155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Uşaq Kitablarının Yeni Ünvanı

      Share

      1. Uşaqkitabı.az saytının hazırlanması və uşaq kitablarının səsləndirilməsi fikri haradan ortaya çıxdı? 

      Uşaq kitablarının səsləndirilməsi layihəsi bir ehtiyacın nəticəsi olaraq ortaya çıxdı. Azərbaycan dilində bir neçə ədəbiyyatın səsləndirilməsi olsa da, uşaq ədəbiyyatının səsləndirilməsi, demək olar ki, yox dərəcəsindədir. Xüsusilə də uşaqlarda milli-mənəvi dəyərlərimizi düzgün şəkildə aşılayacaq ədəbiyyat həm azdır, həm də səsləndirilməyib. Artıq iki ildir ki, bu sahədə böyük işlər görən Gəncliyə Yardım Fondu TİKA ilə birlikdə “Kitab Tutan Balaca Əllər” və “Kitabın İşığın Olsun” layihələrini həyata keçirir. Birinci layihə çərçivəsində Azərbaycan və Türkiyədən olan müəlliflər tərəfindən qələmə alınmış 9, ikinci layihə çərçivəsində isə 10 uşaq kitabı balacaların istifadəsinə ödənişsiz olaraq verilmişdir.

      Bir-birindən maraqlı olan bu kitablara tələbatın yüksək səviyyədə olduğunu görüb, əldə edə bilməyənlər üçün də uşaqkitabı.az saytını hazırlayıb bütün bu kitabları bir bazada topladıq. Sonra bir addım da önə gedərək, həmin kitabları səsləndirib MP3 formatlarını uşaqlarımızın istifadəsinə verməyi qərara aldıq.

      1. Bu layihənin təqdim etdiyi xidmətlərdən ən çox kimlər istifadə edəcək?

      Əvvəllər səsli kitab deyildiyi zaman sadəcə görmə məhdudiyyətli insanlar nəzərdə tutulurdusa, indi artıq bu anlayış dəyişib. Dünyanın inkişaf etmiş ölkələrində də görmə məhdudiyyəti olmayan milyonlarla insan səsli kitablardan istifadə edir. İstər oxuma və yazma qabiliyyəti formalaşmayan yaş qrupundakı kiçik uşaqlar, istərsə də görmə qabiliyyəti zəifləyən insanlarımız bu xidmətlərdən rahatlıqla istifadə edə bilər. Bununla yanaşı, tələbələr, iş adamları və kitab oxumağa vaxt tapa bilməyən bir çox insan da bu xidmətdən istifadə edərək vaxtlarını səmərəli keçirə bilərlər. Bunu da qeyd edim ki, saytımızda virtual oxuma, dinləmə və endirmələr üçün ödəniş tələb olunmur.

      1. Bu sahədə gələcək hədəfələriniz nədir?

      Gələcək hədəflərimiz isə istər klassik, istərsə də modern uşaq ədəbiyyatını səsli formata keçirərək gələcək nəsillərin istifadəsinə verməkdir. Cəmiyyətimizdə elə ailələr var ki, onlar öz övladlarına istədikləri ədəbiyyatı alıb oxuda bilmir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur. Biz həmin ailələrin də ehtiyacını nəzərə alaraq və cəmiyyətimizin hər bir fərdinə dəyər verərək onların kitab ehtiyaclarını qarşılamaq üçün daha çox çalışacaq və daha çox ədəbiyyatı onların istifadəsinə verəcəyik. İnanırıq ki,  gələcək nəsillərimiz nə qədər maariflənmiş və oxumuş olsalar, cəmiyyətimizin gələcəyi o qədər işıqlı və aydın olacaq.

       

      • Hits: 53 clicks

      Tecox component by www.teglo.info