Mədəniyyətimizdə Təmizlik / Adem Şahin

      Share

          Jurnalımızın keçənaykı sayında Antik Roma mədəniyyətinə aid Efes xarabalıqlarına və oradakı ayaqyollarına xəyali səyahət etmişdik. İndi də bizdən qat-qat mədəni olan (?) avropalıların küçələrini gəzək.

       Gəzək ki, mədəniyyətimiz artsın. Ölkəmizə qayıdanda çanta dolusu mədəniyyət gətirib geri qalmış ölkəmizi aydınladarıq. Görək, Efesdəki ayaqyollarından bu günə nə qədər inkişaf olub? Yolda qarşımıza eyni anda dörd nəfərin ehtiyacını qarşılaya biləcəyi səyyar və 3 tərəfi açıq ayaqyolu çıxır. (bax: şəkil-1)

         Yeməkdən əvvəl və sonra, həmçinin ayaqyolundan çıxdıqdan sonra əllərin yuyulması təlqini ilə böyüdüyümüz üçün səyyar ayaqyolunda suyun olmaması diqqətimizi çəkir. Get, işini gör və su ilə təmizlənmədən yoluna davam et. Yolda rastına çıxan dost-tanışla salamlaş və qucaqlaş. Əlini yumasan da olar. Evə gedib vananı doldurarsan. İçindəki suya qarışan bədəninin kiriylə yenidən təmizlənərsən. Kirin dövr etməsi hadisəsi budur. Kir və mikroblarda azalma və məhv olma yoxdur. Mədəniyyət adlandırdıqları budur. Qlobal istiləşmənin artdığı və şirin su qaynaqlarının azaldığı bir dövrdə milyonlarla müsəlman təmizlik üçün əlini yuyur, dəstəmaz və qüsl alır. Belə olmaz axı!

          Ayaqyolu ehtiyacını ayaq üstə görmək üçün istehsal olunan pisuarların Antik Roma zamanında da dəyişik formaları vardı. Müasir pisuarın ilk patenti 1866-cı ildə Amerikada alınmışdır. Əlimizdəki bu məlumatlardan ayaq üstə bövl etməyin bəşər tarixi qədər qədim olduğunu anlayırıq. Pisuarlar daha asan və əlverişli olmaq baxımından tərcih edilir. Dünyadakı pisuar oyunları İngiltərə və Yaponiya başda olmaqla davam etməkdədir. Təmizlik baxımından, həmçinin məsanədəki sidiyin tam boşalmadığından prostat problemlərinə səbəb olur.

         İslam fiqhində sidikdən uzaqlaşmaq üçün xüsusi bir termin – istibra deyimi var. Bəraət təmizə çıxmaq, qurtulmaq mənasına gəlir və istibra ilə eyni kökdəndir. Bərat gecəsi günahlardan, məhkəmədəki bəraət ilə də cinayətdən, istibra ilə isə bədən və patlarların sidikdən təmizlənməsi təmin olunur.

      İstibranın temrin mənası isə belədir: Ayrılmaq, uzaqlaşdırmaq, bövldən sonra sidikdən təmizlənmək, idrar əsərinin tamamən kəsilməsini gözləməkdir.

        Sidikdən təmizlənməmək insanın dünyada və axirətdə zərərə düçar olmasına səbəbdir:

        Dünyadakı zərəri: İman etsə də, etməsə də insanın zehnini və könül dünyasını qarışdıraraq, vəsvəsə və pis fikirlərə meyil etməsinə səbəb olur. İmamın səhv oxumasının səbəblərindən biri də sidik təmizliyinin tam edilməməsidir.

        Həzrət Peyğəmbər (s.ə.s) bir dəfə sübh namazını qıldırarkən şübhəyə düşərək səhv etdi. Namazı qılandan sonra buyurdu:

      “Bəzilərinə nə olur ki, bizimlə birlikdə namaz qılırlar, amma təharətlərini gözəl etmirlər. Quranı qarışdırıb oxumağımızda çətinlik çıxaranlar məhz onlardır.” (Sünəni-Nəsai, 2-ci cüz / 156)

      İstibranın tam edilməməsinin zərəri qəbirdə də davam edər:

          Rəsulullah bir qəbrin yanından keçərkən əzab görən iki insan səsi eşitdi və belə buyurdu: “Bunlar əzab görürlər. Özü də əzab görmələrinin səbəbi o qədər böyük deyil. Biri sidiyindən istibra etməzdi, digəri isə insanlar arasında söz gəzdirərdi.” (Səhih-Buxari Müxtəsəri Təcridi-Sarih, cild 1, səh-175)

      Hədis kitablarında Peyğəmbərimizin ayaqyolu ehtiyacını adətən oturaraq gördüyü nəql edilir. Sünnəyə uyğun olan və tövsiyə edilən budur. Lakin bəzi müstəsna hallarda (ehtiyacını təmin edəcəyi yerin təmiz olmadığı hallarda) bu ehtiyacı ayaq üstə də təmin etdiyi olmuşdur.

      Cabir bin Abdullah: “Hz. Məhəmməd (s.ə.s) dəstəmaz pozmaq istəyəndə heç kimin olmadığı tənha yerə gedərdi”, -demişdir. (Əbu Davud, Təharət, 1)

      Həzrət Peyğəmbərə vəhyin ilk gəldiyi zamanlarda patlarını təmiz tutmasının əmr olunması Hollandiyadakı səyyar ayaqyollarını və bu xüsusda laqeydlikləri gördükcə daha aydın başa düşülür.

           “Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə!” (əl-Muddəssir, 1-4)

      Təfsirçilər buradakı “libasını təmizlə” əmrini açıqlayarkən bu şərhi verirlər:

      “Özünü nəcasətdən yaxşı qoru. Çünki təharətsiz namaz səhih olmaz. O, namaz üçün fərz, namaz xaricində isə sünnədir.” (əl-Beydavi, Ənvarut-Tənzil və Əsrarut-Təvil, II, 285)

      Məşhur bir hekayə var:

          Bir mədrəsə tələbəsi vəz vermək üçün kürsüyə çıxır: “Ey camaat, Hz. Yaqub qızını qurban etmək istəyərkən Allah Əzrayılı bir keçi ilə göndərdi. Hz. Yaqub keçini elektroşokla qurban etdi və qurban ibadəti bugünümüzə qədər gəlib çıxdı.” Vəzi bitirdikdən sonra ustadının yanına gələrək soruşur: “Ustad, necə vəz verdim, yaxşı oldu?”

      Bizə mədəniyyət dərsi verərək xor görənlər də bu tələbə kimi hal diliylə “mədəniyyətimiz necədir?” –deyə sual verib üstün olduqlarını iddia edirlər.

      Kəlmeyi-şəhadət gətirən insanın öyrəndiyi ilk mövzu nədir sualı ilə mövzunu sonlandıraq:

      Kəlmeyi-şəhadətdən sonra təmizlik, istibra və dəstəmaz öyrənilir.

      Mədəniyyət də budur.

       

      • Hits: 878 clicks

      Tecox component by www.teglo.info