Azərbaycan Şairlərindən Vətən Və Vətənsevərliyi Tərənnüm Edən Şeirlər... / Dr. Şahin Əhmədoğlu

      Share

      Vətənsevərlik torpağı, doğulub boya-başa çatdığın ölkəni sevmək və onun uğrunda bütün çətinliklərə dözməkdir əslində. Azərbaycanda bu gün bəlkə də ən çox ehtiyac duyulan məsələlərdən biri vətənsevərlikdir.

       Kifayət qədər dərk edilmədiyi üçün vətənsevərlik anlayışı müxtəlif cür yozumlara məruz qalmışdır. Biz bu yazımızda daha çox Azərbaycan şairlərinin bu mövzudakı şeirlərindən nümunələr verərək vətənsevərlik anlayışını izah etməyə çalışacağıq.

      Şairlərimizin yaradıcılığına nəzər yetirəndə vətən və vətənsevərliyi  tərənnüm edən şeirlərin minlərlə olduğunu görərik. Əsrlər əvvəl Azərbaycanın dàhi şàiri Nizami Gəncəvinin vətən haqqındakı iki misràlıq şeiri özündə böyük bir məna əks etdirir:

      Vətəni namusla olur saxlamaq,

      Onunla ucalır dövlət və bayraq.

       

      Məhəmməd Füzulinin şeiri də çox dərin məna ifadə edir:

       

      Edəməm tərki Füzuli səri kuyin yarım

      Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim!

       

                  Vətən və vətənpərvərlik daha geniş şəkildə Abbas Səhhətin “Vətən” şeirində tərənnüm edilmişdir. Şeir belədir:

      Könlümün sevgili məhbubu mənim,

      Vətənimdir, vətənimdir, vətənim!

      Məni xəlq eyləmiş əvvəlcə Xüda

      Sonra vermiş vətənim nəşvü-nüma

      Vətənim verdi mənə nanü-nəmək,

      Vətəni məncə unutmaq nə demək?

      Anadır hər kişiyə öz vətəni,

      Bəsləyib sinəsi üstündə onu.

      Südüdür kim dolanıb qanım olub,

      O mənim sevgili cananım olub.

      Bəslərəm gözlərim üstə onu mən,

      Ölərəm əldən əgər getsə vətən.

      Vətən əcdadımızın mədfənidir,

      Vətən övladımızın məskənidir.

      Vətəni sevməyən insan olmaz.

      Olsa da, ol şəxsdə vicdan olmaz!

       

      Şair şeirində vətən və vətənsevərliyin bütün cəhətlərini göstərməyə çalışmışdır. Ona görə vətən həm sevgili, həm duz-çörək, həm də anadır. Ànanın verdiyi südün qana çevrilərək bütün bədəni dolaşması da vətənlə müqayisə edilir.  Vətən anadır, ana isə müqəddəsdir. Demək ki, vətən də müqəddəsdir.    

      Vətən sevgisini ifadə edən, amma bunun kifayət etmədiyini göstərən şeirlər də ədəbi yaradıcılığımızda əsas yer tutur. Cabir Novruz “Vətən əbədi qoruqdur...” adlı şeirində məhz bunu oxucuların diqqətinə çatdırır. Beləliklə, “mən vətəni sevirəm” deməklə hər şeyin həll olunduğunu düşünmək hələ kifayət deyildir. 

      Vətəni sevmək azdır,

      Onu qoruman gərək.

      Vətənim demək azdır,

      Vətənin olmaq gərək.

       

      Onun əvəzi olmur,

      O hər kəsdən irəli.

      Gözdən əzizi olmur,

      Vətən gözdən irəli…

       

      O keçməz əldən-ələ,

      O əbədi diləkdir.

      Qara tikanı belə 

      Yenə vətən deməkdir…

       

      Fərqi yoxdur azca da,

      Ya kiçik yalı getdi,

      Ya bir quru ağacı,

      Ya bir mahalı getdi…

       

      O daimi namus, ar,

      O əbədi qoruqdur.

      Ürkək quş kimi uçar,

      Onu əldən buraxdın…

       

      Bilir ərlər, ərənlər

      Vətənə tay olmayır,

      Ömürdən pay verərlər,

      Vətəndən pay olmayır.

       

      Məşhur Azərbaycan şairlərindən Əhməd Cavad həm Azərbaycanın milli himninin sözlərini yazmış və həm də “Azərbaycanım” adlı şeiri ilə vətənin torpağına, suyuna valeh olduğunu bəyan etmişdir: 

       

      Torpağına can demişəm!

      Suyuna mərcan demişəm!

      Canımı qurban demişəm!

      Ey gözüm, canım! Azərbaycanım!

       

      Qarabağında şux bülbülün var.

      Ondan da gözəl şirin dilin var.

      Türküstan kimi böyük elin var.

      Ey gözüm, canım! Azərbaycanım!

       

      XX əsr Azərbaycan üçün 20% torpaqlarının işğalı ilə yadda qalmışdır. Bu işğal bu gün də davam edir. Böyük şair Məmməd Araz poeziyası Azərbaycan əsgərlərinə  vətən torpağını qorumağı, qorxmamağı, hünərli, mərd olmağı öyrədir. Şairin yaratdığı ölməz əsgər obrazı düşmənlə döyüşdə qələbəyə inam yaradır:

       

      Son atəş də, son zərbə də səninkidir,

      Oğul əsgər, əsgər oğul-mərd igiddir,

      Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;

      Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür.

       

      Mərhum Həsən Bəy Zərdabinin bu ritorik kəlamı dà bizim üçün əsl ibrətdir: “Sən özünü o vaxt xoşbəxt hesab edə bilərsən ki, millətin üçün etdiyin işlərə görə əvəz gözləməyəsən”. 

       

      Bütün bunlarla yànàşı vətən və vətənsevərliyi bu kəlmələrlə də ifadə etmək mümkündür:

       

      Vətənsevərlik - vətən üçün çalışmaqdır.

      Vətənsevərlik - vətən üçün vuruşmaqdır.

       

       

       

      Vətənsevərlik - vətən üçün şəhid olmaqdır.

      Vətənsevərlik - vətən üçün dözümlü olmaqdır.

      Vətənsevərlik - vətən üçün ölməkdir, öldürməkdir!

      Vətənsevərlik - vətəni qorumaqdır.

      Vətənsevərlik -  elə Vətəndir!

       

      ALLAH

       

      Aləmlər yaratdın sirli soraqlı,

      Pərgarı yenilməz qüdrətdir Allah.

      Bəşərin dərdindən ucada duran,

      Bu qurğu, bu büsat heyrətdir Allah.

       

      Alovlar qoynunda duman duruldu,

      Üstündə sütunsuz mağar quruldu,

      Yerin varlığına möhür vuruldu,

      Əşrəfi, əyanı xilqətdir Allah.

       

      Yaratdığın günəş bir sönməz ocaq,

      Ulduzlar qorunda yanan şam-çıraq,

      Cənnət xəlq eylədin axirətdə ancaq,

      Elə bu dünyada cənnətdir Allah.

       

      Camalın görünməz yazın pozulmaz,

      Cəlalın şövqündə eşqin yozulmaz,

      Səcdənə əyilən qalxar yorulmaz,

      Məramın nə böyük nemətdir Allah.

       

      Gəlsə idə neçə min peyğəmbər əzəl,

      Həzrəti Muhəmməd bulundu əfzəl,

      Quran nazil oldu nə gözəl, gözəl,

      Bu hikmət ilahi qismətdir Allah.

       

      • Hits: 1016 clicks

      Tecox component by www.teglo.info