Tehran ABDURRAHİMOV - KORONAVİRUS VƏ YENİ DÜNYA: KÖHNƏ LÜĞƏTƏ MÜRACİƏT

      Share

      İllərdir “Sənaye 4.0”, “Cəmiyyət 5.0”, əşyaların interneti, robot “işçilərdən” ibarət qaranlıq fabriklər, ağıllı şəhərlər, süni intellekt, siber fiziki sistemlər, “big data”, bulud texnologiyası, dərialtı mikro çip kimi hələ də bizim cəmiyyətlərin alışa bilmədiyi sehrli anlayışlar bütün dünyanı yavaş-yavaş dəyişirdi. “Yavaş-yavaş dəyişirdi” dedim, çünki bir çox futurist və intellektualın fikrincə artıq koronavirusdan (Covid-19) sonra bu sürət olduqca yüksək olacaq. Məqsədim mövcud vəziyyətin və vəd edilən Yeni Dünyanın bulanıq şəklini az da olsa aydınlaşdırmağa çalışmaqdır. Bunun üçün də köhnə, amma tək-tək araşdırıb oxusaq, bu günləri və gələcəyi izah etməkdə bizə kömək edəcək bəzi anlayışların kiçik, izahlı lüğətini təqdim etmək istəyirəm:

      Böyük Qardaş: “Big Brother” sanki dərimizin altına yerləşdirilmiş çiplə hamımızı görən, eşidən, izləyən, kontrol edən, kiminlə nə danışdığımızı, nə etməyə hazırlaşdığımızı bilən, elə bil “big data” və bulud texnologiyası ilə işləyən, onun üçün istifadə olunan sifətlərdən də anlaşılacağı kimi, yarı tanrılaşdırılmış bir varlıqdır: “Big Brother is watching you” (Böyük Qardaş səni izləyir). Bu anlayış bizə Corc Oruelin 1949-cu ildə yazdığı məşhur “1984” distopik romanından miras qalıb. Böyük Qardaşı daha yaxından tanımaq üçün Patrik Radden Kifin “Eschelon” kitabı və Daniel Con Karuzonun “Qartal göz” (“Eagle eye”, 2008) filmi kimi mənbələrə müraciət edə bilərsiniz.

      Məqalənin davamını İrfan Jurnalına abunə olaraq oxuya bilərsiniz... 

      • Hits: 126 clicks

      Tecox component by www.teglo.info