155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rüfət ŞİRİNOV - KAPİTALİZİMİN KÖLGƏSİNƏ SIĞINAN GƏNCLİK

    PDF faylını alÇapE-poçt

      Share

      Bəşər övladının ən aktiv və faydalı dövrü gənclik çağıdır. Buna əsasən də bütün quruluş və cəmiyyətlər gənc nəslə əhəmiyyət vermiş və onları özlərinə cəlb etmək üçün xüsusi qayğı göstərmişdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, günümüzdə gənclərin əksəriyyəti öz dəyərli və əvəzolunmaz vaxtlarını küçələrdə, internet-kafelrdə, oyun zallarında və s. yerlərdə hədər edirlər. 

      Kitabxanalar, araşdırma mərkəzlərində vəziyyət qaneedici deyil. İstehlak əsası üzərində qurulmuş kapitalizm, gənc nəsli öz tələsinə salmaq üçün hər cür avadanlıq və vasitələrdən ustalıqla istifadə edir. Məqsəd milli ruhdan təcrid edilmiş gənc nəsli öz çıxarları uğrunda istifadə etmək, daha çox bazar əldə etməkdir. Bəs gəncləri kapitalizimn caynağından qurtarmaq və onları milli-mənəvi dəyərlər əsasında yetirşdirmək üçün nə etmək lazımdır? Dahi Peyğəmbərimiz cahiliyyə dövründəki kapitalizimin əsarətindəki gəncləri necə özünə cəlb etmiş və onları islami, irfani ruhda yetişdirmişdir?

      Əvvəla, bir daha ifadə edək ki, bizim milli-mənəvi mədəniyyətimizin əsasını İslam dini təşkil edir. Odur ki, İslamın tövsiyələri bizim üçün əsas təşkil edir. Həzrət Peyğəmbər (s.ə.s) gənclərə özəl maraq göstərdiyi və onları islami ruhda yetişdirmək üçün xüsusi diqqət göstərdiyi hər kəsə məlumdur. Gəncləri nəfsin köləliyindən azad edərək Uca Allaha kölə etmək üçün onlara yol göstərmiş və cəmiyyətin firavanlığı üçün onlara xüsusi vəzifələr vermişdir. Gənclərə daim tövsiyələr verərək onların bu dövrlərini öz lehlərinə istifadə etmələrini istəmişdir. Bu məzmunda bir hədisdə belə buyurulmuşdur: Beş şey gəlmədən beş şeyin qədrini bil: Ölüm gəlmədən həyatın, xəstəliyə düçar olmadan sağlığın, məşğuliyyət gəlib çatmadan boş vaxtın, qocalıq gəlmədən cavanlığın və yoxsulluq gəlmədən zənginliyin. Əminliklə ifadə edə bilərik bu tövsiyələrə qulaq asan hər bir şəxs dünya və axirətdə xoşbəxt olacaqdır.

      O (s.ə.s), gənc yaşında edilən ibadətlərin, yaşlılıq çağında edilən ibadətlərdən daha savablı olduğunu ifadə edərək onları ibadətə sövq etmişdir. Məscidlərdə elm və ibadətlə məşğul olaraq vaxtlarını səmərəli keçirmək üçün onlara xüsus müjdələr vermişdir. Bir hədisdə yeddi qrup insanın qiyamət günü heç bir kölgənin olmadığı bir gündə Allah-Təala onları Özkölgəsində kölgələndirər. Bunlardan birinin məhz qəlbi məscidlərə bağlı gənclər olduğunu bildirməsigəncləri məscidlərə cəlb edən amildir. O, hər fürsətdə yaradılış məqsədinin dünyəvi zövqlər deyil, dünyadan axirət üçün istifadə etmək olduğunu söyləmişdir.

      O, gəncləri tövbə etməyə çağıraraq, günah və xətalarından dərs alaraq bir daha bu yanlışlara düşməməyi öyrətmişdir. Günah işləməyi özünə düstur tutan gənc nəsil gələcək üçün təhlükə və etimadsızlıq deməkdir. Hədisdə bu xüsusa belə diqqət çəkilir.“Ədalət gözəldir, ancaq idarəçilərdə daha gözəldir. Ürəyiaçıqlıq gözəldir, ancaq varlılarda daha gözəldir.Haram olduğu şübhəli olan şeylərdən qaçmaq gözəldir - ancaq alimlərdə daha gözəldir.Səbir gözəldir, ancaq kasıblarda daha gözəldir. Tövbə gözəldir, ancaq gənclərdə daha gözəldir. Həya gözəldir,ancaq qadınlarda dahagözəldir”.

      Həzrət Peyğəmbər ataların övladları üçün qoyduğu ən gözəl mirasın gözəl əxlaq olduğunu ifadə edərək, ataları övladlarına biganə qalmamağa dəvət edir. Dünyanın keşməkeşindən vaz keçərək övladları üçün vaxt ayırmağı və onları ədəb, əxlaq üzrə yetişdirməyi tövsiyə edir. Çünki ədəb əxlaqı ilə yetişmiş hər bir gənc cəmiyyət üçün etimad və parlaq gələcək deməkdir.

      Zəngin olmağın dəbə düşdüyü günümüzdə gənclər üçün ən ümdə nümunələrdən biri də. dünyəvi zənginliyi axirət zənginliyi üçün fəda edən Musab ibn Ümeyrdir. O göstərdiyi nünunəvi şəxsiyyəti ilə hər bir gənc üçün örnəkdir. Gənclərin əfəndisi Musab zəngilik və dəbdəbəli həyat yaşayarkən, dünya zövqlərinin vəhşi cazibəsindən özünü qurtararaq əbədi axirət zənginliyi əldə etdi. Həzrət Peyğəmbəri və axirəti seçdiyi üçün ailə fərdləri tərəfindən bütün imtiyazlardan məhrum buraxılan Musab şəhidlik mərtəbəsinə yüksəldi. O, dünya zənginliyinin xoşbəxtlik üçün kifayət etmədiyini əyani şəkildə gördü və göstərdi. O, sanki bu günümüzə belə hayqırır: “Ey gənclər! Məndə sizin kimi gənc idim və hər şeyim vardı. Mal-mülk, şöhrət, hörmət vəs. Ancaq bunlar bir insanın qurtuluşu və hüzuru üçün kifayət deyil. Ey gənclər! Mən hüzuru və qurtuluşu İslamda tapdım. Mən mal-mülkə deyil, Allaha kölə olmaqla xoşbəxtliyi əldə etdim. Mən ibadətlərlə ruhumu zənginlik əsarətindən qurtardım. Gəlin, siz də əslinizə dönüş edərək, kapitalizimin çirkin tələlərindən özünüzü qurtarın. Allaha və Peyğəmbərinə üz turaraq ruhunuzu azad edin. İnanın, sonunda mənim kimi xoşbəxt olarsınız. Baxın, mən vəfat etdiyimdə heç kəfənim də yox idi. Amma mən yenə də xoşbəxtəm. Deməli, xoşbəxt olmaq üçün maddi zənginlik deyil, mənəvi zənginlik lazımdır.”

      Hər bir gənc Həzrət Peyğəmbərin və Ümeyrin bahabiçilməz tövsiyələrinə qulaq asarsa qlobal kapitalizimin köləliyindən qurtulub, Allaha qul olar.

      Xülasə, gənclik Allah yolunda istifadə edildiyi zaman daha dəyərlidir. Hər bir Azərbaycan gənci Allah yoluna dönüş edərək milli-mənəvi əslinə sahib çıxmalıdır ki, gələcəyimiz sağlam təməllər üzərində qurulsun. Milli ruhda yetişən hər bir gənc vətənin firavanlığı üçün çalışar və vaxtını maariflənmə yolunda sərf edər. Hər bir gənc bilməlidir ki, internet, serial və TV mədəniyyəti ilə yetişən gənclik öz gələcəyi üçün heç bir şey əldə edə bilməz. Odur ki, Uca Allahın “Oxu” əmrinə və Peyğəmbərin (s.ə.s) “Beşikdən məzara qədər elm öyrənin” tövsiyəsinə görə əməl etmək nicat səbəbimizdir.

      Kapitalizimdən qurtulub əslə sahib çıxan, milli-mənəvi ruhda yetişən gənçlər olmaq təmənnası ilə...

      • Hits: 1157 clicks

      Tecox component by www.teglo.info