Müdriklərdən öyüdlər-1 / Akif Hüseyinli

      Share

      1. Südə də diqqətlə baxsan ləkə görərsən.

      2. Zarafat həqiqətin yarısıdır.

      3. Heyvanı buynuzundan, adamı sözündən tutarlar.

      4. İlanin ayağı yoxdur, yalanın - kökü.

      5. Dəli də nə qədər ki, dinmir - ağıllıdır.

      6. Özünü öymə, özgəni əymə.

      7. Xəzəlləri külək qarışdırar, insanları söz.

      8. Ölkəni düşmənindən qoru, sirrini yaltaqdan.

      9. Qürbətdə sərvətdən qiymətli doğma eldir.

      10. Ağıllı özünü qınayar, ağılsız özgəni.

      11. Hirs düşməndir, ağıl dost.

      12. Qurbağasız göl olmaz, nöqsansız adam.

      13. Qaçağan atın təri qurumaz, ərköyünün göz yaşı.

      14. İgidin yaraşığı saqqaldır, sözün yaraşağı atalar sözü.

      15. Ağıl köhnəlməyən geyimdir, bilik tükənməyən mədən.

      16. Dost arxada təriflər, düşmən üzdə.

      17 Cavanlıq ötür - aşılmaz aşırım kimi, qocalıq gəlir-qazılmamış qəbir kimi.

      18 Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan.

      19 Xəsisin özü tox olar, gözü - ac.

      20. Zorla açılan gülün ətri olmaz.

      21. Hamı vaxta baxır, vaxt heç kəsə baxmır.

      22. Qulaq iki, ağız bir. İki eşit, bir danış.

      23. Dünya nərdivandı, biri qalxır, biri düşür.

      24. Oğurluqla varlanmaq olsaydı, onda siçan hamıdan dövlətli olardı.

      25. Söz ilə iş arasında dağlar, dərələr durur.

      26. Qış hardan bilsin ki, kasıbın odunu yoxdur.

      27. Müdirin xahişi əmirdir.

      28. Heyvan kəsilməyincə yağı görünməz, insan danışmayınca - ağlı.

      • Hits: 832 clicks

      Tecox component by www.teglo.info