Saleh Şirinov -ZƏMZƏM MÖCÜZƏSİ

      Share

      Zəmzəm - Həmzə, Tayyibə, Tahirə, Şarabul-Əbbar olaraq da bilinən, Məkkədə Hərəmi-Şərifdə olan quyu və bu quyunun müsəlmanlar tərəfindən müqəddəs sayılan suyudur.

      Həcc vəzifəsi yerinə yetirilərkən, vida təvafından və iki rükət namazdan sonra Kəbəyə baxaraq zəmzəm içmək və bu sudan öz üstünə tökmək sünnədir. Şəfaverici xüsusiyyətinə dair deyilənlər zəmzəmə daha böyük əhəmiyyət verilməsinə yol açmışdır. Bu səbəblə hacılar Məkkədən ayrılarkən yaxınlarına hədiyyə vermək üçün özləri ilə zəmzəm aparırlar. Ziyarətə gələnlərə ikram edilən zəmzəm  üzüqibləyə, ayaq üstə və bismillah deyilərək içilir.

      Zəmzəm quyusunu bəsləyən üç ana qaynağın olduğu təxmin edilir. Bunlardan birincisi Həcəri-Əsvəd, ikincisi Əbu Qubeys və Səfa təpəsi, üçüncüsü isə Mərvə təpəsi tərəfindən gələn axıntıdır.

      Müqəddəs görülməməklə birlikdə zəmzəm suyunun bir şəfa və bərəkət qaynağı olduğu ifadə edilir. Bu mövzuda bir çox rəvayət zikr edilməkdədir. Mövzuyla əlaqədar olaraq Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: “Zəmzəm suyu hansı niyyətlə içilsə, onun üçündür; şəfa niyyəti ilə içənə Allah-Təala şəfa verər”.[1]

      Zəmzəmin eyni zamanda qızdırmanı saldığı da rəvayət olunur. İbn Abbas qızdırmalı bir xəstəliyə tutulan Əbu Cəmrə əd-Dubəiyə belə deyir: “Bu xəstəliyini zəmzəm suyu ilə sərinlət! Çünki Rəsulullah (s.ə.s) “Yüksək hərarət cəhənnəmin şiddətli istisindən bir parçadır. Siz onu su ilə (yaxud zəmzəm suyu ilə) sərinlədin!” - buyurdu”.[2]

      Bəzi rəvayətlərdə izah edildiyinə görə Hz. Peyğəmbərin qəlbi zəmzəmlə yuyulmuş, iman və hikmətlə doldurulmuş və mənəvi kirlərdən təmizlənmişdir.[3]

       

      ZƏMZƏMİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

      Heç bir suda görülməyən xüsusiyyətlərə malik zəmzəmin özünəməxsusluqları: [4]

      ü  Amerikada aparılan test nəticələrinə görə tərkibində mikroorqanizm və bakteriya saxlamayan yeganə su zəmzəmdir.

      ü  Qərbdə aparılan laboratoriya analizlərinə görə zəmzəm digər sulara nəzərən daha az kükürd ehtiva edir.

      ü  Digər sulara nisbətlə mineralla daha zəngindir, bu səbəblə daha qidalandırıcıdır.

      ü  Acsınızsa aclığınızı, susuzsunuzsa susuzluğunuzu aradan qaldıran yeganə sudur. (Əbu Zər həzrətləri bu həqiqəti təcrübə etmişdir. İki ay boyunca yalnız zəmzəm ilə dolanmış, hətta çəkisinın artdığı görülmüşdür.)

      ü  Yüksək kalsium və maqnezium duzu ehtiva etməsi səbəbi ilə yorğun insanların yorğunluğunun keçməsini təmin edir.

      ü  Alman kimyaçıların apardığı tədqiqata görə adi bir su ilə qarışdırıldığı zaman qatıldığı suyu mayalayaraq onu da zəmzəmə çevirir.

      ü  Zəmzəm araşdırma mərkəzinin qeydlərinə görə zəmzəm quyusundan saniyədə 8.000 litr su çəkilir. Bu, gündə 691milyon 200 min litr zəmzəm deməkdir. 24 saat boyunca su çəkilib, 11 dəqiqə fasilə verdikdə quyu əvvəlki halına gəlir.

      ü  Su kristalları üzərinə mikroskop altında araşdırmalar aparan yapon elm adamı Dr. Masaru Emotu zəmzəm üzərində apardığı araşdırmaların nəticəsində bunları söyləyir: “Zəmzəmdə böyük bir enerji var. Başqasını dəyişdirər, amma özü dəyişməz. Zəmzəmin kristal nizamı və quruluşu çox fərqlidir; kilsə zəngi eşitdikdə qaralır. Hər bir kristalın Kəbeyi-Müəzzəməyə bənzəyən bir quruluşu var. Qurani-Kərim və azan sədaları altında daha parlaq olduğunu və aydınlaşdığını kəşf etdim. Fiziki və kimyəvi xüsusiyyətləri baxımından yer üzündəki bütün sulardan fərqlidir. Ətrafında cərəyan edən bütün dəyişiklikləri yaddaşında saxlayır. Quruluşu çox fərqlidir. Bu, onu dünyadakı digər elementlərin şahı edir”.[5]

      Zəmzəm haqqında bir aşadırma da alman elm adamı Dr. Kunt Pfeifferə aiddir. Ren çayının suyundan içən adamın enerjisinin azaldığını təyin edən Dr. Kunt Pfeiffer sular üzərində araşdırma aparakən bir şəkildə zəmzəm suyundan bir miqdar tapır və içir, 35 dəqiqə sonra da rahatladığını hiss edir.

      Araşdırmasını dərinləşdirən elm adamı təəccübləndirici bir həqiqətlə qarşılaşır. O, deyir; “Su heç bir şərt altında dəyişmir, amma dəyişdirir. Çox əcaib bir təcrübəm oldu. Bir damla zəmzəm suyuna yüz damla sadə su qarışdırdım. Nəticədə gördüm ki, suyun hamısı zəmzəmə çevrilib.

      Sonra bir damla zəmzəmə min damla sadə su qarışdırdım. Və yenə gördüm ki, hamısı zəmzəmə çevrilib. Bunun səbəbi nədir, nə üçün? Zəmzəmdə elə bir enerji var ki, başqasını dəyişdirir, amma özü dəyişmir”.

       

      ZƏMZƏM QAYNAQLARI QURURUYURMU?

      Son vaxtlarda Məscidi-Haram ətrafındakı inşaatlardan ötəri zəmzəm qaynaqlarının quruduğu iddia edilmişdi. Zəmzəm qaynaqlarının quruduğu iddialarına keçdiyimiz illərdə cavab verən Məkkə Bələdiyyə sədri Usamə əl Bar, zəmzəmin Allah-Təalanın müsəlmanlara bir neməti olduğunu xatırlatmış və belə demişdir: “Məkkənin susuz qaldığı, yeraltı sularının quruduğu dövrlərdə belə zəmzəmin səviyyəsində heç bir azalma olmadı. Zəmzəm quyusundan nə qədər çox su çəksəniz, yerinə bir o qədər əlavə olur. Azalmadan söhbət belə gedə bilməz”.

       


      [1] İbnul-Mulaqqin. (1405/2004). əl-Bədrul-munir (nşr. Mustafa Əbul-Gayz vd.), Riyad: Darü'l-hicrə, VI, 302. dis ilə əlaqədar olaraq Hakim ən-Nisaburi, Carudi xaricində disin hih olduğunu ifadə edər (əl- stədrək, Beyrut: Darul-kutubil-ilmiyyə, 1411/1990, I, 646)

      [2] Buxari, Bədu'l-halq, 10

      [3] Müslim, İman, 264; Tirmizi, Təfsirul-Quran, 94

      [4] Osman Nuru Topbaş, Yüzakı Jurnalı, Sentyabr 2014

      [5] Kamal ÖZER, Hansı Suyu İçməli?, s. 55-56

       

      • Hits: 621 clicks

      Tecox component by www.teglo.info