Vətənin Vətənpərvər Qizi / Rövşən Qəniyev

      Share

      Onun haqqında çox eşitmişdim. Hətta onun qəhrəmanlığı, şücaəti və mərdliyindən hər dəfə söz düşəndə bir qadının bu qədər  vətənpərvərliyi, torpaq sevgisi və vətən uğrunda göstərdiyi qəhrəmanlıqlar 

      bir kişi kimi həmişə məni utandırmışdı. Və həmişə də bu qəhrəmanlıq abidəsini şəxsən görüb onunla Qarabağ uğrunda döyüşlər haqqında, qarış-qarış gəzdiyi və xəyalında min bir xatirəsi yaşayan itirilmiş torpaqlarımızın gözəllikləri barəsində söhbət aparmağı arzulamışdım. Nəhayət, “IRFAN” curnalının bu sayının vətən sevgisinə, milli birliyimizə həsr olunduğunu nəzərə alaraq, Qarabağ döyüşlərində iştirak etmiş I dərəcəli kapitan və Azərbaycanın ilk səhra hospitalının həkimi Məleykə Əhmədova ilə söhbət aparıb, curnalımızın Portret rublikası üçün bir yazı hazırlamaq qərarına gəldiê. Məleykə xanımla görüşümüzü Azərbaycan Respublikası  Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev təşkil etdi.

      Məleykə xanım qardaşı milli qəhrəman Kamandar Əhmədovun adını daşıyan küçədə yerləşən, təxminən ötən əsrin əllinci illərində tikilmiş ümumi həyətli iki mərtəbəli köhnə bir binada yaşayır. Anası ilə iki otaqlı bu köhnə evdə yaşayan  Məleykə xanımın ziyarətinə bu gün eyni zamanda hərbiçi-həkim dostları, cəbhə yîldàşları da gəlmişdi. Bir vaxtlar cəbhə bölgəsində,  ən qaynar döyüşlərdə iştirak etmiş, neçə-neçə qəhrəman Azərbaycan övladının yaralarını sarmış Məleykə xanım artıq beş aydan çoxdur ki, yatağa məhkum olmuşdur. Elə biz gedəndə də cəbhədə çiyin-çiyinə çalışdığı həkim yoldaşları ona bir milli qəhrəmanın həyat yoldaşı îlàn bir xanımın qanını köçürürdülər.

      Məramımızı înà yetirdik. Məleykə xanım çox sevindi, gözyaşlarını gizlədə bilmədi. “Zalım fələk”- dedi, “Mən həsrəti ilə yandığım o cənnət Qarabağımı bir daha görməməkdən qorxuram, ölümdən deyil!”... Görünür, amansız xəstəlik bu qəhrəman qadının  yaşamaq ümidlərinə də irşələr atmışdır.

      Damarlarına qan köçürülərkən biz söhbətə başladıq...

      Qədim oğuz yurdu olan Qərbi Azərbaycanda, Allahverdi (Tumanyan) bölgəsinin Böyük Ayrım kəndində dünyaya gələn Məleykə xanım 1988-ci ilin noyabr ayında deportasiya olunduğu yurdun ağrısını içində çəkə-çəkə yenidən o yerlərə qayıtmaq inamı ilə yaşayır. Yeri gəlmişkən, qəhrəmanımızın ilk adı (9-cu sinifə qədər) Səmayə olmuşdur. Məleykə adını isə ona el təbibi, Oğuz ağsaqqalı, gün-güzəranı dağlarda, yaylaqlarda keçən ovçu babası Əli kişi ceyran ovuna çıxarkən çeşmə başında gördüyü ecazkar yuxusundan sonra qoymuşdur. Elə buna görə də Məleykə özünə “Səma” təxəllüsünü seçmiş və Məleykə Səma adı altında yazıb-yaratmış, sənət zirvələrinə ucalaraq istedadlı qələm sahibinə çevrilmişdir. Vətənin vətənpərvər yazarı kimi on dörd kitabın (əcəl aman versə bu say artacaq) müəllifi olmuşdur. Yaradıcılığında əsas yeri vətənpərvərlik ruhunda yazılmış nəzmlər tutsa da, bəzən o nəsrə də müraciət etmiş, xüsusən də döyüşlərdə şahid olduğu, başından ötən hadisələri qələmə almışdır.

      Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizəyə 1988-ci ildə qoşulmuş, 1990-cı ilin 20 Yanvar qırğını zamanı meydanlardan, küçələrdən yaralıları işlədiyi Mir-Qasımov adına Mərkəzi Respublika Kliniki Xəstəxanasına şəxsən özü daşıyaraq ilkin yardımlar göstərmiş, ağır yàràlılara qan vermişdir.

      Terrorçu erməni daşnaqları sərhədlərimizi pozaraq torpaqlarımızı işğal etməyə başladıqda və çağırılmamış müharibə elan edildikdə qardaşı Kamandar Əhmədovla birgə silaha sarılan Məleykə 17 fevral 1992-ci il tarixdən åtibàrən Qarabağ döyüşlərinə atıldı. Cəbhədəki ilk günlərdə Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı erməni cinayətinin -Xocalı soyqırımının şahidi oldu. Ağdam bölgəsinin Fərrux dağı istiqamətində gedən qanlı və ağır döyüşlərin birində kəşfiyyat bölüyünün komandiri olan cəsur qardaşını itirsə də, düşmən önündə əyilmədi, sarsılmadı, silahını, qələmini və cərrah bıçağını daha möhkəm saxladı. Yeri gələndə hər üçündən də məharətlə istifadə edən həkim Məleykə dediyi kimi üç oğul itirən dərdli Sona anàya qız, vətənə oğul oldu. Müqəddəs ata-baba məzarlarını dağıdan, qədim Oğuz yurdunu tapdalayan, qoynunda boy atdığı obasını yandırıb yerlə-yeksan edən, elatını didərgin salan erməni yağılarına nifrəti, qəzəbi, kini-küdurəti günü-gündən artdı Məlåyêənin.

      Azərbaycan Silahlı qüvvələrində həqiqi hərbi xidmətini davam etdirən I dərəcəli tibb xidməti kapitanı, Qarabağ müharibəsi veteranı Məleykə Səma  Əhməd qızı Əhmədova döyüş bölgəsindəki fədakarlığına, tibbi xidmətin təşkilində xüsusi xidmətlərinə, torpaqlarımızın erməni işğalçılarından müdafiəsində göstərdiyi şəxsi şücaətinə və igidliyinə görə “Azərbaycan Bayrağı” ordeni,  “Qüsursuz Xidmətlərə Görə”, “Veteran”, “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 10 illik yubleyi” medalları, “Fəxri Döş” nişanları ilə təltif olunmuşdur.

      Azərbaycanda ilk hərbi səhra-cərrahiyyə hosbitalını yaradanlardan biri olan, elimizin qəhrəman qızı yağılardan intiqam almayınca hərbi formasını əynindən çıxarmayacağına söz verib. Məleykə son döyüşdə Ağdamın Şəhidlər Xiyabanından götürdüyü Azərbaycan bayrağını hələ də özündə saxlayır. Ağdamı qaytaracağımız gün üçün...

      Xəstə yatağında ölümlə çarpışan Məleykə xanımın sonda ürək sözləri belə oldu:

      -         Xalqımız və gələcəyimiz hesab olunan gənclər bilməlidir ki, Qarabağ uğrunda minlərlə qəhrəman oğullarımız şəhid olmuşdur. Onların ruhları itkin torpaqlarımız üzərində pərvaz edir. Intiqam alacağımız günü, Qarabağın azad olunacağı günü gözləyir. Indi hamımız ölkə başcısı Ilham Əliyevin ətrafında sıx birləşməli, Qarabağın azad olunması üçün əlimizdən gələni etməliyik. Kimlərinsə gəlib bizim torpaqlarımızı azad etməsinə inanmaq sadəlöhvlük olar. Savaş əmirinə həmişə hazır olmalıyıq.

       

      • Hits: 1051 clicks

      Tecox component by www.teglo.info