Təlim-Tərbiyə Ana Bətnində Başlar / Ali ÇİNAR

      Share

      İnsan oğlu bu dünyaya yatmaq, kef etmək, gün keçirmək üçün gəlməmişdir. Onun bir sıra məsuliyyətləri vardır. Hansı şərtlər altında və harada olursa-olsun həyatını ilahi riza istiqamətində dəyərləndirməlidir.

      Əvvəlcə bu məsuliyyəti dərk etməli və bu istiqamət üzrə yaşamağa çalışmalıdır. Bunun üçün də ciddi bir təlimə ehtiyac var. İnsan oğlu dünyaya işlənməyə hazır saf bir mədən cövhəri kimi gələr. Amma zəif tərəfləri də vardır. Zəif xislətlərdən qurtulub özündə gizli olan cövhəri ortaya çıxara bilmək üçün təlim və tərbiyəyə mütləq ehtiyac vardır.

      Allah-Təala qulundan Rəbbini tanıyıb gözəlcə qulluq etməsini murad edir. Bu səbəblə kitablar göndərmiş, istədiyi qulluq keyfiyyətinin misalını da göndərdiyi peyğəmbərlər vasitəsiylə öyrətmişdir. Məhz elə bu səbəblə ən böyük insan tərbiyəçiləri peyğəmbərlərdir və insanın tərbiyəsi peyğəmbər peşəsidir.

      Eyni zamanda insana verilən bütün qabiliyyətlər bir fabrikdən keçməli olan xammal kimidir ki, işlənməsə ziyan olar. Əgər işlənərsə insan mələklərdən daha qiymətli bir varlığa çevrilər. Təhsilin hikməti budur.

      Hikmət nəzəriylə baxıldıqda kainatda heç bir şeyin səbəbsiz və boşuna olmadığı görüləcəkdir. İnsanın cövhərini ortaya çıxarmaq, onu layiq olduğu yüksək fəzilətlərə sahib hala gətirmək üçün çəkilən əziyyətlər, iztirablar bu təlim yolunun cəhdləri və xidmətləri də əsla boşuna deyildir. Ən kiçiyindən ən böyüyünə qədər.

       Yapon elm adamı Dr. Masaru Emoto donmuş su kristalları üzərində apardığı təcrübələri ilə məşhurdur. Təcrübələrində suyun ifadələrini yaxalamağa nail olmuşdu. Su kristalları fotolarını “Suyun verdiyi mesajlar” adlı kitabında nəşr edən Emoto bu araşdırma ilə düşüncə və duyğuların əşyaya təsirini isbat etmişdir.

      Həddən artıq soyuq bir otağın içində son dərəcə güclü mikroskop və sürətli şəkilçəkmə mexanizmi lə yeni donmuş su kristallarının şəklini çəkmişdir.

      Dr. Emoto donmuş suda meydana gələn kristallara müəyyən fikirlər aşıladıqda onlarda dəyişiklik baş verdiyini kəşf etmişdir. Yəni su kristalları düşüncənin şəklinə görə dəyişiklik göstərir.

      Bu araşdırmadan yola çıxaraq vücudunun dörddə üçü sudan ibarət olan insanın ana bətnindəki vəziyyəti haqda düşünə bilərik.

      Araşdırmada iki məsələ diqqət çəkir:

      Birinci suyun qaynağı: Aparılan təcrübələr nəticəsində çox təmiz qaynaqlardan gələn və sevgi dolu sözlər söylənən su nümunələrinin eynən qar dənələrinə bənzəyən çox parlaq, şəffaf, simmetrik və çox rəngli naxışlar formalaşdırdığı görüldü. Bunun əksinə natəmiz bölgələrdən götürülən çirkli və ya neqativ düşüncələrə, pis sözlərə məruz qalan su nümunələri isə bulanıq, qeyri-simmetrik və tamamlanmamış naxışlar meydana gətirdi.

      İnsan ana bətnində ikən ananın qanıyla bəslənir. Dünyaya gəldikdən sonra ananın südüylə, daha sonra isə digər qidalarla bəslənir. Həkimlər hamilə qadınların siqaret, içki kimi zərərli maddələrdən uzaq durmasını şiddətlə tövsiyə edirlər. Çünki bu maddələrin ana bətnindəki körpəyə mənfi təsiri doğuşdan sonra açıq şəkildə ortaya çıxır. Eynilə halal olmayan qidalarla bəslənən uşaqların sonrakı həyatlarında əxlaqi pozuntuların ortaya çıxması kimi. Bu səbəblə qidanın halal olması çox mühümdür. Bədənimizə zərər verən qidalardan uzaq durduğumuz kimi mənəvi və əxlaqi inkişafımıza birbaşa təsir edəcək haram və şübhəli şeylərdən də uzaq durmalıyıq.

      Halal qida ilə bəslənən ana öz balasını halal qida ilə bəsləmiş, ona dünyaya gəlmədən və hətta mənasını bilmədiyi halda Allahın sərhədlərini öyrətmiş olur.

      Qidanın halal və təmiz yoldan gəlməsi su qaynağının təmiz olması deməkdir.

      İkinci məsələ isə suya deyilənlərdir. Göründüyü kimi sevgi dolu sözlər söylənən su nümunələri qar dənələrinə bənzəyən çox parlaq, şəffaf, simetrik və bəzəkli naxışlar meydana gətirir. Neqativ düşüncələrə, pis sözlərə məruz qoyulan su nümunələri isə tamamlanmamış naxışlar meydana gətirir.

      Hələ dünyaya gəlməmiş, ana bətnindəki körpəyə deyiləcək və dinlədiləcək şeylər buna görə çox mühümdür. Ana-atanın dalaşdığı bir evdə eşidilən səslər və ya qulaq cingildədən səslərlə dolu musiqi, yaxud da tez-tez pis sözlər danışan bir ananın dili uşağın gələcəyini hələ o dünyaya gəlmədən qaraltmaq deməkdir. Bulanıq və tamamlanmamış su naxışları kimi yaxşı tərəfləri korlanmış, pis tərəflərinin önü açılmış, dalaşqan və yorğun halda dünyaya gəlməsinə səbəb olacaq.

      Ana bətnindəki körpəyə sevgi və məhəbbət dolu kəlmələr söylənməli, gözəl şeylər dinlədilməlidir. Sükunət, ruh yüksəkliyi ana bətnində ikən hiss etdirilməlidir. Bu dövrdə azan, Qurani-Kərim, salavati-şəriflər oxunmalıdır. Bu səslər ona çox tanış gələcəkdir. Çünki ruhu “Ələst-Bezmi”ndə Rəbbinin ona “Mən sizin Rəbbiniz deyiləmmi?” xitabında da eyni ləzzəti almışdır. Hətta azan və Qurani-Kərim dinlərkən ədəbə riayət etmək, beləliklə də uşağı dünyaya gəlmədən ədəbə alışdırmaq lazımdır. Allahın nişanələrinə, ayələrinə hörmət etməyin körpəyə rəhmət olacağına inanmaq lazımdır.

      Əslində bu dövrü yaşayan ana hər sahədə ədəbə riayət etməlidir. Oturub-durmasına diqqət etməli, böyüyə-kiçiyə ehtiramla yanaşmalı, sevgidə nöqsanlıq göstərməməlidir.

      Mümkün mərtəbə saleh insanların yanında olmalı, həm özü, həm də körpəsi bu insanların söhbətinə qulaq asmalı və onlara sevgi bəsləməli, dünyaya gətirəcəyi uşağının da onlar kimi olmasını Allahdan istəməlidir.

      Xülasə: Təlim-tərbiyə ana bətnində başlar. İnsanın ilk mürəbbisi də anasıdır. 

      • Hits: 1026 clicks

      Tecox component by www.teglo.info