Hikmət Lövhələri / Kamran Məmmədov

      Share

      Üzüm yeyərkən.Bir gün Fəxri-kainat hz. Məhəmməd (s.ə.s) üzüm yeyirdi. Yanında oturan əshabının diqqətini bir şey çəkdi. Peyğəmbər (s.ə.s) üzüm salxımının tez-tez, alt tərəfində olan dənələrindən

       yeməyə başlamışdı. Əshab təəccüblə soruşur: “Ya Rəsulallah, nə üçün üzüm salxımının altındakı dənələrdən yeməyə başladınız?” Aləmlərin sultanı belə cavab verdi: “Salxımın altında kiçik və dadsız gilələr, üstündə isə iri və şirin gilələr olur. Ona görə altdan yeməyə başlayıram ki, üstə gələnə qədər dostum və ya tanışım gələrsə yaxşılarını ona ikram edim.”

      “Problemlərin üst-üstə yığıldığı əsrimizdə bütün müşkülləri bir fincan qəhvə içmək qədər rahatlıqla həll edən hz. Məhəmmədə insanlıq nə qədər möhtacdır!”

                                                                                                                       Bernard Shaw

      Hz. Peygəmbər (s.ə.s) belə buyurmuşdur:

      Altı şey gözəldir. Fəqət bu altı sinif insanda daha gözəldir.

      Ədalət gözəldir, fəqət idarəçilərdə daha gözəldir.

      Şübhəli olan şeylərdən uzaq durmaq gözəldir, fəqət alimlərdə daha gözəldir.

      Səbir gözəldir, fəqət kasıblarda daha gözəldir.

      Tövbə gözəldir, fəqət gənclərdə daha gözəldir.

      Həya gözəldir, fəqət qadınlarda daha gözəldir.

       

       

      Hz. Peyğəmbər belə buyurmuşdur:

      Mənə altı xüsusa həssaslıqla tabe olacağınıza dair söz verin, mən də sizə Cənnətə girəcəyinizə dair söz verim.

      1. Danışarkən əsla yalan söyləməyin.

      2. Söz verdiyiniz zaman sözünüzü tutun.

      3. Bir şey əmanət edildikdə ona xəyanət etməyin.

      4. Gözünüzü haramdan uzaq tutun.

      5. Əlinizi harama uzatmayın.

      6. İffət və namusunuzu qoruyun.

       

       

      Sənin istefaya göndərdiyini biz də istefaya göndərdik

      Şair Mehmet Akif hər səhər məsciddə ağlayan yaşlı bir adamdan bu qədər ah-nalə etməsinin səbəbini soruşdu. Yaşlı adam anlatmağa başladı:

      Mən Əbdülhəmid zamanında orduda minbaşı idim. Anam-atam vəfat etmişdi. Var-dövlətimiz başsız qalıb dağılmasın deyə istefa ərizəsi verdim. Bir müddət sonra birbaşa Əbdülhəmiddən bir yazı gəldi, istefam qəbul edilməmişdi. Bir daha ərizə verdim, yenə qəbul edilmədi. Nəhayət şəxsən padşahın hüzuruna çıxıb məsələni ərz etməyə qərar verdim. Halımı anlatdım, istefamın qəbulu üçün rica etdim. Dərin-dərin düşündü. Razı olmadığı halda “Haydı, tərxis olundun.” -dedi. Sevinərək məmləkətimə getdim.

      Gecə yuxuda orduların təftiş olunduğunu gördüm. Gördüm ki, şərqdə və qərbdə savaşan orduları şəxsən Rəsuli-Əkrəm (s.ə.s) təftiş edir. Türk ordusu Peyğəmbər (s.ə.s)-ə məlumat verirdi. Osmanlı padşahlarının məşhurları da orada idi. Əbdülhəmid xan ədəblə Rəsulullahın arxasında dayanmışdı. Bütün ordular keçdi. Bu zaman mənim bölüyüm də gəldi. Rəhbərsiz olduqları üçün darmadağın idi. Rəsulullah (s.ə.s) Əbdülhəmidə tərəf çevrilərək bu bölüyün başçısını soruşdu. Əbdülhəmid: “Ya Rəsulallah, çox israr etdi, istefasını istədi, biz də sərbəst buraxdıq.” –dedikdə Rəsulullah: “Sənin istefaya göndərdiyini biz də istefaya göndərdik” -buyurdu.

      Mən də ağlamayım, bəs kim ağlasın?!..

       

       

      Dərdə dəva

      Həzrət Peyğəmbərin xəstələrə şəfa, dərdlilərə dəva olmasının nümunələrini saymaqla bitirmək mümkün deyil. Bu həqiqətin dövrümüzdə yaşanmış bir nümunəsini də mərhum Kemal Edip Kürkçüoğlunda görürük. Kemal Edip bəy Rəsulullaha həsr etdiyi nətini yeni-yeni yazarkən xərçəng xəstəliyinə yaxalanır. Əllərindən gələni edən həkimlər nəhayət əlacsız halda xəstənin yaxınlarına onu evə aparmalarını və çarələrin tükəndiyini bildirirlər. 

      Məsələdən xəbər tutan Kemal Edip Kürkçüoğlu içindəki Peyğəmbər eşqi ilə yanıb-tutuşmağa başlayır. Naçar halda əllərini Allaha açıb belə dua edir:

      “- İlahi, Həbibin Məhəmməd Mustafanın şəfaət və iltifatına nail olmaq üçün qələmə almağa cəhd etdiyim nəti-şərifi tamamlamağı mənə ehsan et! Yazmağa başladığım nəti-şərifi bitirə bilmək üçün fürsət ver, Allahım!..”

      Bu duasından sonra çox keçmədən yaxşılaşır və həkimləri də heyrətdə qoyur. Yazdığı nəti yeddi il ərzində tamamlayır. Sonra mübarək torpaqlara gedən yaxın dostuna bu nəti verərək israrla Peyğəmbərin hüzurunda oxumağı ondan xahiş edir. Nə hikmətsə dostu  fürsət tapıb hüzuri-Nəbidə nəti-şərifi oxuyur. Həm də tərifi imkansız duyğularla. Çünki o an Kemal Edip bəy Haqqın dərgahına qovuşmuşdu. 

       

       

       

       

      • Hits: 1114 clicks

      Tecox component by www.teglo.info