Gəncliyə Yardim Fondunun Qurban Fəaliyyəti

      Share

      Gəncliyə Yardım Fondu 1994-cü ildən bəri hər il qurban kəsmək və paylamaq fəaliyyəti ilə məşğuldur. Fond hər il qurban bayramında qurban kəsib-paylayaraq yoxsulları və ehtiyac sahiblərinə bayram sevinci bəxş edir.

       Gəncliyə Yardım Fondu bu il də Türkiyə Cümhuriyyətindən Dəniz Fənəri və İstanbul Beynəlxalq Yardımlaşma və Qardaşlıq dərnəklərinin maddi köməyi ilə qurban fəaliyyətlərini həyata keçirmişdir.

      GYF–nin dost təşkilatlarla müştərək kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi və İcra hakimiyyətlərindən nümayəndə heyəti ilə birgə birbaşa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə çatdırıldı. Eyni zamanda bir neçə internat məktəblərinə də qurban ətləri paylanaraq kimsəsizlərin üzü güldürüldü.

      QHTlərə də 3 ton miqdarında qurban əti verərək, ehtiyac sahiblərinə paylama xüsusunda onlarla müştərək hərəkət edən Gəncliyə Yardım Fondu ümumiyyətlə bu il təxminən 15.000 ailəyə qurban əti payladı. 

                  Bu kimi xeyriyyə tədbirləri ilə ad çıxaran Gəncliyə Yardım Fondu bundan sonra da Azərbaycan xalqının yanında yer alacaqdır.        

       

      • Hits: 677 clicks

      Tecox component by www.teglo.info