155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Ülvi MƏMMƏDOV- HƏYAT DƏFTƏRİNDƏN

      Share

      MİNBƏR HEKAYƏSİ

      Bağdadda məşhur bir dülgər vardı. Ömrünün sonuna yaxın gözəl bir minbər düzəltmişdi. Sədəf işləmələrlə bəzədilmiş,

       qoz ağacından minbər  gözəlliyi ilə görənləri heyran edirdi. Minbərin ad-sanı dillərdə dastan oldu. Bağdada kim gəlsə dülgərin yanına gedib “bu minbəri bizə sat, filan məscidə aparaq”,- deyirdi. Onunsa bir cavabı vardı: “Bu minbər Məscidi-Əqsanı bəzəyəcək”. Bu cavabı alanlar mat qalırlar: axı Qüds xaçlıların işğalı altındadır. Dülgərsə hər səfərində eyni cavabı verir: “Mən dülgərəm, əlimdən bu gəlir. İşim ağacdan minbər yonub düzəltməkdir. Bir igid də çıxıb Qüdsü geri alsın, minbəri məscidə yerləşdirsin”.

      Bu minbər hekayəsi bütün şəhərlərə yayılır. Hər kəs minbərin gözəlliyini birə-beş qatıb danışarkən, 7-8 yaşlarında bir uşaq da danışılanlardan nəsibini alır. Amma o, əsərin gözəlliyindən çox onu ərsəyə gətirənin vəsiyyətinə diqqət kəsilir. Aradan qırx il keçir, həmin minbər lazımi yerinə, Məscidi-Əqsaya yerləşdirilir. 7-8 yaşlarındakı uşaq isə Səlahəddin Əyyubi deyə qəhrəmanlıq və igidliklə dillərə dastan olur.

       

       

      HƏYAT NƏDİR?

      Həyatımız qəribəliklərlə doludur. Kiçik uşaq “Böyük uşaq olduğum zaman” deyir. Bu nə deməkdir? Böyük uşaq “Böyüdüyüm zaman”, böyüyəndə “Evləndiyim zaman” deyir. Evləndikdən sonra da “təqaüdə çıxandan sonra” deyə düşünür. Təqaüdə çıxdıqdan sonra da çevrilib gəldiyi yollara baxır və o günlərdə heç nədən istifadə etmədiyi üçün təəssüf edir. Həyat, yaşadığımız andadır, hər günün özündədir. Fəqət bunu çox gec öyrənirik.

      Stepken Leacock

       

       

      BOYKOT

      İngiltərə tarixində yüzbaşı Charles Cunnigham Boycott adlı bir nəfər olub. Bu adam təqaüdə çıxdıqdan sonra İrlandiyanın Moyo bölgəsində geniş əraziləri olan bir ağanın vergi toplayanı oldu. Ağa İngiltərədə otururdu. 1880-ci ildə havalar pis keçdiyi üçün kəndlilər pis vəziyyətə düşdülər və hətta əllərində gələn il əkmək üçün saxladıqları taxılı belə yedilər. Lakin Boycott kəndlilərin ağaya olan borclarını son qəpiyinə kimi ödəmələrini tələb edib, onların malını müsadirə etməyə çalışırdı. Bunun əvəzində isə kəndlilər Boycotta qarşı tədbir almağa başladılar. Onun İngiltərədən gələn məktublarını çatdırmadılar, evindəki ərzağı oğurladılar və bu kimi hərəkətlərlə onu narahat etməyə başladılar. Vəziyyətin pisləşdiyini görən Boycott son çıxış yolunu İngiltərəyə qaçmaqda tapdı. Məhz bu gün dilimizdə işlənən boykot sözü yüzbaşı Boycotta qarşı həyata keçirilən bu hərəkatla əlaqəlidir.

       

       

      ƏDƏB

      Sultan Əhməd öz camesini altı minarəli tikdirən kimi Rəsulullah (s.ə.s)-ə olan hörmətə görə Məscidi-Nəbəviyə də bir minarə əlavə etdirmişdi. (İlber Ortoylu, Osmanlını yenidən kəşf etmək, səh-105)

      Babalarımız ədəb, həya və namus mövzusunda bütün dünyanı heyran edən möhtəşəm bir əxlaqi həssaslıq nümayiş etdiriblər. Necə ki, son dərəcə təəssübkeş bir protestan keşişi olan Salomon Schweigger, “Seyatofriomes”ində müsəlmanlar haqqında danışarkən belə demişdir:

      “Bu adamlar hamamda belə bir örtüyə bürünürlər. Nə qədər də ədəbli insanlardır. Bu ədəb və namusu bu barbarlardan (vəhşilərdən) öyrənməliyik” (İlber Altaylı, Osmanlını yenidən kəşf etmək, səh-88)

       

       

      ALLAH İLƏ ARAN NECƏDİR?

       

      İkinci Dünya Müharibəsinin ən şiddətli və təhlükəli zamanları idi. Almanlar Balkan yarımadasını və Yunanıstanı işğal etmişdilər. Hamı Türkiyənin də işğal olunacağından qorxurdu. Qəzetlər bu xəbərlərlə dolu idi. Bir sözlə millət böyük təlaş və təşviş içində idi. Bəhri Yücəər yenə də rəsmi işi ilə əlaqədar olaraq Ankaraya getmişdi. Adəti üzrə işini bitirən kimi Mahmud Yazarı da ziyarət etməyə fürsət tapdı. O da öz növbəsində Bəhri Yücəəri qəbul etdi. Söhbət başladı. Bəhri Yücəər söhbət əsnasında bir sual verdi:

      - Əfəndim, Alman ordularının Türkiyəni işğal edəcəyi ilə bağlı yayılmış bir fikir, təlaş var. Hamı təhlükənin həyəcanını yaşayır. Siz nə düşünürsünüz?

      Mahmud Yazar bir anlıq susdu və sonra suala sualla cavab verdi:

      - Bəhri əfəndi, oğlum, Allah ilə aran necədir?

      - Yaxşı sayılır, əfəndim.

      - Elə isə təlaşa düşəcək bir şey yoxdur, əfəndim!

      Tam bir təslimiyyət və təvəkkül...

      • Hits: 490 clicks

      Tecox component by www.teglo.info