Həyata Fərqli Baxiş / Nurlan MƏMMƏDZADƏ

      Share

      Bəlkə yağışlı havada maşınla işə gedənlərə baxıb həsəd aparmaqdansa, rəhmət damlaları altında, təmiz havada yeriməkdən zövq alsaq hər şey daha fərqli olar.

      Zəngin bir adam öz oğluna sahib olduqları ehtişamlı həyat tərzini göstərmək üçün onu bir kəndə göndərir. Kəndlilərin yaşayış tərziylə öz həyat tərzini müqayisə edərək nə qədər var-dövlətə sahib olduğunu dərk etmək üçün göndərilən oğul bir neçə gündən sonra geri qayıdır. Varlı ata soruşur:

      - Oğlum, oralar necə idi?

      Oğul isə cavab verir:

      - Ata, orada yaşayanlar bizdən çox zəngindir. Onun bu sözlərinə təəccüb edən atası çaşqın nəzərlətlə ona baxarkən sözünə belə davam edir:

      - Ata, bizim villanın həyətyanı sahəsi filan êvàdràtmetr, onlarınkı isə hüdudsuzdur. Bizim qəfəsdə iki quşumuz olduğu halda kənddə yaşayanların onlarla toyuğu, hindisi var, hələ böyük mal-qaralarını demirəm. Bizim tavanımızı bu çilçıraqlar işıqlandırır, amma onların başı üstündə bərq vuran milyonlarla ulduz var...

      Bu kiçik hekayə həyata baxış tərzini ortaya qoyur. Həyat öz müxtəlifliyi ilə bəzən bizə fərəh, bəzənsə kədər gətirir. Həyatdan zövq almaqsa insanın özündən asılıdır. Biz istəsək də, istəməsək də həyat davam edir. Əslində bizi xoşbəxt, ya da bədbəxt edən amil, baş verənlər dåyil, înlàrà baxış tərzimizdir. Bəzən həsəd apardığımız varlı insanların heç də düşündüyümüz kimi xoşbəxt olmadığını görürük. Bir zamanlar Rusiyada yaşayan azəri milyonçunun televiziya vasitəsilə söylədikləri diqqətimi çəkmişdi. Deyirdi ki: “Siz çox xoşbəxt adamsınız ki, istədiyiniz vaxt, gecənin yarısında, səssiz küçələrdə sərbəst gəzə bilirsiniz.” Həqiqətən belə deyilmi? Bəlkə yanındakı cangüdənləri ilə səksəkəli həyat sürənlərə həsəd aparmaqdansa, həyatdà sərbəst yaşamaqdan zövq almaq daha yaxşıdır. Əslində hər kəsin öz həyatından zövq alması öz əlindədir. Qərbin dahi Şekspiri deyirdi ki: “Həyatda heç nə yaxşı, ya da pis deyildir. Bizim düşüncələrimiz onları yaxşı, ya da pis edər.” Həyatdan zövq almağın sirri hadisələrə baxış tərzimizdə gizlidir. İmam Şafi şerində belə deyir:

       

      “Qoy günlər (həyat, zaman) istədiyini etsin,

      Sən nəfsini (daxili aləmini) pozma, çünki hər şey qədərdir!”

       

      • Hits: 696 clicks

      Tecox component by www.teglo.info