157-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mübariz ƏLİOĞLU - Allahı məmnun edəcək ibadət hüzuru

    PDF faylını alÇapE-poçt

      Share

      Uca Allah (c. c)Qurani Kərimdə belə buyurur:

      “Aralarında hökm vermək üçün Allahın (c. c) və Peyğəmbərinin yanına  çağrıldıqları zaman möminlərin sözü ancaq “eşitdik və itaət etdik” deməkdən ibarətdir, nicat tapanlar da məhz onlardır”.  (ən-Nur,  151)

      “(Ya Rəsulum) De :-Ey insanlar mən Allahın sizin hamınıza göndərmiş peyğəmbəriyəm. (O Allah ki, ) göylərin və yerin hökmü Ondadır. Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha eləcədə Onun Allaha və Allahın sözlərinə İnanan və ümmi peyğəmbər olan Rəsuluna İman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz”.  (əl-Əraf,  158)

      Aləmlərin Rəbbi olan Allaha  (c. c) şükürlər və həmdü sənalar olsun. Aləmlərə rəhmət olaraq göndərilən və Allahın (c. c) qulları olan ümmətinə:

      -Bu Quranın bir ucu Allahın (c. c)  əlində bir ucu da sizin əllərinizdədir.  Ona bütünlüklə sarılın.  Artıq bu yaxınlıqdan sonra sizlər yolu azmaqdan və həlak olmaqdan qurtula bilərsiniz.  (Təbərani, Əl Mücəmil Kəbir 22 ci, 18)-deyərək daim öyüd verən Allah Rəsulu Hz.  Məhəmməd əleyhisalama salatu salamlar olsun.

      İlahi əmrlərə bu dünya həyatında yaşadığımız müddət ərzində tabe olaraq Rəsulullahın gətirmiş olduğu sünnət ölçüləri ilə yaşamaq mükəlləfiyyəti , İnsan övladına etibar edilmiş ən şərəfli bir məsuliyyətdir. Bu məsuliyyətin yerinə yetirilmə keyfiyyəti dünya  həyatına aldanma dərəcəsi ilə sıx bağlılıq təşkil etməkdədir. İnsan övladını sarmış olan bütün mənfi təmayüllərdən qurtulma çağırışınıedən Allah Rəsulu , Haqqa doğru istiqamət götürən ümmətini yalnız və yalnız sünnətə uyduğu zaman zəfər əldə edəcəyi iləmüjdələmişdir. İbn Ömər (r.a)Rəsulullahın belə buyurduğunu nəql etmişdir: “Hər bir əməlin coşqu ilə ediləcəyi bir zaman vardır. Hər coşqunun sonunda da yetişəcəyi bir hüzuruvardır. Kim mənim sünnəmə uyaraq hüzur taparsa hidayətini də tapmış olar. (İbn Hibban,  Sahin 1, 281).

      Bu hədisin son cümləsi ilə yaşadığımız və hüzur tapmaq istədiyimiz məqamlar arasında əlaqə yaratmaq istəsək həqiqətən də çoxumuzu dəhşətə düşürəcək hallarla  üz-üzə gələcəyik. Çünki kimimiz çoxlu pul qazanmaqla, kimimizfilmlərə baxmaqla, kimimiz var dövlətinə, oğul-uşağına baxmaqla, kimimiz də dünyaya  aid və sadalanması çox vaxt aparacaq məşğuliyyətlərlə hüzur rahatlıq tapmaqdadır. Təbiidir ki, kimimiz də Allaha (c.c) etdiyi qulluq səbəbi ilkə hüzur halını yaşamaqdadır. Halal və haramın olduqca sıx dərəcədə qarışdığı indiki dövrümüzdə ibadətdən əldə edilən hüzurun bizə faydalıolub olmayacağı da böyük bir tədqiqat mövzusu olmalıdır. Çünki hər hüzur onu qidalandıran , onu yaşadanmühitlə qırılmaz əlaqələrə malikdir. İmam AzamƏbu Hənifə həzrətləri ilə eyni dövrdə yaşamış olanİbrahim Ədhəm həzrətlərinin hekayəsi əbədi səadətimizi təmin edəcək ibadət hüzurunun mənbəyini ciddi şəkildə araşdırılmasını tələb edən möhtəşəm bir örnəkdir:

      Bir gün İbrahim Ədhəm həzrətlərinə belə bir məlumat verdilər ki, filan yerdə bir gənc yaşayır. Gecə-gündüz ibadətlə məşğul olan bu gəncdə kamilövliyalıq halları görünür. Xəbəri eşidən İbrahim Ədhəm həzrətləri gəncin yanına gedib üç gün onlarda qonaq qalır. Bu müddət ərzində insanlarınsöylədiklərindən daha çox şeylər görür. Gəncin bu şəkildə yuxusuz və eşqlə edilənibadət halını görərək çaşqınlıq içinə düşür. Bu halın şeytandan qaynaqlanan və ya xalis bir hal olduğunu araşdırmaq məqsədilə ilk növbədə yediyinə diqqət yetirməyə başladı. Gəncin loğması halal deyildi. -“Allahu Əkbər, onun bu halı şeytandandır”,- deyən İbrahim Ədhəm həzrətləri gənci evinə dəvət edir. Özünün halalyeməklərindən ona bir loğma yedirincə gəncin halı dəyişir, o eşqi, o arzusu, o qeyrəti artrıq qalmır. Bu vəziyyət qarşısında dəhşətə qapılan gənc  “Mənə nə etdin”,-deyincə İbrahim Ədhəm həzrətləri bu cavabı verir: “Loğmaların halaldan deyildi. Bu səbəbdən də yemək yeyərkən şeytan da o loğmalarla bərabər  mədənə nüfuz edirdi. Yaşamış olduğun və ibadətin hüzuru kimi görünən o qeyri-adi halların şeytandan meydana gəlirdi. İndi isə əsil və doğru olan halın meydana cıxdı”.

      İrəlilədiyimiz həyat hekayəsi günümüzdə yaşanan bütün qeyri adi halların , hadısələrin iç üzünü açma qüdrətində olan əvəzsiz bir örnəkdir. Cəmiyyəti narahat edən ədəb və əxlaq çərçivəsinə sığmayan münasibətlər , psixoloji problemlər və bir çox məsələlər Rəsulullahın sünnəsinə uyma diribaşlığı ilə deyil, böyük xərclər bahasına başa ələn səmərəsiz üsullarla həll edilməkdədir. Halbuki hər şey göz qabağındadır. Bir tikə halal loğma, insan mənliyini bürümüş olan bütün mənəvi və fiziki problemləri aradan qaldıraraq Adəm övladına qulluq hüzurunun qapılarını aça bilər. Əgər buraya sünnətin tələbləri ilə səsləşən bir həyat ölçülərini də əlavə etsək onda insanın kamil varlığa çevrilərək şeytanın məhv etmək üçün gecə-gündüz çalışdığı həqiqi qulluq hüzuruna yiyələnməsi mümkün olacaqdır. Bu elə mübarək hüzurdur ki, insan övladı yalnız onunla görünüşü gözəl əsli isə batil olan həmdə insanlığı həlaka aparan bütün yalançı hüzurlardan qoruna bilər. Unutmayaq ki, bunu bir nemət olaraqbizlərə lütf edənUca Allahın mərhəməti qarşısında bütün sərhədlər acizdir. Bu barədə Rəbbimiz belə buyurur:

      “. . . Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır,  müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən,  biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!”. (əz-Zuxruf, 13-14)

      • Hits: 972 clicks

      Tecox component by www.teglo.info