Natiq ƏHMƏDOV - AKASİYA ÇİÇƏYİ

      Share

      Havalar isinməyə başlasa da, gecənin ayazı və qaranlığı hələ də şəhərdən çəkilməmişdi. Əlində məktəb çantası, Hələbin dar küçələrində yarıyıxılmış evlərin arası ilə addımlayırdı, Ayşə. Hər zamankı kimi evdən çıxarkən anası ona dualar etmiş, öpüb-qoxlamış və ona göy üzündə təyyarə uğultusu eşitdiyində gizlənməsini söyləmişdi. Alatoran səkidə addımlayarkən qorxaq baxışlarını bir yandan dumanlı səmaya dikir, bir yandan da gizlincə ağlayırdı. Sanki ağlamaq ona bəxş edilmiş və hər zaman əlində qalacaq bir şey kimi gəlirdi ona.

      Yol boyu dərin düçüncələrə dalmışdı; hər şey rəngli film səhnələri kimi gözünün önündən keçirdi. 3 il əvvələ qədər hər şey necə də gözəl idi.  Hər səhər atası ilə əl-ələ evin önündəki akasiya ağacının önündən keçərək məktəbə yollanardı. Yolda balaca qardaşının dəcəlliklərindən danışıb-gülərdilər. Atası onu uşaq səsləri ilə dolub-daşan məktəbin önündə öpərək yola salar, özü poliklinikaya işinə yollanardı. Evə döndükdə dərslərini edər, birlikdə isti yeməklərini yedikdən sonra axşama doğru pəncərədən akasiya ağacını və dalğa-dalğa olmuş buludları seyr edərdi. Qaralan göy üzünü dalğalı dənizə bənzədər, təkbaşına qayıqla bu dənizdə səyahətə çıxardı.

      Məqalənin davamını İrfan Jurnalına abunə olaraq oxuya bilərsiniz... 

      • Hits: 175 clicks

      Tecox component by www.teglo.info