Kamran MƏMMƏDOV - CƏHƏNNƏM HALLARI

      Share

      İnsan oğlu bu dünyada iki yolu izləyir. Bu yollardan biri Allaha itaəti ilə bilinən və tutduğu təqva yolunun rəhbəri olan Hz.Adəmin (ə.s) oğlu Habilin yoludur ki, bu yol möminlərin yoludur. 

      İkinci yol isə Hz.Adəmin (ə.s) digər oğlu Qabilin yoludur ki, bu yol imansızların yoludur. Dünyada iki yol olduğu kimi, axirətdə də iki yol var. Bu yollar da dünyada təqib edilən yolların nəticəsidir. Axirətdəki yollar cənnət və cəhənnəmdir. Hər ikisinin insanlara əbədi məskən olacağını mübarək ayələr və hədisi-şəriflər bizə xəbər verir. Mömünlər cənnətdə nemətlərlə mükafatlanacaq, kafirlər isə cəhənnəmdə əzab çəkəcəklər.

      Cəhənnəmin necə bir yer olduğu haqda varid olan bəzi ayə və hədislər bunlardır:

      • Cəhənnəm yüksək divarlarla əhatə olunmuşdur. (əl-Kəhf, 29; əl-İsra, 8)

      Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Cəhənnəmi əhatə edən qalanın dörd ayrı divarı var. Hər divarın qalınlığı qırx illik yoldur”. (Tirmizi, Cəhənnəm, 4)

      -  Cəhənnəmin atəşi üzləri yandırar. (əl-Muminun, 103-104)

      - Cəhənnəm atəş çuxurudur. (əl-Qariə, 8-11)

      Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Cəhənnəmə böyük bir daş atıldı. Bu daş yetmiş il aşağı doğru getsə də, cəhənnəm quyusunun dibinə çatmadı”. (Tirmizi, Cəhənnəm, 2)

      - Cəhənnəm böyük qığılcımlar saçar. (əl-Mursəlat, 32-36)

      - Cəhənnəmin qaynaması uzaqdan eşidilir. (əl-Furqan, 11-14)

      - Cəhənnəm çox geniş və istidir. “O gün cəhənnəmə “Doldunmu?” deyərik. O da “Yenə varmı?” - deyər”. (Qaf, 30)

      Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

      “Yandırdığınız atəş cəhənnəm atəşinin yetmiş hissəsindən biridir. Cəhənnəm atəşi dünya atəşlərinə görə altmış doqquz dərəcə çoxdur. Bunlardan hər birinin hərarəti bunun mislidir”. (Buxari, Bədul-xalq 10; Müslim, əl-Cənnəh və nəiməhə 30(2843); Muvatta, Cəhənnəm 1)

      “Cəhənnəm atəşi min il yandırıldı, qıpqırmızı oldu. Sonra min il daha yandırıldı ağardı. Daha sonra min il yandırıldı, qara və qaranlıq oldu. İndi elədir”. (Tirmizi, Cəhənnəm, 8; Muvatta, Cəhənnəm, 2)

      Cəhənnəmdə əzab növləri:

      Cəhənnəmliklər zəncirə vurulur. (İbrahim, 49-50)

      Cəhənnəmdə yanan dərilər yenilənir. (ən-Nisa, 56)

      Cəhənnəmliklər sütunlara bağlanır. (əl-Huməzə, 1-9)

      Cəhənnəmin yanacağı insanlar və daşlardır. (ət-Tahrim, 6-7)

      Cəhənnəmliklər qaynar suya atılacaqlar. (əl-Mumin, 70-72)

      Cəhənnəmliklər atəşdən libaslar geyinər. (əl-Həcc, 19-22)

      Cəhənnəmliklərin yeməyi zəqqumdur. (əs-Saffat, 62-68; əl-Vaqiə, 51-56) Rəsulullah (s.ə.s) belə buyurur: “Əgər zəqqumdan dünyaya bircə damcı düşsəydi, bu, dünya əhlinin yeməklərini xarab edərdi. Elə isə yemək və içməyi zəqqumdan olan cəhənnəmliklərin halı necə olacaq?! (bir fikirləşin)”. (Tirmizi, Cəhənnəm, 4)

      Cənnətliklərin yedikləri cəhənnəmliklərə haramdır. (əl-Əraf, 50-51)

      Cəhənnəmliklər Allahı görməyəcəklər. (əl-Mutaffifin, 15-17)

      Cəhənnəmdə əzab davamlıdır. (əz-Zuxruf, 77; əl-Əraf, 40)

       Cəhənnəmliklərin ən xəfif əzab görəni. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Cəhənnəmliklərin əzab yönündən ən xəfif olanı ayağında atəşdən bir ayaqqabı və ayaqqabı ipi olan kəsdir ki, ayağındakılar səbəbiylə qazanın qaynaması kimi başında beyni qaynayar. Elə şiddətli bir əzab duyar ki, əzabı ən xəfif olmasına rəğmən özündən daha ağır əzab çəkənin olmadığını zənn edər”. (Buxari, Riqaq, 8; Müslim, İman, 363; Tirmizi, Cəhənnəm, 12)

      Cəhənnəmliklərin dərəcələri. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “(Cəhənnəmliklər dərəcə-dərəcədir). Bir qismi var ki, atəş onun topuğuna qədər, bir qisminin dizlərinə qədər, bir qisminin kəmərinə qədər, bir qisminin də boynuna qədər çatar”. (Müslim, Cənnət, 33)

      Cənnət və cəhənnəmdə ölüm yoxdur. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Cənnətliklər cənnətə, cəhənnəmliklər də cəhənnəmə girdikdən sonra ölüm gətirilər və cənnətlə cəhənnəmin arasında kəsilər. Sonra bir carçı belə nida edər: “Ey Cənnət əhli, artıq əbədiyyət var, ölüm yoxdur! Ey cəhənnəm əhli, artıq əbədiyyət var, ölüm yoxdur! Bununla cənnətliklərin sevinci daha da artar. Cəhənnəmliklərin də üzüntüsü çoxalar”. (Buxari, Riqaq, 50, 51; Müslim, Cənnət, 43)

      Artıq bu həqiqətlər qarşısında qəfləti buraxıb üzərindən keçilməsi müqəddər olan cəhənnəmi və oradakı əzabları dərindən düşünmək lazımdır. Cəhənnəmin o qorxunc əzabını daim qəlbimizdə və zehnimizdə xatırlayaq. Ondan qurtulmaq üçün bütün çarələrə yapışmaq lazımdır. Unutmayaq!  Peyğəmbərimiz (s.ə.s), demək olar ki, hər namazda qəbir əzabından və cəhənnəm əzabından şanı Uca olan Allaha sığınmış və mübarək əshabına da bunu tövsiyə etmişdir. O (s.ə.s), ümmətinə cəhənnəmi unutmamalarını və daim xatırlamalarını öyrətmişdir.

      Rəvayət olunur ki, Allah-Təalaya əsla üsyan etməyən, Allahın özünə verdiyi əmrləri hərfi-hərfinə yerinə yetirən mələklərin böyüklərindən olan Mikayıl (ə.s) cəhənnəm yaradıldığı andan etibarən əsla gülməmişdir. O qorxunc atəşi düşünən biri gülə bilərmi!?

       

      • Hits: 61 clicks

      Tecox component by www.teglo.info