Müşfiq XƏLİLOV - HƏCCİN İSLAMDAKI YERİ

      Share

      İslamın beş təməl əsaslarından biri də həcdir. Həcc: mömin, zəngin, ağıllı, azad, sağlam və yetkinlik yaşına çatan hər müsəlmana fərzdir. Həcci inkar etmək küfrdür. Həccin fərz olmasının səbəbi Məkkə şəhərində yerləşən, müsəlmanların qibləsi olan mübarək Kəbədir. 

      Kəbə tövhid inancını əsas alan İslamın yeganə mərkəzidir. Kəbə, Quran diliylə desək, yer üzündə ilk inşa edilən mübarək Allah evidir. Necə ki, Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə ( özünə zülm etmiş olar), əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir”. (Ali-İmran, 96-97)

      Kəbə Allahın əmrinə tabe olaraq dünyanın hər yerindən gələn - dilləri, irqləri, rəngləri ayrı olan yüz minlərlə müsəlmanın eyni iman, eyni şüur altında ağappaq ehramlar içərisində Allah-Allah nidalarının yüksəldiyi mübarək bir məkandır. Kəbə Hz. Rəsulullahın (s.ə.s): “Allaha and olsun ki (ey Məkkə) sən Allahın ən xeyirli yerisən. (Əgər) səndən (zorla) çıxarılmış olmasaydım, qətiyyən (bu yerdən) çıxmazdım”, - buyurduğu bərəkətli bir torpaqdadır.

      Həcc insan ömrünün zəkatıdır. Malın zəkatı pul ilə, bədənin zəkatı namaz və orucla verildiyi kimi, ömrün də zəkatı həcc etməklə verilmiş olur. Ağappaq kəfəni xatırladan ehramlara bürünən möminlər bu ibadət əsnasında dünyanın fani olduğunu, özlərinin isə əbədi bir həyatın yolçuları olduqlarını daha yaxından hiss edərlər. Həcc insanın günahlardan təmizlənməsinə ən gözəl vasitədir. Həcci şərtlərinə riayətlə yerinə yetirənlərə Allahın Rəsulu bu müjdəni vermişdir:

      “Kim həcc edər, həcci əsnasında ağzından pis bir söz çıxarmaz, günahlara girməzsə, o kimsə anasından yeni doğulmuş kimi günahlardan təmizlənmiş olaraq dönər”. (Buxari, Müslim, Tirmizi, Nəsai, ət-Tac, c. 2, sh. 120.)

      Orada diqqət ediləcək bir çox həssas məqamlar var. Məsələn, həccə gedən bir müsəlmanın Kəbədə yerləşən Həcərül-əsvədi öpməsi sünnə bir əməldir. Ancaq başqalarına əziyyət etmək, insanları itələmək surəti ilə bu sünnəni yerinə yetirmək istəyən kimsə sünnə deyil, əksinə, ən azından məkruh bir iş görmüş olar. Necə ki, bu barədə Hz. Peyğəmbər (s.ə.s) Hz. Ömərə belə buyurmuşdur:

      “Ey Ömər, sən qüvvətli bir insansan; Həcərül-əsvədə yaxınlaşmaq üçün çiyninlə insanları itələmə, zəifləri kənara sıxışdırma! Nə narahat ol, nə də başqalarını narahat et. İzdiham olduğuna görə Həcərül-əsvədə yaxınlaşa bilməsən, aralıdan “əl sürtüb öpmək” işarəsi et, kəlmeyi-tövhid oxuyaraq və təkbir gətirərək keç!”.

      Namaz əsnasında çiyin-çiyinə səf tutan möminlər Həcdə daha toplu və daha geniş bir şəkildə yan-yana gəlirlər. Qəlblər eyni duyğu ilə döyünür, dillər eyni şeyləri təkrarlayır. Fərqli rəng və millətlərdən olan möminlər həqiqi qardaşlığın necə olduğunu həcc əsnasında bir daha göstərirlər. Bu baxımdan bir məşvərət, fikir alış-verişi demək olan həcdə müsəlmanlar bir-birilərinin dərdlərinə şərik çıxmağa çalışır, kədər və sevinclərini birlikdə paylaşırlar.

      Üzərinə fərz olan kimsələrin gecikdirmədən həcc ibadətini yerinə yetirmələri lazımdır. Həccə getməyə hər cür imkanı olduğu halda getməyən kəslər haqqında Hz. Peyğəmbər (s.ə.s) belə buyurur:

      “Hər kim azuqəsi və onu Allahın evi olan Kəbəyə aparacaq bir miniyi olduğu halda həcc ziyarətinə getməzsə, istər yəhudi, istərsə də xristian kimi ölsün, heç bir fərqi yoxdur”. (Heysəmi, III, 241; İbn Hənbəl, I, 28.)

      Pakistanın mənəvi memarı sayılan Muhamməd İqbalın həcdən gələn hacılara söylədiyi o məşhur sözlər bizim üçün çox ibrətvericidir.

      “Ey hacılar! Məscidi-Həramı, Mədineyi-münəvvərəni ziyarət etdiniz. Oradan nə kimi hədiyyələr gətirdiniz? Gətirdiyiniz təkkələr, təsbehlər, səccadələr bir müddət sonra solacaq və köhnələcəkdir. Solmayan, köhnəlməyən, müsəlmanların könüllərinə həyat və hüzur verən hədiyyələr gətirdinizmi? Gətirdiyiniz hədiyyələr arasında: Hz. Əbu Bəkrin təslimiyyəti varmı? Hz. Ömərin ədaləti varmı? Hz. Osmanın comərdliyi varmı? Hz. Əlinin cəsarəti varmı?”

      Bəli, bu gün biz müsəlmanların Məkkədən, Mədinədən gətirilən təkkələrdən, təsbehlərdən, səccadələrdən daha çox Hz. Əbu Bəkrin təslimiyyətinə, Hz. Ömərin ədalətinə, Hz. Osmanın comərdliyinə, Hz. Əlinin cəsarətinə ehtiyacımız var.

      Uca Allah bu şüurla həcc ibadətini yerinə yetirməyi hər birimizə nəsib etsin!

      Müşfiq XƏLİLOV - HƏCCİN İSLAMDAKI YERİ

       

      İslamın beş təməl əsaslarından biri də həcdir. Həcc: mömin, zəngin, ağıllı, azad, sağlam və yetkinlik yaşına çatan hər müsəlmana fərzdir. Həcci inkar etmək küfrdür. Həccin fərz olmasının səbəbi Məkkə şəhərində yerləşən, müsəlmanların qibləsi olan mübarək Kəbədir. Kəbə tövhid inancını əsas alan İslamın yeganə mərkəzidir. Kəbə, Quran diliylə desək, yer üzündə ilk inşa edilən mübarək Allah evidir. Necə ki, Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə ( özünə zülm etmiş olar), əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir”. (Ali-İmran, 96-97)

      Kəbə Allahın əmrinə tabe olaraq dünyanın hər yerindən gələn - dilləri, irqləri, rəngləri ayrı olan yüz minlərlə müsəlmanın eyni iman, eyni şüur altında ağappaq ehramlar içərisində Allah-Allah nidalarının yüksəldiyi mübarək bir məkandır. Kəbə Hz. Rəsulullahın (s.ə.s): “Allaha and olsun ki (ey Məkkə) sən Allahın ən xeyirli yerisən. (Əgər) səndən (zorla) çıxarılmış olmasaydım, qətiyyən (bu yerdən) çıxmazdım”, - buyurduğu bərəkətli bir torpaqdadır.

      Həcc insan ömrünün zəkatıdır. Malın zəkatı pul ilə, bədənin zəkatı namaz və orucla verildiyi kimi, ömrün də zəkatı həcc etməklə verilmiş olur. Ağappaq kəfəni xatırladan ehramlara bürünən möminlər bu ibadət əsnasında dünyanın fani olduğunu, özlərinin isə əbədi bir həyatın yolçuları olduqlarını daha yaxından hiss edərlər. Həcc insanın günahlardan təmizlənməsinə ən gözəl vasitədir. Həcci şərtlərinə riayətlə yerinə yetirənlərə Allahın Rəsulu bu müjdəni vermişdir:

      “Kim həcc edər, həcci əsnasında ağzından pis bir söz çıxarmaz, günahlara girməzsə, o kimsə anasından yeni doğulmuş kimi günahlardan təmizlənmiş olaraq dönər”. (Buxari, Müslim, Tirmizi, Nəsai, ət-Tac, c. 2, sh. 120.)

      Orada diqqət ediləcək bir çox həssas məqamlar var. Məsələn, həccə gedən bir müsəlmanın Kəbədə yerləşən Həcərül-əsvədi öpməsi sünnə bir əməldir. Ancaq başqalarına əziyyət etmək, insanları itələmək surəti ilə bu sünnəni yerinə yetirmək istəyən kimsə sünnə deyil, əksinə, ən azından məkruh bir iş görmüş olar. Necə ki, bu barədə Hz. Peyğəmbər (s.ə.s) Hz. Ömərə belə buyurmuşdur:

      “Ey Ömər, sən qüvvətli bir insansan; Həcərül-əsvədə yaxınlaşmaq üçün çiyninlə insanları itələmə, zəifləri kənara sıxışdırma! Nə narahat ol, nə də başqalarını narahat et. İzdiham olduğuna görə Həcərül-əsvədə yaxınlaşa bilməsən, aralıdan “əl sürtüb öpmək” işarəsi et, kəlmeyi-tövhid oxuyaraq və təkbir gətirərək keç!”.

      Namaz əsnasında çiyin-çiyinə səf tutan möminlər Həcdə daha toplu və daha geniş bir şəkildə yan-yana gəlirlər. Qəlblər eyni duyğu ilə döyünür, dillər eyni şeyləri təkrarlayır. Fərqli rəng və millətlərdən olan möminlər həqiqi qardaşlığın necə olduğunu həcc əsnasında bir daha göstərirlər. Bu baxımdan bir məşvərət, fikir alış-verişi demək olan həcdə müsəlmanlar bir-birilərinin dərdlərinə şərik çıxmağa çalışır, kədər və sevinclərini birlikdə paylaşırlar.

      Üzərinə fərz olan kimsələrin gecikdirmədən həcc ibadətini yerinə yetirmələri lazımdır. Həccə getməyə hər cür imkanı olduğu halda getməyən kəslər haqqında Hz. Peyğəmbər (s.ə.s) belə buyurur:

      “Hər kim azuqəsi və onu Allahın evi olan Kəbəyə aparacaq bir miniyi olduğu halda həcc ziyarətinə getməzsə, istər yəhudi, istərsə də xristian kimi ölsün, heç bir fərqi yoxdur”. (Heysəmi, III, 241; İbn Hənbəl, I, 28.)

      Pakistanın mənəvi memarı sayılan Muhamməd İqbalın həcdən gələn hacılara söylədiyi o məşhur sözlər bizim üçün çox ibrətvericidir.

      “Ey hacılar! Məscidi-Həramı, Mədineyi-münəvvərəni ziyarət etdiniz. Oradan nə kimi hədiyyələr gətirdiniz? Gətirdiyiniz təkkələr, təsbehlər, səccadələr bir müddət sonra solacaq və köhnələcəkdir. Solmayan, köhnəlməyən, müsəlmanların könüllərinə həyat və hüzur verən hədiyyələr gətirdinizmi? Gətirdiyiniz hədiyyələr arasında: Hz. Əbu Bəkrin təslimiyyəti varmı? Hz. Ömərin ədaləti varmı? Hz. Osmanın comərdliyi varmı? Hz. Əlinin cəsarəti varmı?”

      Bəli, bu gün biz müsəlmanların Məkkədən, Mədinədən gətirilən təkkələrdən, təsbehlərdən, səccadələrdən daha çox Hz. Əbu Bəkrin təslimiyyətinə, Hz. Ömərin ədalətinə, Hz. Osmanın comərdliyinə, Hz. Əlinin cəsarətinə ehtiyacımız var.

      Uca Allah bu şüurla həcc ibadətini yerinə yetirməyi hər birimizə nəsib etsin!

       

      • Hits: 122 clicks

      Tecox component by www.teglo.info