Rüfət ŞİRİNOV - İslamda Həmrəylik Şüuru

      Share

      İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. Dini nöqteyi-nəzərdən fərdi yaşantı əhəmiyyət kəsb etdiyi qədər, ictimai həyat da önəmlidir. Fərdi nizam-intizam ictimai asayiş deməkdir.  Bu anlayışa əsasənxoşbəxtlik və gücün yolu insanlar arasındakı həmrəylikvə birlikdən keçir.İslam dini həmrəng olmağa deyil, həmrəy olmağa, yəni eyni duyğuları paylaşmağa çağırır.

      “Şübhəsiz ki, bütün möminlər qardaşdır” (əl-Hucurat,10)  ayəsinin məqsədi də məhz bu anlayışı təsis etməkdir. İslam dinində din qardaşlığı qan qardaşlığından daha dəyərlidir. Bunun ən gözəl nümunəsi də Hz. Peyğəmbərin təsis etdiyi “üxuvvət” (qardaşlıq) müəssisəsidir. Bu anlayış əsasında hər məkkəli bir mədinəli ilə qardaş elan edilmiş və bütün mülkləri ikiyə bölünərək paylaşılmışdı. Nəticədə həm mənəvi, həm də maddi birlik təsis edilərək güclü bir cəmiyyət və dövlət qurulmuşdu. İctimai vəhdət məhz bu dövrdə kulminasiya nöqtəsinə çatmışdı. Hz. Peyğəmbərin (s.ə.s) müvəffəq olmasındasəhabələr arasında yaydığı həmrəylik şüurunun danılmaz yeri vardır.

       Bütün dünyəvi sistemlər fərdiyyətçilik əsası üzərinə bina edilmişkən, İslam “Yaradılanı yaradana görə sevmək” əsası üzərinə bina edilmişdir. Dünyəvi birlik bəzi mənfəətlər üzərinə qurulmuşkən, dini birlik isə mənəvi dəyərlər üzərinə qurulmuşdur. Məhz buna görə də mənəvi qardaşlığın və dostluqların digərlərinə görə daha sağlam və real əsaslar üzərinə qurulduğunu ifadə etsək yanılmarıq. İslamın həmrəyliyə verdiyi əhəmiyyəti anlayan hər bir şəxs  Peyğəmbərimizin (s.ə.s)“Özü üçün istəmədiyini müsəlman qardaşı üçün istəyən şəxs kamil mömin ola bilməz”(Buxari, İman 7)hədisini daha düzgün anlayar və onun əsasında yaşayar.

      Hər fürsətdə birlik və bərabərliyə, qısacası, həmrəyliyə diqqət çəkən Peyğəmbərimizin(s.ə.s)  bu hədisini, xüsusilə günümüzdə hər kəsin məqsədinə müvafiq şəkildə anlamasına ehtiyac vardır: “Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmət etməkdə və bir-birilərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və qızdırmalı xəstəliyə tutularlar”. (Buxari, Ədəb 27; Müslim, Birr 66)Bu hədis məhz həmrəyliyə diqqət çəkir. İslam dini bütün müsəlmanları bir vücuda bənzədərək onları birlik halında olmağa dəvət edir. Birlikdə rəhmət olduğu kimi, ayrılıqda da fəlakət vardır. Müsəlmanların bir-birilərindən ayrılması düşmən güclərinin onları parçalayıb bölmələrinə və istədikləri kimi onları müstəmləkəyə çevirmələrinə köməklik göstərəcəkdir. Uca Allah Qurani-Kərimdə bu fəlakəti belə vurğulamışdır: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali İmran, 103;ayrıca bax:ən-Nisa 146, 175;əl-Həcc, 78 vəs.)Buna nail olmaq göründüyü qədər bəsit olmamaqla yanaşı imkansız da deyildir. Bunun üçün fərdiyyətçiliyin ən zirvə nöqtəsindəolduğu cahiliyyə ərəblərini ictimailəşdirən Peyğəmbərimiz Həzrət Muhammədin (s.ə.s)  həyatını incələmək və ondan dərs almaq kifayətdir. Həyatın hər sahəsində sözünü söyləmiş İslam Peyğəmbərinin müsəlman dünyasına ərməğan etdiyi ən önəmli əsaslardan biri də “birlik” və “həmrəylik”dir.

      Dünyamızda müsəlmanların əzilməsinin və müsəlman coğrafiyasında gedən müharibələrinsəbəblərindən biri də məhz aralarında həmrəyliyin olmamasıdır. İslam dünyası bugünkü  dünyada, əsrlər əvvəl olduğu kimi,öz sözünü demək istəyirsə mütləq şəkildə həmrəy olmaq məcburiyyətindədir. Yuxarıda qeyd olunan hədisdə ifadə edilən vücud birliyinin meydana gəlməsi üçün rəng, irq, millət fərqi qoymadan duyğu birliyinin təsis edilməsi vacib amildir. Zaman birlik və dirilik zamanıdır.

      Yeri gəlmişkən ifadə edək ki,  İslam ədəbiyyatında həmrəylik kəlməsinin sinonimi kimi, “Kitab (Qurani-Kərim) və Sünnəyə (Peyğəmbər tətbiqatına) bağlılıq mənasına gələn “etisam” terminindən də istifadə edilmişdir. Hədis əsərlərinin böyük əksəriyyətində bu bölüm özünəməxsus yerini almışdır.  İslam dini həmrəyliyə o qədər əhəmiyyət vermişdir ki, bu barədə xüsusi əsərlər qələmə alınmış və hər fürsətdə müsəlmanların diqqəti bu mövzuya cəlb edilmişdir. Hz. Peyğəmbərin (s.ə.s):“Əsla məndən sonra əvvəlkipis adətlərinizə dönməyin və bir-birinizin boynunu vurmayın”(Buxari, Elm, 43)  ifadələri günümüzdəki ayrılığa necə də gözəlişarə edir.

      Hz. Peyğəmbərin (s.ə.s) hədislərinə riayət etmək Allahın əmridir. Elə isə,“müsəlmanam” deyən hər bir şəxs bu hədisi anlayıb ona görə əməl etmək məcburiyyətindədir: “Bir-birinizə həsəd aparmayın! Müştəri qızışdırmaq üçün almayacağınız malın qiymətini artırmayın! Bir-birinizə kin tutmayın! Bir-birinizə arxa çevirməyin! Birinizin satışı üzərinə digəriniz satış etməsin! Ey Allahın qulları, qardaş olun! Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm və haqsızlıq etməz. Köməyi əskiltməz və onu kiçik görməz”. Peyğəmbər üç dəfə sinəsinə işarə edərək belə buyurdu:“Təqva bax buradadır. Bir kimsəyəşər olaraq bir müsəlmanı xor görməsi kifayətdir. Hər müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır!”.(Müslim, Birr, 32)

      Allahın ipinə bərk sarılaraq ümmət şüurunu yaşaya bilən möminlərdən ola bilmə təmənnaları ilə...

      • Hits: 711 clicks

      Tecox component by www.teglo.info