.

      - Sən ümmətinin hansı səadətinə sevinirsən axı?..

      Mən onlara elə tələlər quraram ki...

      Miskinlərinin, çarəsiz və zavallılarının yanına gedərəm. Namazı tərk etmələrini əmr edərəm. Onlara deyərəm ki:

      - Namaz sizə görə deyil... O, Allahın bolluq verdikləri üçündür. Sonra xəstələrin yanına gedərəm:

      - Namazı tərk et, -deyərəm. Çünki Allah: “Xəstələrə günah yoxdur.” (ən-Nur, 61) –deyir. Sağalandan sonra çox qılarsan. Bununla da o, namazı tərk edər, hətta bəzən küfrə düşər...

      Sonra belə davam etdi:

      - Ya Məhəmməd, əgər bu sözlərimə yalan qarışdırıramsa məni əqrəb sancsın... Əgər yalan deyirəmsə Allah məni kül etsin.

      Sonra davam etdi:

      - Ya Məhəmməd, sən ümmətin üçün fərəhlənirsən? Halbuki mən onların altıda birini dinindən çıxardım.

      * * *

      Rəsulullah (s.ə.s) bu dəfə başqa mövzuya keçərək soruşdu:

      - Ey məlun, sənin qəlbini nə qırar?

      - Allah yolunda cihada qaçan atların kişnəməsi…

      - Bəs cismini nə əridər?

      - Tövbə edənlərin tövbəsi.

      - Bəs ciyərini nə parçalayar, nə çürüdər?

      - Gecə-gündüz Allaha edilən istiğfar.

      - Üzünü nə turşudar?

      - Gizli sədəqə.

      - Bəs gözlərini nə kor edər?

      - Gecə namazı.

      - Başını əyən nədir?

      - Tez-tez qılınan camaatla namaz.

       

      * * *

      Rəsulullah yenidən başqa mövzuya keçdi və soruşdu:

      - Sənə görə insanların ən sədaqətlisi kimdir?

      - Namazlarını qəsdən tərk edənlər.

      - Sənə görə insanların ən bədbəxti kimdir?

      - Xəsislər.

      - Bəs səni işindən nə uzaqlaşdırar?

      - Alimlərin məclisləri.

      - Yeməyini necə yeyirsən?

      - Sol əlimlə, barmaqlarımın ucu ilə.

      - Bəs sam yeli əsdiyi zaman və qızmar istilər düşdükdə uşaqlarını harda kölgələndirirsən?

      - İnsanların dırnaqlarının arasında.

      * * *

      Sonra Rəsulullah başqa mövzuda sual verdi, iblis də cavabladı.

      - Rəbbindən nələr istədin?

      - On şey istədim

      - Nədir onlar, ey məlun?

      - Bunlardır:

      1. Allahdan məni Adəm oğullarının malına və övladına şərik etməsini istədim. Bu istəyim yerinə yetirildi. (əl-isra, 64)

      Bismillahsız kəsilən hər bir heyvanın ətindən, faiz və haram qarışmış yeməklərdən də yeyirəm. Şeytandan Allaha sığınılmayan mala şərikəm. Cinsi münasibət zamanı şeytandan Allaha sığınmayan kəslə birlikdə xanımı ilə birləşərəm… O birləşmədən hasil olan uşaq bizə itaət edər. Sözümüzə qulaq asar.

      Hər kim miniyinə minərkən halal yola deyil, əksinə getməyi istəyərsə mən də onunla birlikdə minərəm. Yol yoldaşı olaram.

      Bu da ayeyi-kərimə ilə sabitdir. (əl-isra, 64)

      2. Allahdan bir ev istədim, o da hamamları mənə ev olaraq verdi.

      3. Bir məscid istədim, Pazar yerlərini mənim üçün məscid qıldı.

      4. Oxumaq üçün mənə bir kitab verməsini istədim, şeirləri mənimçün oxu kitabı etdi.

      5. Mənə azan verməsini istədim, məzmurları verdi.

      6. Yataq yoldaşı istədim, sərxoşları verdi.

      7. Mənə yardımçılar verməsini istədim, qədəriyyə mənsublarını verdi.

      8. Mənə qardaşlar verməsini istədim, mallarını boş yerə israf edənləri verdi. Bir də günah yollara pul xərcləyənləri verdi. (əl-İsra, 27)…

      9. Ya Məhəmməd, Allahdan istədim ki, mən Adəm oğullarını görüm, amma onlar məni görməsinlər. Bu arzum da yerinə yetirildi.

      10. Adəm oğullarının qan məcralarına yol tapmaq istədim. Bu da oldu. Beləliklə onların damarları ilə bütün bədənlərində gəzərəm. İblis özünə itaət edənlərin Rəsulullaha itaət edənlərdən çox olduğunu dedikdən sonra belə davam etdi:

      - Mənim bir oğlum var… Adı Atəmədir. Bir qul yatsı namazını qılmadan yatarsa, gedib onun qulağına bövl edər… Əgər belə olmasaydı, insanlar namazlarını əda etmədən yata bilməzdilər.

      Bir oğlum da var. Adı Mütəqazidir… Bunun da vəzifəsi edilən gizli əməlləri yaymağa çalışmaqdır. Məsələn, bir qul gizlində ibadət etsə, Mütəqazi onu dümsükləyər. Ən sonda o gizli əməl açığa çıxar. Beləliklə də Allah o əməl sahibinin yüz savabından doxsan doqquzunu silər… biri qalar. Çünki bir bəndənin gizli etdiyi əmələ görə yüz savab verilir.

      Mənim bir oğlum da var, adı Kühayldır. Vəzifəsi insanların gözlərinə sürmə çəkməkdir. Xüsusilə alimlər məclisində və xütbə oxunarkən insanların gözünə sürmə çəkər və onları yatırar.

      Sonra İblis özündən danışdı:

      - Ya Məhəmməd, bir adamı dəlalətə sürükləmək üçün əlimdə heç bir imkan yoxdur. mən ancaq vəsvəsə verirəm və istədiyim şeyi gözəl göstərirəm. Əgər yoldan çıxarmaq əlimdə olsaydı yer üzündə bir dənə də olsun iman gətirən, oruc tutan və namaz qılan qoymazdım.  Necə ki, sənin də əlində hidayətə qovuşdurmaq yoxdur. Sən ancaq Allahın Rəsulusan. Təbliğlə vəzifəlisən. Əgər hidayət əlində olsaydı yer üzündə bir dənə də kafir qoymazdın…

      Bəxtiyar olan kəs ta ana bətnindən bəxtəvərdir. Bədbəxt olan da ana bətnindən bədbəxtdir.

      İnsanı səadətə qovuşduran da Allahdır, bəxbəxt edən də…

      Sonra Rəsulullah (s.ə.s) İblisə belə dedi:

      - Ya Əba Mürrə əcəba, sənin tövbə etməyin və Allaha yönəlməyin mümkün deyilmi?..  İblis bu cavabı verdi:

      - Ya Rəsulallah, iş verilən hökmə görə oldu… Qərarı yazan qələm də qurudu… Qiyamətədək baş verəcək işlər olacaqdır.

      Səni peyğəmbərlərin sərvəri qılan, cənnət əhlinin xətibi eyləyən və seçərək insanlardan üstün qılan, məni də bədbəxtlərin başçısı qılan və cəhənnəm əhlinin xətibi eyləyən Allahdır. O, bütün nöqsan sifətlərdən uzaqdır. Sonra İblis cümləsini belə tamamladı:

      - Bu dediklərim sənə son sözümdür… Bütün dediklərim də doğrudur.

      ***

      Rəbbim ömürlük dünya hərbində ixlas ipindən möhkəm yapışıb, nəfsinə də hakim olaraq əbədi düşmənimiz olan şeytana qalib gəlməyi və iki dünya səadətinə nail olmağı hər birimizə nəsib etsin. Amin!

      • Hits: 729 clicks

      Tecox component by www.teglo.info