155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran Məmmədov - QURAN GÜNDƏLİYİ - ƏBƏSƏ SURƏSİ

      Share

         Əbəsə surəsi Məkkədə nazil olmuşdur, 42 ayədir. Bu surə inanc və peyğəmbərlik işi ilə əlaqədar mövzuları ələ alır. Eyni zamanda insan, bitki və yeyilen şeylərin yaradılması barəsində Allahın birliyini və qüdrətini göstərən dəlillərdən bəhs edir.

       Yenə bu surədə qiyamətdən, onun dəhşət verici vəziyyətlərindən və o çətin günün çətinliklərindən söz edilir.
      Bu mübarək surə, gözləri kor olan səhabə Abdullah bin Ümmü-Məktumun (r.a) qissəsi ilə başlayır. Abdullah, Rəsulullah (s.ə.s) Qureyş böyüklərindən bir qrupu; Utbə bin Şeybə, Ümeyyə bin Xələf və Əbu Cəhil kimi Qureyşin böyüklərini, "bəlkə içlərindən bir neçəsi imana gələr və İslamın gücü artar, onlara baxaraq bir çox insan da müsəlman olar", düşüncəsiylə təbliğ vəzifəsini edib İslama dəvət etmək üzrə onlarla məşğul ikən, onun yanına gəlib Allahın ona öyrətdiklərini özünədə öyrətməsini istədi. Rəsulullah (s.ə.s) qaşqabağını töküb ondan üz çevirdi. Bunun üzərinə, giley mənalı bu Quran ayələri endi:"(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi,yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən ötəri. Nə bilirsən, bəlkə də, o (səndən İslama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).Onun (küfrdən) təmizlənməsindən sənə nə?! Yüyürə-yüyürə sənin yanına gələn və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, Sən ondan üz çevirirsən! Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir. Kim istəsə, ondan öyüd alar. (Bu Quran Allah dərgahında) çox möhtərəm (mötəbər) səhifələrdə,(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir). (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox mütidirlər".(1-16)

         Hz. Peyğəmbər(s.ə.s) bu gileydən sonra hər hansı bir yoxsula üzünü əsla turşutmaz, hər hansı bir zənginə də əsla çox maraq göstərməzdi. Onun məclisində yoxsullar, əmirkimi idilər. İbn Ümmü-Məktum yanına girəndə, onun üçün cübbəsini yerə sərər və: "Özündən ötəri Rəbbimin mənə giley etdiyi kimsəyə mərhaba!" deyərdi.

         Hz. İbniÜmmü-Məktum bəzi döyüşlərə qatılar, qışqırıb bağırmaqla düşmənə qorxu salardı. Lakin Peyğəmbərimiz bir çox qəza və səfərdə Hz. İbni Ümmü-Məktumu Mədinədə vəkil buraxaraq imamlığı ona həvalə etmişdi.

      Daha sonra surə,Allahın, özünə bir çox nemət bəxş etməsinə baxmayaraq, insanın inkar etməsi və Rəbbinə qarşı həddindən artıq dərəcədə nankorluq etməsindən bəhs edir:"Ölsün (kafir) insan! O nə nankordur! (Bu təkəbbür onda haradandır? Allah) onu hansı şeydən yaratdı? (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı....."(17-20)

         Onu yaratmağa, sadə bir sudan başladı. Sonra anasının bətnində yaradılışı tamamlanana qədər, nütfə, aləqa, mudğa mərhələlərindən keçirib şəkil verdi. Ruzisini,əcəlini,əməlini,xoşbəxt və ya bədbəxt olacağını təqdir etdi.

         Bundan sonra surə, Uca Allahın bu kainatdakı qüdrət dəlillərini ələ alır. Beləki, Uca Allah insan üçün bu yer üzü səthində həyat yollarınıda asanlaşdırmışdır: "İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq).Belə ki, orada dən (dənli bitkilər) göyərtdik; üzüm və yonca; zeytun və xurma (bağları); (ağacları bir-birinə) sarmaşan bağçalar;(növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.  (24-31)

         Bu mübarək surə , qiyamətin dəhşətverici hallarını və  insanın, şiddətli qorxu və narahatlıqdan ötəri,dostlarından qaçışını açıqlayaraq sona çatar. O çətin gündə mömin və kafirlərin hallarının necə olduğunu belə açıqlayır: "Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda); O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs başqasının halı ilə maraqlanmayacaqdır).  O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, onları zülmət (yaxud his) bürüyəcəkdir.  Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!" (33-42)

      • Hits: 676 clicks

      Tecox component by www.teglo.info